Icma.az
close
up
RU
Transplantasiya: Ölmüş bədən başqalarına yeni həyat verə bilər

Transplantasiya: Ölmüş bədən başqalarına yeni həyat verə bilər

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər dünya səhiyyə sisteminin nailiyyətlərindən biri də orqan transplantasiyası hesab edilir.

Belə ki, proses bir çox müxtəlif xəstəlikdən əziyyət çəkən insanların yaşamaq imkanlarını artırır. Bu gün artıq yalnız həyatda olan insanlardan deyil, meyit donorluğu da tətbiq edilir.

Orqan transplantasiyasında son illər ən uğurlu əməliyyat həyata keçirən ölkələrdən biri də Türkiyədir. İstanbul Vilayət sağlamlıq idarəsinin müdiri professor Abdullah Emre Güner şəhərdə 501 xəstənin ürək nəqli gözlədiyini bildirib:

"İstanbulda son 10 ildə cəmi 187 ürək nəqli əməliyyatı həyata keçirilib. 2023-cü ildə 16, 2024-cü ildə 14, 2025-ci ildə isə 10 ürək transplantasiyası uğurla tamamlanıb. Bundan başqa İstanbulda cəmi 3 482 və 2 orqan transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Son 10 ildə 23.942, gözləyən xəstələrin sayı ilə müqayisədə bu rəqəmlər kifayət qədər azdır”. 

O, orqan donorluğunun xalqın sağlamlığı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Güner orqan donorluğunun bir çox xəstəyə həyat şansı verdiyini vurğulayıb:

"Biri donor olduqda, bir çox həyat yenidən doğulur. Bu gün ürək transplantasiyası gözləyən 501 pasiyentimizin hər biri donor orqanı ilə sağlam həyata qayıdır. Unutmayaq ki, orqan donorluğu təkcə xəstəyə deyil, ailəsinə və yaxınlarına da yeni ümidlər gətirir".

Güner ictimaiyyətin daha çox məlumatlandırılmasının yüzlərlə xəstənin sağ qalmasına töhfə verəcəyini deyib: 

"Orqan donorluğu susmuş ürəklərə yeni həyat gətirir, uşaqlara ana və atalarını, həyat yoldaşlarını bir-birinə, ailələrə isə sevdiklərini bəxş edir. Hər ianənin bir həyatı, bir həyatın özünü təmsil edir". 

Azərbaycanda da son illər orqan transplantasiya ilə bağlı tədbirlər həyata keçirilir. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, 2025-ci ilin ilk 8 ayında ölkədə 203 orqan köçürməsi icra olunub:

"Ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb. Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub.

Buynuz qişa transplantasiyası üzrə 85 əməliyyat aparılıb. Onlardan biri uşaq, 84-ü böyüklərdə icra olunub. Ən az icra olunan sümük iliyi transplantasiyası üzrə isə 22 əməliyyat baş tutub. Onlardan 21-i uşaq, biri isə böyüklərdə icra olunub".

Bununla yanaşı, vurğulanıb ki, hazırda 1021 nəfər orqan transplantasiyası üçün növbədədir.Onu da qeyd edək ki, 2009-cu ildən bəri Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanun meyitdən orqan götürülməsinə imkan verir.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, həmin vaxtdan bəri ölümündən sonra könüllü donor kimi qeydiyyatdan keçib və orqanlarını bağışlamaq istəyənlərin sayı 544 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti Mircəlal Kazımi isə bildirib ki, "bu günədək yalnız bizim komanda tərəfindən 1500-dən çox, ümumilikdə isə ölkə üzrə 2000-dən artıq orqan transplantasiyası əməliyyatı həyata keçirilib. Bu göstərici regionda ən yüksək nəticədir və Azərbaycan səhiyyəsinin mühüm uğuru hesab olunur".

Ümumiyyətlə, bu gün dünyada insanların yaşamasında böyük rol oynayan bu prosesə bütün insanların cəlb olunması mühüm amildir ki, bununla da digər insana həyat bəxş etmiş olurlar.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see273

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see249

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see219

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see202

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see183

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see149

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see146

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see144

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see139

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see135

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see134

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see134

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri