Icma.az
close
up
RU
Trampın xüsusi katibi gündəmi silkələdi: “Alkoqolik xarakterə malikdir”

Trampın xüsusi katibi gündəmi silkələdi: “Alkoqolik xarakterə malikdir”

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın Xüsusi Katibi Susie Vilesın bir jurnala verdiyi müsahibə ölkə gündəmini sarsıdıb. O, müsahibəsində Trampın alkoqol istifadə etməməsinə baxmayaraq “alkoqolik xarakterə” malik olduğunu bildirib. O, həmçinin Elon Musk haqqında da diqqətçəkən fikirlər səsləndirib.

Sherg.az xəbər verir ki, Susie Viles "Vanity Fair" jurnalına verdiyi müsahibədə atasının ölümündən əvvəl uzun müddət alkoqol problemi yaşadığını deyərək qeyd edib:

“Alkoqolizm münasibətlərə zərər vurur. Bu, atamla aramdakı münasibətdə də belə idi”.

Viles bildirib ki, Tramp alkoqol qəbul etməsə də, “alkoqolik xarakterə” malikdir:

“Prezident edə bilməyəcəyi heç bir şeyin olmadığına inanır - heç nə, sıfır”.

Alkoqolik insanların davranışlarını atasının timsalında yaxından tanıdığını vurğulayan Viles deyib:

“Məndən qat-qat daha məlumatlı olan bəzi klinik psixoloqlar fikirlərimlə razılaşmaya bilər. Amma yüksək funksiyalı alkoqoliklərdə, ümumiyyətlə alkoqoliklərdə içdikləri zaman şəxsiyyət xüsusiyyətləri daha da şişirdilmiş şəkildə üzə çıxır. Bu baxımdan, güclü xarakterlər mövzusunda özümü bir qədər mütəxəssis hesab edirəm”.

Trampla iş münasibətlərinə də toxunan Viles, rolunu prezidentin qərarlarını məhdudlaşdırmaq deyil, asanlaşdırmaq kimi gördüyünü bildirib. Onun sözlərinə görə, qərarlarının qüvvədən düşməsi heç vaxt narazılıq doğurmayıb və o, hər zaman Trampın yekun qərarlarını dəstəkləyib:

“Bir neçə dəfə səsvermədə uduzmuşam. Əgər bərabərlik olarsa, qalib o olur”.

Trampın bir müddət Hökumətin Səmərəliliyi Departamentinin rəhbərliyinə gətirdiyi milyarder Elon Mask barədə danışan Viles onu “tamamilə təkbaşına hərəkət edən biri” kimi xarakterizə edib:

“Elonla bağlı əsas çətinlik ona ayaq uydurmaqdır. Ketamin istifadə etdiyini açıq deyir. Gün ərzində İcra Hakimiyyəti Binasında yatma yerində yatır. Çox çox qəribə bir adamdır. Düşünürəm ki, dahilər adətən belə olur. Bu, işlər üçün faydalıdırmı? Xeyr. Amma o, başlı-başına bir xarakterdir”.

Viles ABŞ Ədliyyə naziri Pam Bondini Jeffrey Epstein işi ilə bağlı tənqid edərək bildirib ki, Bondi bu məsələyə maraq göstərən auditoriyanı düzgün qiymətləndirə bilməyib.

O, həmçinin ABŞ vitse-prezidenti JD Vance haqqında “uzun illərdir konspirasiya nəzəriyyələrinə inanan şəxsdir” fikrini səsləndirib.

Müsahibə yayımlandıqdan sonra Viles sosial şəbəkə X üzərindən paylaşım edərək fikirlərinin təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, yayımlanan material ona, Trampa, Ağ Ev personalına və kabinetinə qarşı planlaşdırılmış qarayaxma yazısıdır.

Viles qeyd edib ki, Tramp administrasiyası 11 ay ərzində digər istənilən prezidentin 8 ilə nail ola bilmədiyi uğurlara imza atıb və bu, Trampın unikal liderliyi və vizyonu sayəsində mümkün olub.

Donald Tramp da ABŞ mətbuatına açıqlamasında Vilesə dəstək verərək “alkoqolik xarakter” ifadəsinin müəyyən mənada doğru olduğunu bildirib. Tramp özünü “sahiblənici və asılılıq yaradan xarakterə” malik şəxs kimi təsvir edib.

JD Vance isə Vilesin ardıcıllığına və səmimiliyinə hər zaman heyran olduğunu vurğulayıb:

“Onun ABŞ prezidentinə qarşı sədaqətsizliyini heç vaxt görməmişəm. Bu da onu prezidentin istəyə biləcəyi ən yaxşı Ağ Ev Xüsusi Katibi edir”.

Pam Bondi də X platformasında paylaşım edərək Vilesə dəstəyini ifadə edib və administrasiyanı parçalamaq cəhdlərinin uğursuzluğa düçar olacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri