Transfer savaşı: “Qarabağ”a Rusiyadan ciddi rəqib
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ"ın heyətinə qatmaq istədiyi braziliyalı futbolçu Derik Laserda ilə daha bir klub yaxından maraqlanır. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat verilib.
26 yaşlı hücumçu ilə danışıqlarda vasitəçi olan şəxslərdən biri "Kuyaba"da çıxış edən oyunçu ilə danışıqlar aparıldığını təsdiqləyib.
Lakin Rusiya təmsilçisi "Baltika"nın da forvardla maraqlanması işi çətinləşdirir. Qonşularımız Laserdaya rəsmi təklif də göndəriblər. "Baltika" hücumçunu sonradan satın almaq hüququ ilə icarəyə götürmək istəyir.
Maraqlıdır ki, "Qarabağ" Nəriman Axundzadənin ABŞ-ın "Kolombus Kru" komandasına keçməsindən sonra hücumçu axtarışlarını sürətləndirib. Derik Laserda alınmayacağı təqdirdə ağdamlılar başqa alternativlərə yönələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Fevral 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















