Şolz və Zelenski Trampla bağlı razılığa gəldilər
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya kansleri Olaf Şolz Volodimir Zelenski ilə telefon danışığı keçirib və tərəflər atəşkəsin tezliklə əldə olunmasında ABŞ prezidenti Donald Trampın liderliyinin vacibliyi barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
O qeyd edib ki, Şolz və Zelenski telefon danışığında Ukraynadakı hərbi və humanitar vəziyyəti müzakirə ediblər. Almaniya kansleri Zelenskinin "ən ilk fürsətdə danışıqlara başlamağa" hazır olduğunu alqışlayıb. “Hər ikisi ABŞ prezidentinin rəhbərliyinin, o cümlədən Ukraynada sürətli atəşkəs və davamlı sülhün əldə edilməsi məqsədi ilə vacibliyi barədə razılığa gəldilər”-deyə, Almaniya hökumətinin sözçüsü bildirib.
Şolz bir daha Almaniyanın "Avropa və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək" Ukraynaya dəstəyini davam etdirəcəyinə əmin etdi.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:95
Bu xəbər 05 Mart 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















