Icma.az
close
up
RU
Transxəzər körpüsü Avropanı Mərkəzi Asiyaya yaxınlaşdırır

Transxəzər körpüsü Avropanı Mərkəzi Asiyaya yaxınlaşdırır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Səmərqənd sammitində marşruta yatırımı artırmaq qərara alınıb

Səmərqənddə keçirilən sammitdə Avropa İttifaqı və Mərkəzi Asiyanın 5 dövləti strateji tərəfdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. Bu barədə “Euronews” kanalı məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqının prezidenti Antoniu Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin iştirak etdikləri toplantıda ilin sonunadək əlavə investisiyaların, xüsusilə də Transxəzər nəqliyyat dəhlizinə sərmayələrin cəlb edilməsi məqsədilə forumun keçirilməsi barədə razılıq əldə olunub. Bu dəhliz Avropa və Asiya regionları arasında yük ixracının müddətini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yerli ofisinin yaradılmasına imkan verəcək. Eyni zamanda, sammitin hər iki ildən bir keçirilməsi ideyası da dəstəklənib.

Xatırladaq ki, Avropa İttifaqı Səmərqənddə keçirilən 2 günlük sammitin yekununa dair Mərkəzi Asiya ölkələri ilə yeni strateji tərəfdaşlıq elan edib. Forum qeyri-sabit geosiyasi və iqtisadi şəraitdə baş tutub. Bu, ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrə, o cümlədən ABŞ-ın müttəfiqləri olan Böyük Britaniya və Avropa İttifaqına qarşı yeni ticarət rüsumları tətbiq etməsindən sonra baş verib. Yeri gəlmişkən, bazarlarda narahatlıq yaradıb bu addım dünya liderləri tərəfindən tənqid olunub.

Sammitdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri üçün ümumi dəyəri 12 milyard avro olan investisiya paketi hazırlayıb. Həmin məbləğin 3 milyard avrosu nəqliyyat sahəsində layihələrin maliyyələşdirilməsinə, 2,5 milyard avrosu isə strateji xammalla bağlı layihələrə sərmayə qoyulmasına yönəldiləcək. Bununla yanaşı, nəzərdə tutulmuş ümumi vəsaitin 6,4 milyard avrosu su ehtiyatları, enerji və iqlim sahəsində layihələrə, 100 milyon avrosu isə peyk internetinin inkişafına sərf olunacaq.

Yeri gəlmişkən, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. Son illər bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər Orta Dəhliz üzrə yükdaşımaların həcmini 8 dəfə artırmağa imkan yaradıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə sözügedən marşrut üzrə daşınan yüklərin həcmi 560 min ton idisə, ötən il bu rəqəm 4,5 milyon tona çatıb. 2025-ci il üçün yükdaşıma proqnozu 4,9 milyon ton səviyyəsində nəzərdə tutulsa da, 2029-cu ilə qədər bu göstəricinin 10 milyon tona çatdıralacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri