Trampın ümidləri qırıldı, İran tələbləri artırıb KİV
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp ümid edirdi ki, Hörmüz boğazının yenidən açılması ona qələbə elan etmək və nüvə sazişi olmadan belə İran münaqişəsini həll etmək üçün bir yol verəcək. Lakin Tehran tələblərini kəskin şəkildə artırıb.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“İran ABŞ qüvvələrinin bölgədən çıxarılmasını, dəniz blokadasının ləğvini, sanksiyaların aradan qaldırılmasını, dondurulmuş aktivlərin sərbəst buraxılmasını və boğazın tamamilə açılmasından əvvəl milyardlarla dollarlıq müharibə təzminatının ödənilməsini istəyir.
Bu isə Trampın seçimlərini məhdudlaşdırır. Görünür, İran Vaşinqtonun münaqişədən çıxmağa can atdığını düşünür və Hörmüz boğazını, eləcə də qlobal neft axınlarını pozmaq imkanından təzyiq vasitəsi kimi istifadə edir.
ABŞ-da benzinin qiymətinin bir qallon üçün təxminən 4 dollar olması və ara seçkilərin yaxınlaşması fonunda Trampın razılaşma əldə etmək üçün ciddi motivasiyası var”, - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Avqust 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















