Icma.az
close
up
RU
Yaşıl enerjiyə keçid ekoloji problemlərin həlli üçün zəruri şərt

Yaşıl enerjiyə keçid ekoloji problemlərin həlli üçün zəruri şərt

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kəskin iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi hazırda dünyanın qarşısında duran ən böyük problemlərdəndir. Bu problemlərin əsas səbəblərindən biri isə insan fəaliyyətindən yaranan karbon emissiyalarıdır. Xüsusilə də, enerji istehsalında istifadə olunan neft, qaz və kömür kimi fosil yanacaqlar havaya çoxlu zərərli qazlar buraxır. Bu səbəbdən də son illərdə yaşıl enerji anlayışı daha da ön plana çıxır. Müasir dövrdə enerji insan həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq ənənəvi enerji mənbələri - neft, qaz və kömür - təbiətə ciddi zərər vurur, iqlim dəyişikliyini sürətləndirir və atmosferin çirklənməsinə səbəb olur. Bu problemlərin qarşısını almağın ən effektiv yolu yaşıl enerjiyə keçiddir. Yaşıl enerji - təmiz, təhlükəsiz və davamlı enerji mənbəyi kimi, bəşəriyyətin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.

Yaşıl enerji ətraf mühiti çirkləndirmir. Günəş, külək, su və digər təmiz mənbələrdən alınan enerji atmosferə zərərli qazlar buraxmır. Bu isə qlobal istiləşmənin qarşısını alır, ozon təbəqəsini qoruyur, havanın, suyun və torpağın təmiz qalmasına kömək edir.

Fosil yanacaqların əksinə olaraq, yaşıl enerji karbon qazı emissiyalarını minimuma endirir və ekoloji balansı qorumağa şərait yaradır.

Yaşıl enerji daxili enerji istehsalını artırmaqla ölkələrin xarici enerji asılılığını azaldır. Günəş və külək kimi mənbələr hər ölkədə mövcuddur. Bu isə dövlətlərə enerji idxalından asılılığı azaltmaq, milli enerji təhlükəsizliyini təmin etmək, qiymət dalğalanmalarından qorunmaq imkanı verir. Başlanğıcda yaşıl enerji texnologiyaları baha görünə bilər, lakin uzunmüddətli dövrdə bu sərmayələr özünü doğruldur. Yaşıl enerji əməliyyat və baxım xərclərini azaldır, yeni iş yerləri yaradır, yerli istehsalı və texnoloji inkişafı təşviq edir. Yaşıl enerji sahəsində yaranan yeni peşələr və texnologiyalar gələcək iqtisadiyyatın əsas sütunlarından birinə çevrilir.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri də əlçatan və təmiz enerji təminatıdır. Yaşıl enerji nəsillərarası ədaləti qoruyur, təbiətə zərər vermədən inkişafı təmin edir, əhalinin rifahını və həyat keyfiyyətini artırır.

Yəni yaşıl enerji həm bu günün, həm də sabahın ehtiyaclarını qarşılayır.

Qlobal iqlim dəyişiklikləri artıq reallığa çevrilib: quraqlıqlar, daşqınlar, istilik dalğaları və təbii fəlakətlər artır. Bunun əsas səbəbi isə karbon emissiyalarının artmasıdır. Yaşıl enerji iqlim dəyişikliklərinin təsirlərini azaldır, "Karbon neytrallığı"na nail olmaq üçün əsas yoldur, Paris İqlim Razılaşmasının hədəflərinə çatmağa yardım edir.

Yaşıl enerji yalnız enerji mənbəyi deyil, həm də sağlam həyatın, sabit iqtisadiyyatın və təmiz gələcəyin təminatıdır. Ətraf mühitin qorunması, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və iqlim dəyişiklikləri ilə mübarizə baxımından yaşıl enerjinin əhəmiyyəti danılmazdır. Bu gün atılan hər bir addım gələcək nəsillərin daha yaşıl və sağlam dünyada yaşamasına xidmət edəcək.

İqtisadçı ekspert Pərviz Heydərov dünyada "yaşıl enerji"yə tələbatın artmasının səbəblərinə toxunaraq deyib ki, ənənəvi enerji resurslarından istifadəni getdikcə məhdudlaşdırmaq, azaltmaq baxımından bir sıra vacib tələbələr ortaya çıxır. Ənənəvi enerji resurslarından asılılığın ekoloji baxımdan da neqativləri var. Hansı ki, yaşıl enerjidən istifadə bu sahədə də çox böyük əhəmiyyət kəsb edir: "Yəni Avropa ölkələrinin, dünyanın yaşıl enerjidən istifadəyə böyük diqqət yetirmələrinin bir müsbət cəhəti də həm  də ekologiya ilə bağlıdır".

İqtisadçının sözlərinə görə, Azərbaycanın təbii, coğrafi iqlim şəraiti elədir ki, bir sıra Avropa ölkələrindən daha çox yaşıl enerjidən istifadəyə yaxınıq: "Azərbaycan çox əlverişli bir iqlim şəraitində yerləşir. Həm günəş işığı, həm külək baxımından Azərbaycanın əlverişli şəraiti var. Bakı küləkli şəhərdir, suyu ilin dörd fəslində də bol olan çaylarımız var. Bu baxımdan Azərbaycanın əksər Avropa ölkələrindən yaşıl enerjidən istifadə üçün daha çox imkanları və potensialı mövcuddur. Sadəcə olaraq çox miqdarda investisiyalar cəlb etməklə bu enerji növünə keçmək lazımdır".

Millət vəkili Naqif Həmzəyev deyir ki, Azərbaycan klassik enerji resurslarının istehsal edən dövlət olmaqla yanaşı, yaşıl enerjiyə keçid üçün uzun illərdir mərhələli və sistemli layihələr həyata keçirməkdədir. Xüsusilə də xarici investisiya əsasında Azərbaycanda günəş və külək stansiyalarının qurulması dövrün tələblərinə cavab verməkdədir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra bu yerlərin yaşıl enerji ərazisi elan edilməsi və burada alternativ enerji resurslarının istehsalına başlanması, Abşeron yarımadası və Xəzər dənizində də layihələrin icrası təqdirəlayiq addımlardandır.

Onun sözlərinə görə, Azərbaycan ərazisində yaşıl enerjinin təşkili ilə bağlı xüsusi atlas hazırlanıb: "Azərbaycanın hansı regionlarında hansı enerjinin istehsalının mümkün olması bu atlasda öz əksini tapıb. Ərəb şirkətlərinin Azərbaycana sərmayəsi, BP ilə birlikdə yaşıl enerjinin istehsalına qoyulan sərmayə, eyni zamanda ölkəmizdən alternativ enerji resurslarının Avropaya çatdırılması üçün Qara dənizin dibindən xüsusi xəttin çəkilməsi də həyata keçirdiyimiz uğurlu layihələrdəndir. yaşıl enerjiyə keçidi tam təmin etdikdən sonra Azərbaycanda klassik enerji resurslarından istifadə azaldılacaq. Bu da nəticə etibarilə Azərbaycanda havaya buraxılan zəhərli qazların həcmini azaldacaq. Bir sözlə, yaşıl enerjiyə keçid Azərbaycanda ekologiyanın qorunmasına çox böyük töhfə verəcək. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi bu uğurlu siyasəti dəstəkləyirik".

Millət vəkilinin dediyinə görə, yaşıl iqtisadiyyat, yaşıl enerji tək Azərbaycan deyil, bütün dünya üçün çox vacibdir: "Çünki hər il təxminən 1-1.5 dərəcə ümumi istilik artır, iqlimdə müəyyən dəyişikliklər olur. Bunun nəticəsində böyük fəlakətlər baş verir. Bu gün isə başda inkişaf etmiş ölkələr olmaqla, bütün dünya bu problemlərin həlli yolunu axtarır. Biz də həmin ölkələrlə əməkdaşlıq edirik. Lakin yaşıl enerjiyə keçmək kifayət qədər çətindir və ciddi maliyyə tələb edir. Ümumiyyətlə isə yaşıl enerjiyə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında yaşıl enerji mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan yaşıl enerji sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir".

Millət vəkili əlavə edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün geniş imkanlar yaradır. Onun fikrincə, külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir.

Millət vəkili Azər Badamov deyir ki, Azərbaycan qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələrinsırasındadır. İki il əvvəl qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə ölkəmiz 2030-cu ilə qədər istehsal olunanelektrik enerjisinin 30 faizini bərpa olunan enerji ilə əvəz olunması ilə bağlı könüllü öhdəlik götürüb. Üç il əvvəl Prezidentin işğaldan azad olunan əraziləri yaşıl zona adlandırıb, bu ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılıb. O cümlədən, bərpaolunan enerji sahəsində təcrübəli, dünyanın aparıcı şirkətləri olan "Aqvapower" və "Masdar"la sazişlər imzalanmış, günəş və külək enerjisi stansiyalarının tikilməsi ilə bağlı sənədlər təsdiq olunub. Bu il "Masdar" şirkətinin investisiyası ilə 230 meqavat gücündə Qaradağ günəş enerjisi stansiyası tikilərək istifadəyə verilib. Ümumiyyətlə ölkənin bərpaolunan enerji potensialı 200 Qiqavat olduğunu dəyərləndilib. Azərbaycan dövləti bu potensialın realizə olunması istiqamətində ciddi addımlar atır və yaxın gələcəkdə bərpa olunan enerjisini və yaşıl hidrogeni Qara dənizin dibi vasitəsilə Avropaya ixrac olunmasını həyata keçirəcəkdir. Bu, həm də enerji istehsalında istifadə olunan qaza qənaət olunmasına yol açacaq və Avropaya ixrac imkanlarımızı genişləndirəcəkdir. Avropa Azərbaycandan daha çox təbii qaz aldıqca elektrik enerjisinin istehsalı üçün istifadə olunan kömürün yandırılmasını azaldacaq və atmosferə atılan istilik effektli qazların azalmasına töhfə verəcəkdir. Beləliklə, Azərbaycan iqlim dəyişikliklərə qarşı mübarizəyə öz töhfələrini verməkdə davam edir.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see503

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see271

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see266

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see248

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see242

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see239

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see231

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see225

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see222

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see218

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see211

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see206

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see203

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see203

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see195

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see191

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see188

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see183

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see179

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri