Icma.az
close
up
RU
“Transxəzər rabitə xətti rəqəmsal iqtisadiyyat və innovasiya üçün böyük fürsətdir

“Transxəzər rabitə xətti rəqəmsal iqtisadiyyat və innovasiya üçün böyük fürsətdir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında diqqət cəlb edən məqamlardan biri də Transxəzər layihəsilə bağlıdır. Prezident çıxışında “Rəqəmsal İpək Yolu” layihəsinə xüsusi önəm verildiyini, onun tərkib hissəsi olan TransXəzər rabitə xəttinin, Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsinin Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsində mühüm rol oynayacağını vurğulayıb".

Ölkə.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz xatırladıb ki, Azertelecom tərəfindən icra olunan bu layihə Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək Transxəzər rabitə xəttinin çəkilməsini nəzərdə tutur:

"Artıq layihəyə start verilib, podratçılar müəyyənləşib, texniki nəzarətçi və məsləhətçi şirkətlər müəyyən olunub, müqavilələr imzalanıb, marşrutun keçəcəyi sualtı ərazilərin tədqiqatına başlanıb və s.

Son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olub.

Əgər Prezident səviyyəsində, BMT tribunasında bu layihə ilə bağlı önəmli fikirlər səslənirsə, düşünmək olar ki, biz artıq Transxəzərin reallaşması ərəfəsindəyik.

Azərbaycanın rəqəmsal mərkəzə və transit mərkəzinə çevrilməsi, qlobal şirkətlərin Azərbaycana maraq göstərməsi və resurslarını ölkəmizə daşıması, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya infrastrukturunun əsas hissəsinə çevrilməsi baxımından Transxəzər layihəsi strateji əhəmiyyət kəsb edir.

Transxəzər rabitə xətti yalnız rabitə yolu deyil, həm də rəqəmsal iqtisadiyyatın və innovasiyaların inkişafı üçün böyük fürsətdir. Rəqəmsal infrastrukturun inkişafı və qlobal texnoloji şirkətlərin cəlb edilməsi Azərbaycanın bölgədəki rəqabət qabiliyyətini xeyli gücləndirəcək".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri