Icma.az
close
up
RU
Trampın Rusiya Ukrayna siyasəti iflasa uğrayacaq

Trampın Rusiya Ukrayna siyasəti iflasa uğrayacaq

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


“Ukrayna müharibəsinin dayanmaq ehtimalı azdır. Qənaətimcə, Rusiya prezidenti Vladimir Putin istəyini əldə etməyənə qədər müharibəni dayandırmayacaq”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Putin Ukraynanın bir neçə regionunu istəyir, Qərbi Ukraynanın isə faktiki olaraq Ruminiya və Macarıstan arasında bölünməsini arzulayır. Yəni Ukrayna dövlətinin mövcudluğunu istəmir.
C. Nuriyev bildirib ki, Tramp-Putin görüşü, eləcə də Avropa liderləri ilə Tramp arasında müzakirələr müsbət haldır:
“İndi də Zelenski ilə Putin arasında görüş hazırlığı haqqında məlumatlar var. Zelenski ilkin şərt irəli sürmədən görüşə və müzakirələrə hazır olduğunu bəyan edib. Bu o deməkdir ki, Zelenski torpaq mübadiləsi və ya buna bənzər vəziyyətə hazırdır. Putin də hazır olduğunu bildirir. Amma sonradan digər rus rəsmiləri elan etdilər ki, prezidentlərin görüşündən əvvəl heyətlər görüşməli, nələrisə müzakirə etməlidir və s. Odur ki, görüşün keçirilməsi asan məsələyə oxşamır”.
Professor qeyd edib ki, müharibə həm Rusiyanı, həm də Ukraynanı sarsıdıb:
“İndi hamı deyir ki, Ukrayna Rusiyanı belə vurdu, elə vurdu... Bir neçə gün əvvəl iki ölkə arasında cəsəd mübadiləsi oldu. Ruslar Ukraynaya minə yaxın cəsəd verdilər, əvəzində cəmi 14 cəsəd aldılar. Yəni müharibə Ukraynanı məhv edir, bir dövlət kimi sıradan çıxarır. Ukraynalıların çoxu indi Avropaya yayılıb. İndi müharibə milyonlarla ukraynalını Avropa çöllərinə salıb”.
C. Nuriyevin ehtimalına görə, ABŞ prezidenti D. Trampın Ukrayna savaşını dayandırmaq siyasəti sonda iflasa uğrayacaq: “Çünki Trampın həll üsulu kobuddur. Sanki baltanı əlinə alıb, güclü tərəf kimi tələb edir ki, barışın, müharibəni dayandırın! Bəzən özünü çətin vəziyyətə salır. Üstəlik, diplomatiya dili yoxdur. Putin də yuxarı-aşağı həmin vəziyyətdədir, düşünür ki, dünya ondan qorxur və s. Amma belə deyil. Çin də kənardan səbrlə bu prosersləri izləyir və vaxtını gözləyir”.
Professor sonda əlavə edib ki, Tramp Rusiyanı əldən vermək istəmir. Buna səbəb Rusiyanın Çinə daha da yaxınlaşmaq ehtimalıdır. Bu yaxınlıq isə ABŞ-nın gələcək planlarına uyğun gəlmir.
Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri