Icma.az
close
up
RU
“TRAMP ALKOQOLİK XARAKTERLİDİR, VENS İSƏ...” Trampın “sağ əli”nin sensasiyalı müsahibəsi

“TRAMP ALKOQOLİK XARAKTERLİDİR, VENS İSƏ...” Trampın “sağ əli”nin sensasiyalı müsahibəsi

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın "Vanity Fair" jurnalında dərc edilən müsahibəsi böyük sensasiyaya səbəb olub

“AzPolitika” xəbər verir ki, xüsusilə Uaylsın ABŞ Prezidenti Donald Trampın “alkoqolik xarakterli” olmasına, İlon Maskın isə narkotik aludəçiliyinə dair dedikləri rezonans doğurub.

“Vanity Fair”-in jurnalistlərinin dərc etdiyi müsahibə son bir ildə Uaylsın onlara verdiyi ayrı-ayrı açıqlamaların cəmləşdirilmiş forması olub. Uayls müsahibədə bəzi fikirlərin kontekstdən çıxarılmasından şikayət edib. Lakin ümumilikdə həmin fikirlərin ona aid olduğunu da danmayıb.


Uayls açıqlamalarında Trampın yaxın çevrəsinə dair bir sıra açıq və bəzən tənqidi fikirlər səsləndirib. O, Maskı "qəribə ördək" adlandırıb və onun yanaşmasından "əvvəlcə təəccübləndiyini" söyləyib. Onun davranışı Uaylsa tez-tez irrasional və narahatedici görünüb. 

Maskın sosial mediada Stalinin, Maonun və Hitlerin milyonlarla insanı öldürmədiyini, bunu dövlət sektorundakı işçilərin etdiyini deməsini Uayls milyarderin narkotik istifadəçisi olması ilə əlaqələndirib: "Düşünürəm ki, məhz həmin vaxt o, mikrodoza qəbul edirdi. O, hamının bildiyi ketamin istifadəçisidir".

Uayls həmçinin ABŞ Baş prokuroru Pem Bondini mərhum maliyyəçi və pedofil Ceffri Epşteynlə bağlı "Epşteyn dosyesi"ni səhv idarə etdiyinə görə tənqid edib. Çünki bu, Tramp və onun MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatındakı davamçıları arasında uçurum yaradır.

Şəxsən Trampa gəlincə, o, əslində alkoqol qəbul etməyən Prezidentin "alkoqolizm xarakterinə" malik olduğunu deyib. Vitse-prezident J.D.Vens barədə heç də yüksək fikirdə olmayan Uayls onu "on ildir sui-qəsd nəzəriyyələri aludəçisi" olduğunu iddia edib. Uayls qeyd edib ki, Vensin Trampın tənqidçisindən müttəfiqinə çevrilməsi əsasən Senat seçkisi kampaniyası zamanı siyasi hesablamalara əsaslanıb. Yəni, Vens öz siyasi maraqları, Senatda təmsil olunması üçün Trampın qatı tənqidçisindən tərəfdarına çevrilib.

Uayls həmçinin bildirib ki, o, Trampı vəzifədə olduğu ilk 90 gündən sonra siyasi rəqibləri ilə "hesablaşmağı" dayandırmağa inandırmağa çalışıb. Lakin o, administrasiyanın müxaliflərə qarşı hüquqi tədbirlər görməsinin qismən prezidentin keçmişdə ona zərər verdiyinə inandığı şəxslərdən qisas almaq istəyi ilə əlaqəli olduğunu etiraf edib: "O, daim qisas almaq barədə düşünmür, amma fürsət yarandıqda bundan istifadə edir".

Uaylsın sözlərinə görə, Qəzza zolağı ilə bağlı vəziyyət və ABŞ-nin İsrail ilə münasibətləri Tramp koalisiyası daxilində ciddi gərginlik mənbəyinə çevrilib. O, bəzi seçicilərin - xüsusən də gənclərin, podkast dinləyicilərinin və həmkarlar ittifaqı nümayəndələrinin Vaşinqtonun İsraillə yaxın əlaqələrindən narahat olduqlarını və bunun Ağ Evə təzyiqi artırdığını qeyd edib. Uayls həmçinin Türkiyənin rolunu vurğulayıb və onu Qəzzada atəşkəsə və girovların əksəriyyətinin azad edilməsinə kömək edən əsas ölkələrdən biri kimi qeyd edib.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri