Icma.az
close
up
RU
Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan müasir nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edib. Nəqliyyat-logistika sahəsində reallaşdırılan layihələr müxtəlif istiqamətləri - avtomobil yollarını, dəmiryolunu, su və hava nəqliyyatını əhatə edib. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Respublikamızda hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları tikilir və yaxud əsalı şəkildə yenidən qurulur.

Axar.az xəbər verir ki, bu sözləri Samir Vəliyev deyib.

Deputat bildirib ki, hazırda dünyada müşahidə edilən kataklizmlər, xüsusilə də Şərqi Avropada, Yaxın Şərqdə, Hörmüz boğazı ətrafında, daha əvvəl Qırmızı dənizdə baş verənlər regionda və qlobal miqyasda ölkələri, daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub:

"Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi heç vaxt olmadığı qədər artıb. Belə bir şəraitdə nəzərlər Azərbaycana yönəlir ki, bu da bir sıra fundamental amillərlə bağlıdır. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında ölkəmizin tranzit daşımaları sahəsində üstünlüklərinə və bunu şərtləndirən bir sıra məqamlara diqqət çəkib. “Biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək”, - deyə dövlətimizin başçısı forumda ona ünvanlanan sualları cavablandırarkən bildirib.

IV Şuşa Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyev tranzit daşımaları üçün zəruri olan iki mühüm şərtə xüsusi diqqət çəkib. Bunlardan biri qonşularla yaxşı münasibətlərin qurulmasıdır. Dövlətimizin başçısı bildirib ki, əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda qonşularla yaxşı münasibətlərin qurulması xətti xüsusi yer tutur. Qısa müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli əlaqələrin qurulması respublikamızın böyük üstünlüyüdür. İndiyədək Azərbaycanın moderatorluğu və qonşu dövlətlərin iştirakı ilə bir sıra nəqliyyat və enerji layihələri uğurla reallaşdırılıb və hazırda həmin layihələrdən bütün Avrasiya məkanı faydalanır.

Daşımalar üçün digər zəruri şərt infrastrukturla bağlıdır. Prezident İlham Əliyev son 22 ildə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yanaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Tam qətiyyətlə deyə bilərik ki, hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir".

Millət vəkilinin sözlərinə görə, respublikamızda 10-dək aeroportun inşası təmin edilib:

"Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Füzulidə, Zəngilanda və Laçında olmaqla daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılıb. Hazırda ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyədə olmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “...Fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır.

Genişlənmə layihələri həm Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttini, həm də Ələtdəki beynəlxalq dəniz limanını əhatə edir. Azərbaycanın nəqliyyat-logistika imkanlarını artıraraq Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsindən bəhs edərkən ölkəmizin liderliyi ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini ayrıca qeyd edə bilərik. Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanın dəmir yolları şəbəkələrinin birləşdirilməsini təmin edib. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsi üzrə layihə artıq yekunlaşıb. Beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması istiqamətində fəal iş aparılır. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq. Limanın gücü ildə 15 milyon tondan 25 milyon tona qədər artırılacaq. Bütün bunlar isə Azərbaycanı qlobal loqistika qovşağına çevirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 İyul 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri