Icma.az
close
up
RU
Trampın yüksək vəzifə verdiyi TÜRK HƏKİM

Trampın yüksək vəzifə verdiyi TÜRK HƏKİM

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Senatında keçirilən səsvermə nəticəsində tanınmış türk əsilli ürək cərrahı və televiziya siması Mehmet Öz "Medicare" və "Medicaid" Xidmətləri Mərkəzlərinin (CMS) direktoru vəzifəsinə təsdiq olunub.

Modern.az xəbər verir ki, 53 lehinə, 45 əleyhinə səslə qəbul olunan bu qərar nəticəsində Mehmet Öz ABŞ-da federal səhiyyə siyasətinə rəhbərlik edəcək ilk türk əsilli şəxs kimi tarixə düşüb.

"Medicare" və "Medicaid" Xidmətləri Mərkəzləri ölkədə təxminən 160 milyon amerikalının səhiyyə xidmətlərini tənzimləyən ən vacib federal qurumlardan biridir. Bu qurum yaşlılara və aşağı gəlirli ailələrə tibbi xidmətlərin göstərilməsini təmin edir və illik büdcəsi 1 trilyon dollardan artıqdır.

Mehmet Cengiz Öz 1960-cı ildə Klivlend şəhərində türk valideynlərin ailəsində doğulub. Türkiyədə hərbi xidmətini yerinə yetirib. ​ Harvard Universitetində təhsil alıb, daha sonra Pensilvaniya Universitetində tibb və biznes üzrə ikili magistr dərəcəsi qazanıb. Peşəkar fəaliyyətinə ürək-damar cərrahı kimi başlayan Öz uzun illər Nyu-York Presbiteryan Xəstəxanasında və Kolumbiya Universitetində çalışıb.

2000-ci illərin əvvəlində "Oprah Winfrey"in televiziya proqramında çıxışları ilə məşhurlaşan Öz sonradan özünün “The Dr. Oz Show” adlı şousunu quraraq geniş tamaşaçı auditoriyası qazanıb. Proqramda sağlam həyat tərzi və alternativ müalicə metodlarına dair mövzulara toxunsa da, bir çox dəfə "psevdoelmi" məzmunlara görə tənqid olunub. O, alternativ tibbə maraq göstərir və hipnoz, meditasiya və akupunktur kimi qeyri-ənənəvi müalicə üsullarını tibbi praktikasına daxil edib.

Pandemiya dövründə Öz malyariya əleyhinə dərman olan hidroksixloroxinin COVID-19-un müalicəsində effektiv olduğunu iddia edib və bu dərmanı dəstəkləyib. Lakin sonradan aparılan tədqiqatlar bu dərmanın COVID-19-a qarşı təsirli olmadığını göstərib və ABŞ Qida və Dərman Administrasiyası onun təcili istifadəsinə verilən icazəni ləğv edib. ​

Öz 2022-ci ildə Pensilvaniya ştatından Senata namizədliyini irəli sürüb, lakin seçkilərdə Demokrat namizədə uduzub. O, həmçinin COVID-19 pandemiyası dövründə Donald Trampa qeyri-rəsmi məsləhətçi qismində dəstək göstərib və bəzən mübahisəli müalicə təklifləri ilə gündəmə gəlib.  Onun bacısı Seval Öz də texnologiya və nəqliyyat sahəsində tanınan mütəxəssislərdəndir. Seval Öz otonom nəqliyyat sistemləri sahəsində ixtisaslaşıb və ABŞ Nəqliyyat Nazirliyində rəhbər vəzifəyə namizəd göstərilib.

Qeyd edək ki, Öz ailəsi Türkiyənin Konya vilalətinin Bozkır qəsəbəsindəndir. Cəmi 25 885 nəfər əhalisi olan qəsəbə son aylarda bacı-qardaşa görə mediada məşhurlaşıb. Mehmet Özün Trampla yaxın əlaqələri var. O, bir müddət əvvəl imicini də dəyişib. Saçlarını sarıya boyadıb və özünü Trampa bənzədib.

2022-ci ilə olan məlumata görə, Mehmet Özün sərvəti təxminən 200 milyon dollar dəyərində qiymətləndirilir. 400-dən çox elmi məqalə, kitab fəsli və tibb kitabının müəllifidir. ​

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri