Trend BİA COP29un işıqlandırılmasında liderdir beynəlxalq platformanın məlumatları FOTO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Trend BİA Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı xəbərlərin keyfiyyəti və həcminə görə liderdir.
Müstəqil platforma olan "Medialogiya"nın araşdırma və monitorinq nəticələrinə əsasən, Trend jurnalistlərinin hazırladığı xəbərlər, materiallar və özəl müsahibələr KİV-də ən yüksək istinad səviyyəsini nümayiş etdirib.
"Medialogiya"nın məlumatına görə, Trend COP29-u rus dilində işıqlandıran media qurumları arasında nəşrlərin sayı və onlara istinad səviyyəsinə görə birinci yeri tutur. Trend-in istinad indeksi 13 098-dir. İkinci yerdə 10 775 balla Day.Az xəbər portalı qərarlaşıb. Reytinqdə daha sonra News.ru nəşri, TASS informasiya agentliyi və RİA Novosti müvafiq olaraq 6 744, 6 191 və 3 667 balla yer alıblar.
Eyni vəziyyət ingilis dilində yayımlanan nəşrlərdə də müşahidə olunur. Bakıda keçirilən COP29 ilə bağlı ən yüksək istinad indekslərindən biri də məhz Trend-ə məxsusdur.
Trend BİA agentliyin yüksək peşəkarlıq statusunu bir daha təsdiqləyən özəl materiallar və təhlillər təqdim edərək, COP29-la bağlı ən aktual hadisələri oxucuların diqqətinə çatdırmağa davam edəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















