Icma.az
close
up
RU
Xəzərin dibi ilə çəkiləcək Transxəzər Fiber Optik Kabel Xətti reallaşmaq üzrədir

Xəzərin dibi ilə çəkiləcək Transxəzər Fiber Optik Kabel Xətti reallaşmaq üzrədir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Qazaxıstan arasında çəkiləcək Transxəzər Kabel Xətti üzrə daha bir mühüm mərhələnin uğurla tamamlandığı bildirilib.

Belə ki, fiber optik xəttin keçəcəyi dəniz marşrutunun tədqiqi üçün zəruri olan mühəndislik işləri uğurla başa çatdırılıb.

Bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin və detallı mühəndislik təhlilini əhatə edir.

Yəni məhz bunun əsasında qərar verilir ki, tikintiyə başlamaq olar.

"Pioneer Consulting" tərəfindən aparılan mühəndislik tədqiqatları nəticəsində Xəzər dənizinin dibi ilə keçəcək 380 km-lik kabelin marşrutu beynəlxalq standartlara uyğun şəkildə müəyyənləşdirilib.

Xatırladıram ki cari ilin əvvəli Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilə də imzalanıb.

Ümumiyyətlə, bildirmək istərdim ki, bu layihə həm relyef və coğrafi baxımından, həm texnoloji baxımdan, həm də geosiyasi baxımdan mürəkkəb layihə olub.

Xatırladıram ki, son 30 ildə bu tip layihənin reallaşmasına bir neçə dəfə cəhdlər olub, amma geosiyasi maraqlar baxımından bunu reallaşdırmaq mümkün olmayıb, layihələr həmişə bu marşrutdan yan keçib.

Qazaxıstan tərəfdə tərəfdaş şirkətin yenidən müəyyən edilməsi də bu layihəni bir xeyli ləngidib.

Hər iki ölkənin Prezidentləri və Parlamentləri səviyyəsində bu layihə təsdiqlənib.

Hazırda özəl qurum olan Azertelecom və Kazakhtelecom şirkətinin, NEQSOL Holdinqin bu istiqamətdəki real nəticələr verən səyləri təqdirəlayiqdir, layihənin artıq tikintisi başlanacaq səviyyəyə gətirib çatdırması diqqət cəlb edəndir.

Bu kabel xətti 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

Bu layihə Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir, ölkəmizin texnoloji imkanlarının regional gücə çevrilmək potensialını nümayiş etdirir.

Transxəzər layihəsi Asiya ilə Avropa arasında etibarlı, sürətli və təhlükəsiz rəqəmsal bağlantı yaradaraq regionda texnoloji inkişafı və iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Burada qurulacaq Data Mərkəzlər yeni rəqəmsal dəyərlər yaratmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.

Transxəzərin quruya çıxarılacağı nöqtə əvvəllər Siyəzən olub, hazırda isə Sumqayıt şəhəridir. Güman ki məhz burada həm də regional Data Mərkəzlərinin qurulması planlaşdırılır.

Bunun reallaşması ilə Sumqayıt təkcə sənaye yox, həm də rəqəmsal mərkəzə çevrilə biləcək.

Beləliklə, layihənin mühəndislik mərhələsi də arxada qaldı.

Ümid edirik ki, yaxın zamanda Transxəzər layihəsinin faktiki tikinti mərhələsinə start verildiyi xəbərini də eşidəcəyik.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri