Icma.az
close
up
RU
Trampın yeni dünya düzəni modeli dövlətləri zəiflədəcək: Planet cəmisi bir neçə güclü liderin əlinə keçəcək

Trampın yeni dünya düzəni modeli dövlətləri zəiflədəcək: Planet cəmisi bir neçə güclü liderin əlinə keçəcək

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Donald Tramp yeni qlobal düzən modelində dövlətlərin, eləcə də ABŞ-ın roluna önəm verilməsinə cəhd göstərmək niyyətində deyil... Əksinə, ABŞ prezidenti məhz qlobal məkanda siyasi iradə sahibi olan dünya liderlərinin tərəfdaşlığına bağlı modelə can atır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-da Tramp adminstrasiyası hakimiyyətə gəldikdən sonra Ağ Evin xarici siyasət kursunun radikal dəyişikliklərə uğraması hazırda olduqca ciddi müzakirə və mübahisə mövzusudur. Ən azından ona görə ki, Tramp adminstrasiyası ABŞ-ın onilliklər boyu prioritet sayılan maraqlarından imtina edərək, hətta sensasion xarakter daşıyan hədəflərə can atır. Hər halda, indi ABŞ-ın strateji müttəfiqləri və real qlobal rəqibləri qeyri-müəyyən xarakter daşıyır. Və bu, qlobal siyasi-hüquqi sistemin davamlılığı baxımından, dağıdıcı faktor hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyası ABŞ-ın qlobal rəqibləri ilə qarşıdurma ənənəsinə son vermək niyyətində olduğunu biruzə verməkdədir. Dünyaca ünlü "Foreign Affairs" jurnalının qənaətinə görə, bu, ABŞ prezidenti Donald Trampın rəqabət əvəzinə, böyük dövlətlərin birliyinə cəhd göstərdiyini təsdiqləyir. Və müasir dünya reallıqları baxımından, sensasiyalı xarici siyasət kursu kimi dəyərləndirilir.

Məsələ ondadır ki, "Foreign Affairs" prezident Donald Trampın dünyagörüşünün böyük dövlətlərin rəqabəti deyil, onların öz aralarında razılaşması ilə bağlı olduğuna əmindir: "Bu, 19-cu əsrdə Avropada mövcud olmuş “konsert” sisteminə bənzər bir sistemdir. Yəni, prezident Donald Tramp güclü liderlər tərəfindən idarə olunan bir dünya istəyir. Bu liderlər həmişə harmoniyada olmasa da, hər zaman məqsədyönlü şəkildə ortaq hədəflər üçün fəaliyyət göstərməlidir”.

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Tramp ilk növbədə Çin, Rusiya və Türkiyə kimi dövlətlərlə ABŞ-ın prioritet maraqlarını yaxınlaşdırmağa çalışır. Yəni, ABŞ-ın əsas qlobal rəqiblərini geridə qoymaq əvəzinə, Ağ Ev sahibi bu ölkələrin liderləri ilə birlikdə hərəkət edərək, yeni dünya düzənini birlikdə formalaşdırmağa razı salmaq istəyir. Təbii ki, Çin, Rusiya, Türkiyə və ABŞ müxtəlif istiqamətlərdə üstünlük qazanmağa da çalışa bilərlər. Ancaq bu dövlətlər istənilən halda, vahid dünya düzənində yan-yana mövcud olduqlarını və üstün mövqe tutduqlarını da mütləq nəzərə almalıdırlar.

Beləliklə, prezident Donald Trampın “konsert sistemi”nə bağlı siyasi dünyagörüşünün tarixi analoq və müasirləşdirilmə potensialı mövcuddur. Çünki, Ağ Ev sahibinin yeni dünya düzəni ilə bağlı baxışları daha çox məhz “konsert sistemi” anlayışına əsaslanır. Bu sistem 1815-ci il Vyana Konqresindən sonra Avropada formalaşmışdı. Böyük Britaniya, Avstriya, Rusiya, Prussiya və Fransa kimi əsas beynəlxalq güclər "qoca qitə"də sabitliyi qorumaq üçün ortaq fəaliyyətə çalışırdılar.

İndi prezident Donald Tramp bu tarixi modeli 21-ci əsrdə tətbiq etməyə çalışır. Ancaq müasir qlobal siyasi düzənlə bu yanaşmanın uyğunluğu hər halda, müəyyən suallar doğurur. Çünki müasir dünya düzəni hələlik çoxqütblüdür: ABŞ, Çin və Rusiya kimi güclərdən başqa, Avropa Birliyi, Hindistan, Yaponiyaya və s. kimi mühüm regional oyunlar da var.

"Konsert sistemi" müasir qlobal məkanda yalnız milli maraqların konsensusu şəraitində mümkün ola bilər. Halbuki ABŞ, Çin və Rusiya arasında iqtisadi, ideoloji və geosiyasi ziddiyyətlər kəskindir. Məsələn, Tayvan böhranı, Ukrayna savaşı, enerji təhlükəsizliyi kimi qlobal problemlərə münasibətdə onların arasında kəskin maraq toqquşmaları mövcuddur. Eyni zamanda, Ağ Ev sahibinin “güclü liderlərin əməkdaşlığı” konsepsiyası beynəlxalq hüquq və demokratiya kimi universal dəyərləri ikinci plana atır. Və bu isə uzunmüddətli etimad böhranına səbəb ola bilər.

Ancaq prezident Donald Trampın bu yanaşmasının arxasında bir neçə praqmatik siyasi hədəf də dayana bilər. Belə ki, bəzi qənaətlərə görə, Ağ Ev sahibi enerji və ticarət axınlarını münaqişə və sanksiyalarla deyil, məhz razılaşmalarla daha sabit saxlamaq niyyəti güdür. Digər tərəfdən, ABŞ-ın Çin və Rusiya ilə hərbi münaqişəyə girməsi də qlobal məkanda fəlakətli nəticələrə gətirə bilər. Və prezident Donald Tramp kompromis və liderlərarası razılaşmalar ilə qlobal gərginliyi azaltmaq istəyir.

Nəhayət, prezident Donald Trampın anti-establişment ritorikası onu həm də ənənəvi liberal beynəlxalq nizamdan uzaqlaşdırır. O, seçicilərinə ilk növbədə məhz “Amerikanın maraqlarını qoruyan razılaşmalar” təqdim etmək istəyir. Və bu istiqamətdə atılan bütün addımlar onu qlobal liderlərlə anlaşma axtarmaq məcburiyyətində buraxır.

Təbii ki, prezident Donald Trampın yeni dünya düzəni üçün ön plana çıxartmağa çalışdığı fərqli qlobal tərəfdaşlıq modeli kifayət qədər cəlbedici görünür. Ancaq bu qlobal modelin dünyanın gələcək taleyi ilə bağlı olduqca riskli tərəfləri də olmamış deyil. Belə ki, bu model daha kiçik və orta səviyyəli dövlətlərin beynəlxalq məkanda rolunu zəiflədə, hətta sıflrlaya da bilər.

Məsələ ondadır ki, Ağ Ev sahibi öz yeni qlobal tərəfdaşlıq modeli ilə yalnız güclü dövlətlərin "danışıqlar masası"nda olduğu bir dünya sistemi təklif edir. Bu isə həm beynəlxalq hüququ zəiflədir, həm də “böyük balıq balacanı udar” prinsipini aktuallaşdıra bilər. Nəticədə, indiyə qədər "dünya beşdən böyükdür" tezisinin ön plana çıxarılması belə, öz əhəmiyyətini birdəfəlik itirmiş olar.

Digər tərəfdən, prezident Donald Trampın yeni qlobal tərəfdaşlıq modelinin ABŞ üçün də olduqca ciddi risklər vəd etdiyi qətiyyən şübhə doğurmur. Belə ki, bu modelin ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərinin zəifləməsinə səbəb ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, NATO və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq alyanslar bu qlobal modeldə ən yaxşı halda, ikinci plana keçirilmiş olacaq. Və bu, ilk növbədə elə ABŞ-ın qlobal liderliyinə sarsıdıcı zərbələr vura bilər.

Bu baxımdan, belə qənaətə gəlmək olar ki, əslində, prezident Donald Tramp yeni dünya düzənində dövlətlərin, eləcə ABŞ-ın roluna önəm verilməsinə cəhd göstərmək niyyətində deyil. Əksinə, ABŞ prezidenti nüfuzlu dövlətlərin deyil, məhz qlobal məkanda siyasi iradə sahibi olan dünya liderlərinin tərəfdaşlığına bağlı modelə can atır. Və bu, reallığa çevrilərsə, yeni dünya düzəni cəmisi bir neçə qlobal liderin ağalıq etdiyi istismarçı sistemə də çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 May 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri