Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Trampın üçüncü impiçmenti və Ukrayna müharibəsi...

Trampın üçüncü impiçmenti və Ukrayna müharibəsi...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ABŞ tarixində Donald Trampdan başqa heç bir prezidentə iki dəfə impiçment keçirilməyib, üçüncünün də yolları görsənir. Maraqlıdır ki, ilk impiçment də Ukrayna ilə bağlı olub. 2019-cu ilin iyul ayında Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə şəxsi və siyasi mənfəəti üçün, yəni Ukrayna hakimiyyət orqanlarına maliyyə və hərbi yardım müqabilində keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter Baydenin korrupsiya məsələlərində iştirakını araşdırmaq üçün təzyiq göstərdiyi məlum olanda.., Senatda ilk impiçment keçirilib. Seçkinin nəticələrinə görə Tramp bəraət alıb. Yeri gəlmişkən, Trampın Zelenskiyə nifrəti də elə o hadisədən qaynaqlanıb. İkinci impiçmentin isə 2020-ci il prezident seçkilərinin nəticələri ilə razılaşmayan Trampın tərəfdarlarını Kapitoliyə hücuma təhrik etməsi, qızışdırıcı mövqedən çıxış etməsi ilə əlaqədar olduğu iddia edilmişdi. Bu dəfə də Tramp vəziyyətdən sıyrıla bilmişdi. Bu günlər ABŞ siyasətində Trampın növbəti-üçüncü impiçmentlə üzləşəcəyi barədə söz-söhbət müzakirə mövzularından biridir. 2026-cı ilin noyabrında Birləşmiş Ştatlarda aralıq seçkiləri keçiriləcək və Nümayəndələr palatasında demokratların çoxluq təşkil etməsi ehtimalı böyükdür. İndidən Trampın impiçment məsələsi gündəmdədir və hətta respublikaçı senatorlar arasında da Tramp əleyhdarları az deyil. Uitkoff və Kuşnerin Moskva səfəri yalnız siyasilərin deyil, amerikalıların da küçə mitinqləri ilə müşayət olunan etirazları başlanıb.  

Səbəb, Trampın ənənəvi ABŞ siyasətinin əsas prinsiplərindən uzaqlaşması, Avropa ilə münasibətləri gərgin həddə gətirərək Avropa İttifaqını parçalamaq səviyyəsinə çatdırmasıdır. ABŞ prezidentinin Rusiyaya daha loyal, xüsusi simpatiya ilə yanaşması və ən əsası Ukraynaya təcavüz edən Moskvanın işğalçılıq siyasətinə dəstək verməsi qəbul edilmir. Yəni, Trampın təcavüz qurbanı Ukraynanı müdafiə etməyərək, işğalçının maraqlarına uyğun siyasət yürütməsi bütün dünyanın gözü qarşısında baş verir və bu siyasət yalnız Ukrayna və Avropanı deyil, tərəqqipərvər bəşəriyyəti də şok vəziyyətə salıb. Əlbəttə, bu siyasət ilk növbədə Ukraynanın vəziyyətini ağırlaşdırır və Kiyev 2026-cı ilin əvvəlində vəsaitlərinin tükənməsi riski ilə üzləşə bilər.

Eyni zamanda Vaşinqtonun dondurulmuş Rusiya aktivlərini nəzərdən keçirdiyi və müharibədən sonra onlardan investisiya üçün istifadə etməyi təklif etdiyi bildirilir. ABŞ Rusiyanın dondurulmuş vəsaitlərunin Ukraynaya yardım kimi istifadəsinin də əleyhinədir və bu vəsaitlərin yalnız sülh razılaşmasından sonra Ukraynanın yenidən bərpasına sərf edilməsini nəzərdə tutur. Bu mövqeyə əks olaraq, nəhayət, Avropa liderləri də öz növbəsində dondurulmuş aktivlərin istifadə məsələsinin istisnasız Avropa işi olduğunu təkid edirlər.

Baş verənlərə proqnoz vermək prosesin içində olanlar üçün də çox çətin və qaranlıq görünür. Hadisələr bundan sonra necə inkişaf edəcək? Putin Ukraynanı tamamilə Kremlə tabe etdirmək istəyir, Mİ 6-nın keçmiş rəhbəri Riçard Murun dediyi kimi “ Vladimir Putin Ukraynanı ikinci Belarusa çevirənə qədər onunla sülh müqaviləsi imzalamaq niyyətində deyil”.

Trampı isə maraqlandıran Rusiyanın Sibir, Uzaq Şərq, Arktika mineral sərvətlərini birlikdə istismar edib, milyardlar qazanmaqdır. Bu məqsədlə Ukraynanı da kapitulyasiyaya məcbur etmək, müharibəni bitirdiyini elan edib Nobel mükafatını almaq, ünvanına “möhtəşəm, böyük Tramp” təriflərini eşitmək siyasətini davam etdirir və geri dönüş etmək planı da yoxdur. Putinin onun nümayəndə heyətinə saymazyana yanaşması əslində Trampın heysiyatına toxunmalı idi, amma.., hiss ediləcək reaksiya yoxdur. ABŞ yeni milli təhlükəsizlik strategiyası hazırlayıb və bu konsepsiyada NAT0-nun genişlənməsinin əleyhinə olduğu bildirilir. Rusiyanın da istədiyi budur və Tramp fundamental proqramlar qəbul etməklə Rusiya maraqlarını həyata keçirmək xəttini davam etdirir. Ümumiyyətlə, Trampın Çin-Rusiya, Hindistan -Rusiya siyasətinin iflasa uğradığı faktdır və Putinin son Hindistan səfəri bunu bir daha təsdiq etdi.

 Amma, Ukrayna tək qalmayacaq. Əgər indiyədək ABŞ-nin Ukraynanın yanında olmaq istəmədiyi və olmayacağı Avropa liderləri üçün tam aydın deyildisə, artıq Tramp və komandasının son gedişləri Avropanı fakt qarşısında qoyub. Tramp Rusiya tərəfinə keçərək Avropa və ABŞ münasibətlərini kritik həddə çatdırıb və Avropa təcavüzkar Rusiya qarşısında tək qaldığının fərqindədir. Rusiya təcavüzünün Ukraynadan sonra Avropa ərazisinə keçəcəyi artıq şübhə yaratmır. 2014-də Krımın işğalına soyuq baxan Avropa 2015-də Donbasın işğalının şahidi oldu və yenə ciddi təpki göstərilmədi. Nəticədə 2022-də Ukraynaya qarşı tammiqyaslı müharibə başlandı və davam edir. Ukrayna da, Avropa da bu müharibədə boğulur. Boğulanın xilası öz əlində olmalıdır. Avropa artıq Ukrayna müharibəsinə ehtiyatlı yanaşma prinsipindən uzaqlaşmalıdır.

Görünür, bu günlərdə Merts, Makron və Starmerin bu istiqamətdə verilən açıqlamalrı təsadüfi deyil. Avropa öz təhlükəsizliyi üçün Ukraynaya yalnız maddi və hərbi yardımı ilə kifayətlənməməli, canlı qüvvə ilə də dəstək olacağını bildirməlidir. Avropanın ABŞ-nin özünə ciddi iqtisadi təzyiq imkanları var və Trampı da məhz bu cinahdan vurmaqla ona ən böyük təzyiq göstərmiş olacaq. Yeri gəlmişkən, Avropa ölkələrində Tramp siyasəti ilə bağlı sorğular keçirilib və avropalılar ABŞ-ı birbaşa Avropanın düşməni hesab edirlər.

Ukrayna prezidenti Volodimir Zelenski müsahibələrinin birində “müharibə Putin öləndə bitəcək” fikrini bildirmişdi. Putin isə insanın 150 il yaşamaq potensialı olduğunu Çində səfərdə olanda da, Kremldə də media nümayəndəsinə deyib, hələ çox yaşayacağına işarə etmişdi. Kimin tez, ya gec öləcəyi Allahın təqdiridir, amma Putin yaxın illərə ölənə oxşamır. Amma, beynəlxalq siyasi şərhçilər Trampa bir ildən sonra impiçment elan ediləcəyini real hesab edir və respublikaçıların da narazılığını əsas götürərək vaxtından əvvəl Trampın vəzifədən gedəcəyini, hələlik az ehtimalla da olsa proqnozlaşdırırlar. O da vurğulanır ki, belə olduqda vitse prezident Vens Tramp kimi Rusiyaya simpatiya ilə yanaşsa da, “gözü çıxmış qurd qardaşının” aqibətindən dərs çıxarmağa məcbur olacaq. Ən pis halda isə, müharibənin 2028-ci ilin sonunadək davam etməsi bu gündən baxanda daha real görünür. Ukrayna xalqı kapitulaysiyanı qəbul etmir və etməyəcək. Avropa Ukraynaya dəstəyini daha da artıracaq. Ərazi itkiləri olsa da, Ukrayna Putin şərtlərini qəbul etməyəcək. Bu illərdə Rusiya iqtisadiyatı daha da çökəcək. Təəssüf ki, Rusiya cəmiyyətinin bu müharibəni dayandırmaq istəyi yoxdur, olsa belə, buna gücü çatmaz.

Trampın ABŞ prezidentliyi sona çatanda Ukrayna müharibəsi də bitəcək.

İlham İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri