Transfer bazarı bağlanır: Alvarez, Enzo və Gakpo üçün son saatlar
Lent az saytına istinadən Icma.az xəbər verir.
Avropada yay transfer pəncərəsinin bağlanmasına az vaxt qalıb və bir sıra ulduz futbolçuların gələcəyi hələ də qeyri-müəyyəndir. Julian Alvarez, Enzo Fernandez və Cody Gakpo mümkün klub dəyişikliyi ilə gündəmdə olan əsas adlar sırasındadır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Atletico Madrid-dən ayrılmaq istəyən Julian Alvarez üçün “Arsenal” əsas namizədlərdən biridir. Madrid klubu futbolçunu “Barselona”ya satmaq istəmir, “Arsenal”la isə 150 milyon avro civarında razılaşmaya açıqdır.
“Chelsea”nin yarımmüdafiəçisi Enzo Fernandez isə “Manchester City”nin maraq dairəsindədir. Mümkün transferin klub rekordu səviyyəsində məbləğə başa gələ biləcəyi bildirilir.
“Manchester City” həmçinin “Liverpool”un hücumçusu Cody Gakpo üçün danışıqlara başlayıb. İngiltərə çempionu təxminən 85 milyon funtluq paket təklif etməyə hazırdır. Gakponun da “City” variantına müsbət yanaşdığı qeyd olunur.
Bundan başqa, “Liverpool” Ismaila Sarrla, “Tottenham” Iliman Ndiaye ilə, “Everton” isə Richarlison və Jack Grealishlə bağlı danışıqlar aparır. Joshua Zirkzee üçün isə “Fiorentina” icarə variantını nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 31 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















