Icma.az
close
up
RU
Trampın Ukrayna planları Aİ ölkələrinə təxminən 3 trilyona başa gələ bilər Bloomberg

Trampın Ukrayna planları Aİ ölkələrinə təxminən 3 trilyona başa gələ bilər Bloomberg

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı liderlərinə Ukraynada sülh üçün nə etməli olduqlarını göstərməyə başlayıb. Bu tələb Avropanın əsas problemini üzə çıxarıb.  

Qaynarinfo xəbər verir ki, Bloomberg-in hesablamalarına görə, Ukraynanın müdafiəsi və Avropa ölkələrinin öz hərbi qüvvələrini gücləndirməsi növbəti 10 ildə qitənin ən iri dövlətlərinə əlavə olaraq 3,1 trilyon dollara başa gələ bilər.  

Bir yüksək vəzifəli avropalı rəsmiyə görə, Rusiya Avropa ilə müqayisədə canlı qüvvə baxımından əhəmiyyətli üstünlüyə malikdir və onun hərbi sənayesi Ukrayna cəbhəsində ordunun tələbatından daha yüksək templə sursat və digər hərbi texnika istehsal edə bilir.  

Aİ üzvləri isə bu arada mübahisə edirlər ki, silah tədarükünü yalnız Avropa istehsalçıları ilə məhdudlaşdırmaq lazımdırmı, yoxsa Britaniya və ya ABŞ ilə əməkdaşlıq etməlidirlər. Digərləri hesab edirlər ki, blok artilleriya əvəzinə yol infrastrukturuna investisiya qoymalıdır.  

Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrinin bərpası 10 il ərzində təxminən 175 milyard dollara başa gələ bilər. Bu, atəşkəs əldə edildiyi anda Ukrayna ordusunun hansı vəziyyətdə olacağından və nə qədər ərazini müdafiə etməli olacağından asılıdır. 40 min nəfərlik sülhməramlı qüvvələrin saxlanması isə bu müddətdə təxminən 30 milyard dollar tələb edəcək.  

Bu vəsaitin böyük hissəsi Aİ üzv dövlətlərinin hərbi gücünü artırmağa və ümumi müdafiə büdcəsini ÜDM-in təxminən 3,5%-nə qədər yüksəltməyə sərf olunacaq. Əlavə maliyyə artilleriya ehtiyatlarının, hava hücumundan müdafiə sistemlərinin və raket komplekslərinin alınmasına yönəldiləcək. Bu, Aİ-nin şərq sərhədlərini möhkəmləndirəcək, bloka daxil olan orduların sürətli yerləşdirilməsinə şərait yaradacaq və Avropanın müdafiə sənayesinin kütləvi inkişafına təkan verəcək.  

Əgər bu maliyyələşdirmə borc öhdəlikləri hesabına həyata keçirilərsə, növbəti 10 ildə NATO-nun beş ən iri Avropa üzvünün borc ehtiyacları daha 2,7 trilyon dollar təşkil edəcək.  

Lazımi miqyasda resursları səfərbər etmək üçün Avropa hökumətləri öz büdcə strukturlarını ciddi şəkildə yenidən nəzərdən keçirməli, müdafiə sənayesini yenidən qurmaq üçün şirkət rəhbərləri ilə sıx əməkdaşlıq etməli və böyük ehtimalla, ortaq borc buraxılışına razılaşmalıdırlar. Bu isə elə bir siyasi iradə, strateji baxış və fədakarlıq tələb edir ki, indiyədək Aİ ölkələrinin əksəriyyəti bunu nümayiş etdirməyib.  

Bundan başqa, səhiyyə, təhsil və sosial təminat xərcləri ilə bağlı çətin seçimlər edilməli olacaq. Üstəlik, bu qərarlar, xüsusilə də Aİ-nin sərhədyanı bölgələrində Kremlin təhriki ilə qızışdırılan xalq narazılığı fonunda veriləcək.  

Bloomberg-in hesablamalarına görə, Ukrayna müharibə zamanı dağılan binaların və infrastrukturun bərpasına təxminən 230 milyard dollar xərcləməli olacaq. Əgər bu sahədə lazımi maliyyə vəsaiti ayrılarsa və möhkəm sülh razılaşması əldə olunarsa, Ukraynanın enerji, sənaye və tikinti sektorları sürətlə inkişaf edə bilər. Bu da zamanla Aİ-yə düşən yükü azaldacaq.  

Bundan əlavə, Kiyev Trampın diqqətini öz təbii sərvətlərinə – uran, litium və qrafit ehtiyatlarına yönəldə bilib.  

Lakin hazırda Ukraynanın bərpa üçün ehtiyacları ilə vəd edilmiş maliyyə vəsaiti arasında 130 milyard dollarlıq fərq var. Bu isə ölkənin iqtisadi bərpasını təhlükə altına qoya və onun uzunmüddətli dayanıqlılığını sarsıda bilər.  

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə telefon danışığında müharibənin dayandırılması üçün danışıqlara başlamağa razılıq verib. Bu, Vaşinqtonun əvvəlki siyasətindən dönüş hesab edilir.  

ABŞ-ın maliyyə naziri Skot Bessent isə Ukrayna prezidenti Volodimir Zelenskiyə iqtisadi tərəfdaşlıq sazişi təqdim edib.  

Avropa rəsmiləri isə Trampın onlardan Ukraynanın bərpasının maliyyələşdirilməsini və orada sülh müqaviləsinin icrasını təmin edəcək qoşunların yerləşdirilməsini tələb edəcəyini gözləyirlər, baxmayaraq ki, onların özləri bu sazişin əldə olunmasında iştirak etməyiblər.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri