Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişinə başlanılıb
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
İxtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb.
Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır.
Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib.
İşlərə 20 min tondan çox su tutumuna malik, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşmış gəmi cəlb olunub. Göyərtədə 70 heyət üzvü, texniki nəzarət mütəxəssisləri və "Kazakhtelecom"un nümayəndəsi var.
Məlumata əsasən, layihəni Qazaxıstanın "Kazakhtelecom" SC və Azərbaycanın "AzerTelecom International" şirkəti tərəfindən yaradılmış "CaspiLink B.V." birgə müəssisəsi həyata keçirir. Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib.
Mütəxəssislər dəniz işlərinə başlamamışdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, eləcə də ekoloji icazə alıblar.
Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:214
Bu xəbər 31 İyul 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















