Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Trampın yaratdığı həyəcan: Avropa liderləri müharibənin 4 cü ilində Kiyevə toplaşacaq

Trampın yaratdığı həyəcan: Avropa liderləri müharibənin 4 cü ilində Kiyevə toplaşacaq

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın Rusiyanın əlini gücləndirərək, Avropa İttifaqından (Aİ) və hətta Ukraynadan çıxmaqla Rusiya-Ukrayna müharibəsini bitirmək planı Avropa liderlərini həyacanlandırıb və liderlər müharibənin 4-cü ildönümündə Kiyevdə görüşəcək.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Aİ-nin "ekzistensial təhlükə" kimi təsvir etdiyi Rusiya-Ukrayna müharibəsi fevralın 24-də dördüncü ilinə qədəm qoyur.

Müharibə başlayandan bəri İttifaq öz ənənələrinə zidd olan bir çox ilklərə imza atıb. 2022-ci ildə başlayan müharibədən sonra Aİ tarixində ilk dəfə olaraq hərbi texnikanın alınması və çatdırılmasını maliyyələşdirməyə qərar verib.

Aİ büdcədənkənar fond yaradıb, çünki onun təsis müqavilələri İttifaqın normal büdcəsindən hərbi əməliyyatları maliyyələşdirmək üçün istifadə etməsini qadağan edirdi. Aİ və onun üzvü olan ölkələr “Avropa Sülh Fondu” adlandırdığı resurs vasitəsilə indiyədək Ukraynaya 134 milyard avrodan çox hərbi yardım edib. Bundan əlavə, AB ilk dəfə olaraq faktiki olaraq müharibə şəraitində olan bir ölkə ilə danışıqlar masasına oturub və ilk dəfə olaraq 2,5 il kimi qısa müddətdə üzvlük danışıqlarına başlaıb.

Aİ ölkələri öz hərbi ehtiyatları tükəndiyi üçün müdafiə sənayesi istehsalını və birgə satınalmalarını artırmaq üçün strategiyalar qəbul etmək reallığı ilə üzləşdikcə, Brüssel bütün hesablamalarını alt-üst edən bir yeniliklə qarşılaşıb.

Transatlantik okeanın o biri tərəfində, 20 yanvarda administrasiya dəyişikliyi Aİ-ni strateji tərəfdaşının dəstəyi olmadan tərk edib. Çünki Ukraynaya yardımın demək olar ki, yarısını ABŞ təkbaşına maliyyələşdirib.

Avropa liderlərini bürüyən panika vəziyyəti yanvarın 20-dən çox əvvəl başlayıb. Trampın ilk prezidentlik dövründə Avropada buraxdığı izlər, ikinci prezidentlik kampaniyası zamanı etdiyi təhdidlər və son üç həftədə Vaşinqtondan Brüsselə göndərdiyi mesajlar Avropanı istiqamət axtarışına sürükləyib.

Brüsseli “cəhənnəm yuvası”, Aİ-ni isə “düşmən” kimi xarakterizə edən və “müdafiəyə daha çox pul xərcləməsəniz sizi qorumayacağam” hədəsi ilə çıxış edən Tramp administrasiyası seçki kampaniyası zamanı qeyd etdiyi Ukraynadakı müharibəyə son qoymaq planını fevralın 13-də Münhendə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında açıqlayıb.

ABŞ-ın yeni müdafiə naziri Pete Heqset ilk dəfə fevralın 12-də avropalı müttəfiqləri ilə görüşüb sərt mesajlarını çatdırarkən, Tramp Rusiya prezidenti Vladimir Putinlə 1,5 saatlıq telefon danışığı aparıb.

Trampın əslində ABŞ-ın vasitəçiliyi ilə Ukraynadakı sülh prosesində “neytral” rol oynamayacağına dair şübhələr yaransa da, Heqset eyni masa ətrafında ukraynalı və Avropa İttifaqındakı həmkarlarına deyib ki, “Ukrayna NATO-nun üzvü deyil və müharibədən sonra təhlükəsizlik zəmanəti Avropa ölkələri tərəfindən verilməlidir”.

Avropada narahatlıqla gözlənilən yeni müdafiə xərcləri miqyası ilk dəfə yüzdə 5 olaraq ABŞ tərəfindən rəsmi olaraq müttəfiqlərə çatdırılıb. Hazırda ümumi daxili məhsulunun (ÜDM) orta hesabla 1,9 faizini müdafiəyə ayıran Avropa ölkələri üçün yeni təzyiq yaranıb.

Avropa liderlərini şoka salan hadisə Münhendə baş verib. ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq AB-nin Ukrayna sülh danışıqlarında masa arxasında olmayacağını açıqlayıb. Ardınca Aİ-nin aparıcı güclərindən olan Fransa prezidenti Emmanuel Makron Parisdə fövqəladə təhlükəsizlik sammiti keçirib.

Fevralın 17-də Yelisey sarayında toplaşan Aİ, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Polşa, Danimarka və Hollandiya liderləri və NATO-nun baş katibi Mark Rutte bu hadisələri müzakirə ediblər. Çaxnaşma nümayiş etdirməməyə çalışan liderlər sammit nəticəsində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə və Avropanın öz müdafiəsini gücləndirməyə hazır olduqlarını bəyan ediblər.

Fevralın 18-də Tramp üç ildən artıq müddətdə Rusiya ilə ilk əlaqə yaratmaq üçün Səudiyyə Ərəbistanına nümayəndə heyəti göndərib. Tərəflər ikitərəfli münasibətləri normallaşdırmaq və Ukraynanın gələcəyi ilə bağlı danışıqları sürətləndirmək barədə razılığa gəliblər. Ukrayna tərəfi danışıqlarda iştirak etməyib.

Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas bununla bağlı açıqlama verərək: “Rusiya bizi (Aİ və ABŞ) ayırmağa çalışacaq, onların tələsinə düşməyək. ABŞ-la işləməklə biz Ukraynanın şərtləri ilə ədalətli və davamlı sülhə nail ola bilərik”, - deyib.

Digər tərəfdən, Avropada yayılan “ABŞ Avropadan qoşunlarını çıxaracaq” qorxusu da gündəmə gəlib. Ər-Riyaddakı danışıqlardan sonra Avropa Parlamentinin Xristian Demokrat üzvü Mika Aaltola sosial media hesabında “ABŞ Ukraynanı təslim etmək üçün Avropaya 3 həftə vaxt verdi” sözlərini paylaşıb. Aaltola trend mövzuya çevrilən paylaşımı ilə bağlı yazılı açıqlama verib.

Finlandiyalı deputat qeyd edib ki, onun yazısı Ər-Riyad danışıqlarının yaratdığı atmosferə ilkin reaksiyalarını əks etdirir. “Yenidənqurma, ABŞ-ın Avropadakı qoşunlarının ixtisarına dair cari baxışla birlikdə çox narahatlıq doğurur. Şərqi Avropada, xüsusən də Polşa və Rumıniyada bu məsələ ilə bağlı müzakirələr gedir”, - deyə qeyd edib.

“Şübhələr qalmasına baxmayaraq, indi vəziyyət bir qədər aydındır. ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı müzakirələr Amerikanın deyil, Rusiyanın təşəbbüsü ilə Səudiyyə Ərəbistanında müzakirə olunub. Avropanın yoxluğunda ABŞ və Rusiya arasında regional məsələlərin müzakirə olunması narahatedicidir. Danışıqların son dərəcə sürətli tempi narahatlıq doğurur. Tramp bu ayın sonuna qədər Rusiya və ABŞ arasında keçiriləcək sammitdən danışıb. Bu qısa üç həftəlik müddət Avropada bir çox insanı narahat edir. Avropa və Ukrayna üçün pis gələcək gözlənilir. Biz avropalılar son dayanacaq barədə heç nə bilmədən sürət qatarında səyahət edirik”, - deyə o qeyd edib.

Bütün bu hadisələrin üzərinə Avropa müharibənin dördüncü ilində indiyə qədər etdiyi kimi, Ukraynaya dəstək mesajı verməyə hazırlaşır. Lakin bu dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək görüşdə daha çox Aİ dövlətləriiştirak edəcək.

Aİ Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin (AP) sədri Roberta Metsola, həmçinin İspaniya, Litva, Latviya, Malta və Kanada liderinin Kiyevdə olacağı gözlənilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri