Icma.az
close
up
RU
Trampla Maskın yeni “dünya” planı ortaya çıxdı Ərdoğan və Putinə ehtiyac var

Trampla Maskın yeni “dünya” planı ortaya çıxdı Ərdoğan və Putinə ehtiyac var

Icma.az, News24 portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın andiçməsindən bir həftə ötür. İnaqurasiya günü Ağ Evin yeni rəhbərinin 100-ə yaxın sərəncam imzalaması və əvvəlki hökumətin 70-dən artıq qərarını ləğv etməsi ilə yadda qaldı.

Tramp o zaman bir çox sərt bəyanatlar səsləndirdi və ciddi vədlər verdi. İlk 7 gündə Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi müzakirələrə səbəb oldu. ABŞ prezidenti paralel olaraq Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün liderlərlə təmsların qurulmasına çalışır. Həmçinin ölkə torpaqlarının genişləndirəcəyini bildirir və Kanada ilə Qrenlandiyaya ərazi iddiasını gücləndirir.

Trampın son 7 gündə Ağ Evin başına keçməsi nələri dəyişdi? Proqnozları verilən və bütün dünyanı əhatə edəcək böyük proseslərin başlanması üçün addım atılıbmı?

 Siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, yeni prezident ilk olaraq ABŞ-da və dünyada nələr etmək istədiyinə dair inaqurasiya mərasimində mesajlarını verib:

“Bu isə o deməkdir ki, Trampı ilk növbədə ABŞ daxilində və Avropa İttifaqının (Aİ) idarə olunmasında güclü rıçaqlara malik maliyyə oliqarxiyası ilə ciddi qarşıdurma gözləyir.

Ağ Ev rəhbəri inaqurasiya mərasimində çoxsaylı tezislər səsləndirdi, burada diqqətçəkən 3 məqam var. Məsələn, Tramp bildirdi ki, ABŞ-ın hökmü Marsa qədər uzanacaq. Əslində bu tezis ideoloji savaşların açar şifrəsidir. Dünyada dövlətləri yox etməyə çalışan, millətləri kölələşdirən və “LGBT”, “yeni dəyərlərlə” ailə institutu, həmçinin milli, dini dəyərləri sıradan çıxarmağa çalışan mondializm nəzəriyyəsinin müəllifləridir. Geosiyasətdə mondializm nəzəriyyəsi əvvəlki dönəmlərdə ciddiyə alınmasa da, son zamanlar əslində dünyanın ələ keçirildiyi və fəlakətə sürükləndiyi ortaya çıxdı və bir sıra məsələlər üçün dövlətlər artıq gecikdiklərinin fərqinə vardılar.

Nəticədə də bu, daha ciddi təhdiddir. Mondializm nəzəriyyəsi (tək dünya dövləti, yaxud dünya hökuməti) görünən və görünməyən mondialist təşkilatlar vasitəsilə reallaşdırılır. Məsələn, “Bilderberq klubu”. Bu təşkilatın üzvlərini araşdırsaq, mənzərəni özümüz üçün daha aydın təsəvvür edə bilərik”.

Ekspertin sözlərinə görə, qlobal maliyyə sisteminin sahibləri və onların seçdikləri şəxslər, Trampın dirəndiyi anti-dövlət və ümumilikdə anti-insani prosesləri reallaşdırmağa çalışırlar:

“Məsələn, NATO-nun sabiq baş katibi (2014-2024) Yens Stoltenberq hazırda “Bilderberq klubu”nun sədridir və təkcə bu fakt dünyanın real mənzərəsini ortaya qoyur. Mondialistlər hesab edirlər ki, onların dünya hökuməti qurmaları üçün efirokratiya (kosmik gücə sahib olmaq) mütləq şərtdir.

Sadalanan bu faktorlardan sonra “SpaceX” şirkətlərinin rəhbəri Elon Mask detalı diqqət çəkir. Onun Tramp administrasiyası və arxasındakı güc üçün hansı anlam və nə qədər önəm daşıdığını tam olaraq təsəvvür edə bilirik.

“Hökmümüz Marsa qədər uzanacaq”,- ifadəsi indi daha çox aydın olur. Bu, təkcə Rusiya, yaxud Çinə verilən mesaj deyil. İlk növbədə ABŞ-ı əsarət altında saxlayan mondialist təşkilatların arxasındakı gücə – qlobal maliyyə sisteminə verilən mesajdır. Yəni Tramp mondializmi “geosiyasət qəbirstanlığı”nda dəfn etməyə çalışır, bu isə yeni dünyada yeni eranın başlanğıcıdır. Lakin bu başlanğıc dünyanı daha dəhşətli təhlükələrlə üz-üzə qoyacaq”.

Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu əlavə edib ki, Trampın daha sonra “sizin üçün savaşacağam” deməsi rəqib dövlətlərlə müharibə edəcəyi mənasına gəlmir:

“Xalq Trampa ona görə səs verdi ki, ABŞ özünə aid olmayan bölgələrdə müharibələrə girməsin. Yəni qeyd etdiyim fikirlər, prezidentin bu ifadəsini müəyyən qədər açır. Beləliklə “qlobal soyğun” sisteminin 2020-ci ildə olduğu kimi sürprizləri gözləniləndir və Tramp da bununla “hər şeyə, bütün növ gözlənilməz hücumlara hazır olmalıyıq”,- mesajını verir. Qlobal savaş öncə ABŞ daxilində və oradan idarə olunan Fransa hökuməti kimi marionetlərlə yeni başlayır. Yəni Tramp administrasiyası öncə ABŞ daxilində və daha sonra Avropa İttifaqının marionet liderləri ilə mübarizə aparacaq.

Bu proses ideoloji və iqtisadi sahələri əhatə edəcək. İnaqurasiya mərasiminə avropalı sağçı liderlərin dəvət olunması təsadüfi deyildi və gələcək planların bir hissəsidir. Regionda artıq narahatlıq hiss olunur. Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen və Almaniyanın kansleri Olaf Şoltsun “Avropa dəyərləri” ilə bağlı açıqlamaları da bu narahatlıqların nümunəsidir”.

Ə.Zülfüqaroğlu onu da diqqətə çatdırıb ki, Trampa bu mübarizədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və digər liderlərin dəstəyi lazımdır:

“Amma bunun üçün Moskva Ukrayna müharibəsində kompromisə məcbur edilməlidir. Lakin ilk olaraq Tramp Putinlə daha rahat dil tapmalıdır. Ağ Ev rəhbəri Rusiyanın zəifləməsi ilə bağlı da mesajını verdi. ABŞ-nin neft istehsalı kəskin şəkildə artacaq və Səudiyyə Ərəbistanını da buna məcbur edəcək. Hesab edirəm ki, bundan sonra hədəf Rusiya-Ukrayna savaşında atəşkəsə nail olmaq və beləliklə də diplomatik təmasları önə çıxarmaqdır. Fikrimcə, bunun cari il ərzində baş verməsi mümkün olacaq. Təbii ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin dönəmi də artıq başa çatacaq və Rusiya yeni Kiyev hökuməti ilə danışıqlar masasına oturacaq.

Əlbəttə, Ukraynanın ərazi bütövlüyü sual altındadır və danışıqlar uzun zaman alacaq. Amma Trampa əsasən müharibənin dayandırılması və bununla da divident əldə etməsi lazımdır. Qısaca onu deyə bilərik ki, dünyada gərgin proseslər davam edəcək. Amma sələfi Co Baydenlə müqayisədə, Tramp hökuməti spontan və qeyri-adi açıqlamalara rəğmən müsbət məqamlarla yadda qala bilər”.\\globalinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Yanvar 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri