Icma.az
close
up
RU
Yeni dünya düzəni üçün türk modeli

Yeni dünya düzəni üçün türk modeli

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və “Stratcom Public Forum”un təşkil etdiyi "Daha ədalətli bir dünya mümkündür" mövzusunda tədbirə mən də getmişdim. Dəvət üçün təşkilatçılara təşəkkür edirəm.

Doğrusu, tədbirdə fikirlərimizi bildirmək imkanımız olmadığından, öz mülahizə və təkliflərimi ayrıca yazıda ifadə edəcəm.

Adil dünya axtarışı təbiidir və indiki proseslərin məntiqindən doğur.

Bəs nədir bu axtardığımız adil dünya?

Qısaca desək, bu deməkdir: hər kəsin haqqını özünə verəcəksən və öz haqqını da kimsəyə yedirtməyəcəksən. Başqa sözlə, həm özünə qarşı, həm özgəyə qarşı ədalətli olacaqsan.

Əlbəttə, ətalətin hökm sürdüyü bir sistemdə ədalət axtarmaq doğru deyil. Dünya quruluşları, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı ətalət içindədir. Gerilikçi bir yanaşma ilə irəliyə getmək mümkün deyil. Biz Azərbaycanın öz acı təcrübəsində də bunu gördük: Ermənistanın işğalına son qoyulması üçün BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə qəbul etmişdi. Ancaq bu qurum 27 il ərzində özünün qəbul etdiyi qətnamələri icra etdirə bilmədi. Azərbaycan özü öz Konstitusiyasının tələblərini və bu dörd qətnaməni öz əsgəri gücü və diplomatik imkanları ilə, eləcə də, Türkiyənin misilsiz və danılmaz siyasi-mənəvi dəstəyi ilə özü həyata keçirdi; torpaqlarını işğaldan azad etdi. Əgər BMT-yə qalsaydı, bu problem hələ ən azı 27 il də kağız üzərində qalacaqdı. Yaxın Şərqdəki münaqişəyə dair 1967-ci ildən bəri qəbul olunan saysız-hesabsız qətnamələr havada qaldığı kimi, bu sənədlər də formal xarakter daşıyardı. Ancaq Azərbaycan bu problemi özü həll etdi.

Azərbaycan öz nümunəsində əslində ədalətin nə olduğunu, niyə vacib olduğunu və necə əldə oluna biləcəyini hamıya göstərdi. Bu prosesin ən önəmli və ən uğurlu nəticələrindən biri Azərbaycanla Türkiyə arasında birliyin, qardaşlığın və tərəfdaşlığın daha da möhkəmlənməsidir.

Qardaş olmaq hələ hər şey deyil. Qardaşlar arasında da savaş çıxır və bəzən ən azı tərəflərdən biri məğlub olur. Əslində qardaş qırğınının qalibi yoxdur. Azərbaycan-Türkiyə- Türküstan (Mərkəzi Asiya) birliyi məhz Azərbaycanın haqlı və tutarlı qələbəsindən inanılmaz güc aldı. Yeni, daha adil dünya modeli türk coğrafiyasında sınaqdan keçirilir.

Amma Dünyaya baxsaq, sanki hamı ədalət yaratmaq deyil, ədavət yaratmaq üçün çalışır. Haqsızlar haqlı çıxarılır, ədalətsizliklər ədalət kimi qələmə verilir. Belə bir dünya yaşamaq üçüm təhlükəsiz bir yer deyil.

Adil bir dünya quruculuğuna təşəbbüsü Türkiyənin göstərməsi, eləcə də, Azərbaycanın bunu dəstəkləməsi tamamilə təbiidir. Hər ölkənin belə bir mənəvi haqqı yoxdur. Azərbaycanın və Türkiyənin isə haqqı var. Həm özləri ədalətsizlikdən zərərçəkən olduqları üçün, həm də özləri olduqları yerə və əlləri çatan hər yerə ədalət gətirdikləri üçün.

Hələ 16-cı əsrdə Almaniyada Reformasiya hərəkatının lideri Martin Lüter Qanuni Sultan Süleymanın yürüşləri haqqında bunları demişdi: "Türkləri Avropaya buraxın. Onlar ədalət gətirir".

Müasir zamana da baxsaq, artıq onillərdir, Türkiyəni Avropa İttifaqına buraxmırlar. Niyə? Çünki ədalət gətirir. Ədalət isə Qərbin sisteminə uyğun deyil; orada əsas olan maraqlardır. Bunu məşhur "dəmir ledi" Marqaret Tetçer çox qısa və dəqiq ifadə etmişdi: "İngiltərənin dostları və düşmənləri yoxdur, maraqları var". Ancaq Azərbaycan və Türkiyə kimi ölkələr öz nümunələrində göstəriblər ki, maraqlardan öndə dəyərlər var.

Müsəlman ölkələrinə dünyada, xüsusilə, Qərbdə münasibət çox hallarda yanlış klişelərə söykənir. Müsəlman ölkələrinə hətta aşağılayıcı münasibətlər var. Ancaq cəmiyyətləri müsəlmanlar olan Azərbaycanla Türkiyənin türk qardaşlığına da baxın, ikisi də pravoslav müsəlman olan Rusiya ilə Ukraynanın slavyan qardaşlığına da baxın. Azərbaycan-Türkiyə münasibətləri dünya üçün əslində hazır və mükəmməl model kimi götürülə bilər. Bu, hazır formuldur. Azərbaycanla Türkiyə necə tək millətin iki dövlətidirsə, dünya da olsun, tək millətin iki yüz ölkəsi. Hərənin öz maraqları yenə olacaq, ancaq hamı eyni beynəlxalq birgəyaşayış prinsiplərinə və qaydalarına əməl edərsə, o zaman maraqları da uzlaşdırmaq asan olar.

Türkiyə prezidenti cənab Tayyib Ərdoğan heç də təsadüfən demir ki, dünya beşdən böyükdür. Dünyada 5 min millət, xalq, etnik qrup var. Bu beş min toplumun taleyini beş dövlət həll edə bilməz. Düzgün, yəni ədalətlə həll edə bilməz (ki, həll edə də bilmir).

Bəli, BMT Təhlükəsiz Şurasının beş daimi üzvü var. Bunlardan üçü - ABŞ, Fransa, Böyük Britaniya özlərini klassik demokratiya quruluşları, Rusiyanı avtoritar, Çini totalitar rejimlər adlandırırlar. Doğrudan da, elədirsə,

demokratiyanın prinsipi onlara yaxşı məlumdur: "çoxluğun səlahiyyəti, azlığın hüququ".

Həmin o demokratiyalarda - ABŞ-da, Böyük Britaniyada, Fransada qərarlar necə qəbul olunur? Səs çoxluğu ilə, eləmi? Bəli. Çoxluğun iradəsi hakim olur. Onda niyə həmin BMT-də azlığın iradəsi hakimdir? Vaxtilə Jvanetski bu duruma ironiya ilə: "Əzici azlıq" demişdi.

BMT-də məhz "əzici azlıq" hpkmramdır. Bu təşkilatın mənzil-qərargahı da ABŞ-da - Nyu York şəhərindədir. Demokratik ölkədı yerləşən bu təşkilatda demokratiyanın prinsipləri niyə indiyə qədər bərqərar deyil?!

Sual ritorikdir, cavabı özündədir.

Deməli, dünya beş dövlət arasında heç də həmişə mümkün olmayan konsensus mexanizminin girovluğundadır. Dünyanın taleyini beş dövlət həll edir (ya da, göründüyü kimi, həll edə bilmir). TŞ üzvü olan həmin bu beş dövlət hansı məsələlərdə konsensusa, yəni ortaq məxrəcə gələ bilirsə, problem yoxdur. Harda ortaq dil, orta yol tapa bilmir, orda mütləq münaqişə olur, müharibə olur.

Başqa sözlə, BMT Təhlükəsizlik Şurası qlobal təhlükəsizliyi təmin etməli olduğu halda, bunu etmir, əksinə özü qlobal təhlükəsizliyi təhdid edir. Təhlükəsizlik Şurası özü təhlükəli bir şuraya çevrilib. Nəinki münaqişələri aradan qaldırır, əksinə özü başqa dövlətlərin arasına münaqişə salır. Bu beş dövlət başqa ölkələrin ərazisini müharibə meydanına, əhalisini qurbana çevirib, başqa dövlətlərin ordusunu öz maraqları üçün bir-birinə qırdırırlar. Türkiyə prezidenti də məhz bu sistemi -bu yanaşnanı dəyişməyə çağırır. "Dünyanın taleyi beş dövlətin dodaqlarının arasından çıxan hökmə bağlı olmamalıdır" deyir.

Hazırkı dünya sistemi , bəli, ədalətli deyil, ətalətlidir. Buna görə nəinki dünyanı qoruyur, idarə edir, əksinə heç özü özünü qoruya və idarə edə bilmir. Ona görə də "daha ədalətli dünya!" çağırışı, ümumiyyətlə, daha ədalətli dünyanın qurulması bu cür qaçılmaz zərurətə çevrilib. Maraqlı və təbiidir ki, türk dövlətləri, xüsusilə, Türkiyə və Azərbaycan bu tarixi prosesin təşəbbüsçüsü və öncülü rolunu üzərinə götürüb. Çox xeyirli və daha da uğurlu olsun!

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri