Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Trampla çox məhsuldar danışığımız oldu Zelenskidən açıqlama

Trampla çox məhsuldar danışığımız oldu Zelenskidən açıqlama

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığının yekununa dair açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Prezident Trampla açıq və məhsuldar bir söhbətim oldu. Mən ona 11 martda Ciddədə Ukrayna və ABŞ komandalarının uğurlu və məhsuldar işə başlamasına görə təşəkkürümü bildirdim. Bu görüş müharibənin dayandırılması istiqamətində irəliləyişə mühüm töhfə verdi.

Biz razılaşdıq ki, Ukrayna və ABŞ real sülhə nail olmaq və müharibəni dayandırmaq üçün birlikdə işləməyə davam etməlidir. Prezident Trampın liderliyi və ABŞ-ın rəhbərliyi altında bu il dayanıqlı sülhün əldə olunacağına inanırıq.

Prezident Tramp Putinlə apardığı danışıqların detalları və əsas müzakirə mövzuları barədə məlumat verdi. Müharibənin tam dayandırılması istiqamətində atılacaq ilk addımlardan biri enerji və digər mülki infrastruktur obyektlərinə hücumların dayandırılması ola bilər. Mən bu təşəbbüsü dəstəklədim və Ukraynanın onun icrasına hazır olduğunu təsdiqlədim. Bizim komandalar bu məsələni Ciddədə müzakirə ediblər.

Amerika tərəfi həmçinin cəbhə xəttində qeyd-şərtsiz atəşkəs elan olunmasını təklif edib və Ukrayna da bu təklifi qəbul edib. Biz bu prosesin həyata keçirilməsi üçün işləməyə davam edəcəyik. Hesab edirik ki, atəşkəs dövründə hərtərəfli sülh sazişinin hazırlanması üçün bu addımlar vacibdir.

Bundan əlavə, mən döyüş meydanındakı vəziyyət və Rusiyanın hücumlarının nəticələri barədə yenilənmiş məlumatlar təqdim etdim. Kursk vilayətindəki vəziyyəti, hərbi əsirlərin azad edilməsi və Rusiya qoşunları tərəfindən qaçırılmış Ukrayna uşaqlarının qaytarılması məsələlərini müzakirə etdik. Hava hücumundan müdafiə sistemimizin vəziyyətini və onun gücləndirilməsinin mümkünlüyündən də danışdıq.

Komandalarımıza atəşkəsin həyata keçirilməsi və genişləndirilməsi ilə bağlı texniki məsələləri həll etmək tapşırılıb. Ukrayna və ABŞ komandaları yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşərək sülhə nail olmaq üçün addımların koordinasiyasını davam etdirəcəklər. Məşvərətçilərimizə və nümayəndələrimizə bu işi mümkün qədər tez yekunlaşdırmaq tapşırılıb. Rəsmi danışıqlarda müsbət rol oynayan Rubio, Uots, Kelloq, Yermak, Sibiqa, Umerov və Palisanın fəaliyyətini vurğuladıq. Növbəti görüşlərdə komandalar sülhün əldə olunması və təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün bütün lazımi məqamları razılaşdıracaqlar.

Prezident Trampa və Amerika xalqına dəstəyə görə təşəkkürümü bildirdim. Ukraynalıların sülh istədiyini bir daha vurğuladım və məhz bu səbəbdən Ukraynanın qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdiyini qeyd etdim. Prezident Trampın “güc yolu ilə sülh” konsepsiyasının vacibliyini xüsusi qeyd etdim. Biz yüksək səviyyədə və komandalarımız vasitəsilə daimi əlaqə saxlamaq barədə razılığa gəldik”, – Zelenski bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri