Trenyolda karqo qiymətləri artıb? AÇIQLAMA
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Trendyol" Türkiyədən gətirilən məhsulların karqo qiymətlərinin artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Şirkətdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşınma xərclərində heç bir artım yoxdur.
Qeyd: "Trendyol"la Türkiyədən gətirilən məhsulların karqo qiymətlərində ən aşağı desi qiyməti 79,99 TL (3 manat 96 qəpik) təşkil edir. Qiymətlər bağlamaların həcminə görə 5 kateqoriya üzrə formalaşır və ölçüsündən asılı olaraq 79,99 TL, 99,99 TL, 199,99 TL, 299,99 TL və 399,99 TL arasında dəyişir.
Aytəkin Qardaşova

