Trend BİA 2025 ci ildə Avropanın dörd aparıcı media orqanından biri kimi tanınıb FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Trend beynəlxalq informasiya agentliyi aparıcı qlobal xəbərlərin monitorinqi xidməti sayılan "Feedspot" xidmətinin məlumatına görə, Avropanın ən nüfuzlu media qurumlarının reytinqində dördüncü yeri tutub. Reytinq 2025-ci ilin avqustunda dərc edilib.
Trend xəbər verir ki, "2025-ci ildə Avropanın ən yaxşı 25 xəbər saytı" illik icmalında "Feedspot" Trend-i "Euronews", "European Newsroom" və "POLITICO Europe" ilə birlikdə Avropanın ən yaxşı dörd media orqanı sırasına daxil edib.
Reytinq tərtib olunması zamanı məzmunun aktuallığı, nəşrlərə inam səviyyəsi, abunəçilərin sayı və auditoriyanın əhatə dairəsi kimi meyarlar nəzərə alınıb. Siyahı media, texnologiya və əlaqəli sahələr üzrə onlarla mütəxəssisdən ibarət qrup tərəfindən tərtib edilib.
Trend BİA-dan başqa, ilk onluğa "EU Reporter", "DW", "France 24 Europe", "Euractiv", "EUobserver" və "AP News Europe" daxil olub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Avqust 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















