Trampın təşəkkür etdiyi məhbusun kimliyi məlum olub
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
İranın sərbəst buraxdığı və buna görə ABŞ Prezidenti Donald Trampın Tehrana təşəkkür etdiyi şəxsin kimliyi açıqlanıb.
Milli.Az İran mediasına istinadən xəbər verir ki, söhbət İran-Amerika ikili vətəndaşlığı olan Dena Kərraridən gedir.
Bildirilib ki, Dena Kərrari 2024-cü ilin dekabrında ailəsini ziyarət etmək üçün İrana səfər etdikdən sonra saxlanılıb.
ABŞ-də fəaliyyət göstərən texnologiya şirkətində çalışan Kərrari eyni zamanda İranda aztəminatlı uşaqlara yardım göstərən xeyriyyə təşkilatının təsisçisi olub.
Məlumata görə, o, həbs edildikdən sonra istintaq təcridxanasına yerləşdirilib və barəsində "casusluq" ittihamı ilə cinayət işi açılıb.
Daha sonra Dena Kərrari sərbəst buraxılsa da, pasportu əlindən alınıb və onun İrandan çıxışına qadağa qoyulub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 İyul 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















