Icma.az
close
up
RU
Transxəzər Fiber Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

Transxəzər Fiber Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dəniz marşrutunun tədqiqatına başlanılıb. Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat strateji əhəmiyyətə malik layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri dörd həftəyə qədər davam edəcək.

“AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri Emil Məsimov və şirkətin rəhbər heyəti tədqiqat işlərini həyata keçirəcək “Türkan” gəmisini ziyarət edərək, gəminin texniki imkanları ilə tanışıb olub və müasir avadanlıqlara baxış keçiriblər.

Emil Məsimov gəmi heyəti və mühəndislərlə görüş zamanı layihənin strateji əhəmiyyətini vurğulayıb: “Transxəzər Fiber-Optik Kabel layihəsi çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu tədqiqatını həyata keçirməklə biz layihənin tikintisi üzrə əsas mərhələnin icrasına başlayırıq. Regional rəqəmsal bağlantını gücləndirəcək və Xəzər dənizini qlobal rəqəmsal infrastrukturun vacib hissəsinə çevirəcək layihənin bu mərhələsinin həyata keçirilməsi üçün ən qabaqcıl texnologiyalar və peşəkar mütəxəssislər cəlb olunub. Əminəm ki, həm Azərbaycan, həm də Qazaxıstan tərəfində işlər planlaşdırılan qrafika uyğun olaraq uğurla yekunlaşdırılacaq”.

Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir.  

Transxəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

“AzerTelecom” haqqında

AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin  cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.

“Kazakhtelecom” haqqında

Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Avqust 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri