Icma.az
close
up
RU
TRİİP layihəsi bölgəyə barış gətirəcək ANALİZ

TRİİP layihəsi bölgəyə barış gətirəcək ANALİZ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birgə müəssisələr və infrastruktur layihələri texniki mərhələyə keçəcək

Natiq Miri: “2026-cı ilin seçkilərindən sonra ABŞ-Ermənistan layihələri sürətlənəcək”

ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin deyib ki, "Tramp marşrutu" layihəsinin həyata keçirilməsinə rəhbərlik edəcək işçi qrupları artıq yaradılıb və ilin sonuna qədər ilk iclaslarını keçirəcək. Səfir bildirib ki, ABŞ və Ermənistan hökumətləri layihənin hazırlanması və icrası üçün zəruri strukturların formalaşdırılması üzərində işləyirlər. Həmçinin "Tramp marşrutu"nun planlaşdırılması və tikintisinə rəhbərlik edəcək birgə Ermənistan-ABŞ strukturu formalaşdırılır. Kristina Kvin xatırladıb ki, 8 avqust tarixində Prezident Donald Trampın Baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ABŞ-Ermənistan münasibətlərində dönüş nöqtəsi olub. Onun sözlərinə görə, həmin görüşdən sonra “geri dönüş yoxdur” və uzun illərdir regionda tərəqqiyə mane olan problemlərin həlli üçün real imkan yaranıb. Səfir əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını və ratifikasiyasını qətiyyətlə dəstəkləyir və bu istiqamətdə işi davam etdirəcək: Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan işlər fonunda ABŞ, Ermənistanın Şərq-Qərb ticarət marşrutlarına tam inteqrasiyasını dəstəkləməyə hazırdır".

Ermənistan Baş naziri Nikol Paşinyan da Berlində deyib ki, "TRIPP" Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər. Onun sözlərinə görə, "Tramp marşrutu" irimiqyaslı layihəsi Ermənistan və Türkiyə arasında kommunikasiyanın açılması ilə yanaşı, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz rabitəni təmin etməklə Orta dəhlizin mühüm tərkib hissəsi olmaq üçün hər şansa malikdir". Paşinyan əlavə edib ki, təşəbbüs gələn ildən başlaya bilər. Baş nazirin sözlərinə görə, bu layihə əlaqəni genişləndirəcək və bütün regiona iqtisadi fayda gətirəcək, Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində daha bir vacib amilə çevriləcək. Paşinyan 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Ermənistan və Azərbaycan arasında birgə bəyannamənin, İrəvanın sənədin bütün şərtlərinə riayət etmək öhdəliyinin vacibliyini xatırladıb: "Vaşinqtonda əldə edilən ən vacib nailiyyətlərdən biri Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq nəqliyyat üçün səyahətlərin açılması barədə razılaşma olub". 

Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, 2026-cı il iyun ayına qədər demək olar ki, bütün hüquqi tənzimləmələr, o cümlədən işçi qrupların yaradılması, ABŞ-Ermənistan birgə strukturunun formalaşması, konkret işlərin reallaşdırılması hazır olacaq. Ekspert hesab edir ki, hətta proseslər sürətlənərsə, gələn ilin üçüncü ayınadək yekunlaşdırmaq mümkündür: "Niyə iyun ayınadək proses uzadılır? Çünki 2026-cı il seçkiləri Paşinyanın komandası və ümumən Ermənistan üçün taleyüklü bir siyasi hadisədir. Yəni parlament seçkilərinə ciddi hazırlığın görülməsinə ehtiyac var. Müxalifətdə olan qarşı tərəf Rusiyanın dəstəyi ilə bu prosesə ciddi hazırlaşır. Rusiya Moldovada uğradığı məğlubiyyəti Ermənistanda kompensasiya etməklə dolayısı ilə Cənubi Qafqazda varlığını davam etdirməyə çalışır. Moldovada baş verənlər Ermənistanda təkrarlanarsa, bu, Rusiyanın Cənubi Qafqazı itirməsi anlamına gəlir. O səbəbdən Paşinyan hökumətinin başının daha çox seçkilərə qarışması başadüşülən və zəruridir. Dəmiryol və digər infrastrukturların tikintisi məhz iyun seçkilərindən sonra başlayacaq. Başqa heç bir problem görünmür. Hiss olunur ki, artıq hüquqi tənzimləmələr intensivləşib. Qısa zaman ərzində birgə müştərək müəssisə, yəni "Tramp kampaniyası" fəaliyyətə başlayacaq. Bundan sonra məsələ texniki xarakter daşıyacaq. ABŞ administrasiyası, həmçinin Azərbaycan və Ermənistan üçün "Tramp marşrutu" layihəsinin tezləşdirilməsi strateji əhəmiyyət daşıyır. ABŞ və Ermənistanın prosesi sabotaj edəcəyi inandırıcı deyil". 

Analitik vurğulayıb ki, Gürcüstanın bu məsələyə qısqanc yanaşması da müzakirə mövzusudur: "Son zamanlarda bəzi anlaşılmazlıqlar meydana gəldi. Ermənistan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə daşınmasında, o cümlədən Azərbaycana ixrac edilən bəzi məhsulların gətirilməsində Gürcüstan tərəfindən müəyyən problemlər yaradıldı. Bu faktın özü də göstərir ki, Orta Dəhlizin fasiləsiz fəaliyyət göstərməsi üçün Zəngəzur dəhlizi kimi alternativlərə, yeni nəqliyyat kommunikasiyalara böyük ehtiyac var. Hər nə qədər qonşu Gürcüstanı özümüzə yaxın bilsək də, unutmayaq ki, Tbilisi hökumətində də problemlər var və görünür, tam etimad mümkün deyil. Söhbət gizli kanallarla Rusiyadan asılı olan bir rejimdən gedir. Prosesin sürətlənməsinə təsir edən başqa geosiyasi amillər də var. Rusiya-Ukrayna müharibəsinin bitməsi, yəni sona yaxınlaşması müzakirə olunur. Ona görə də nəticəsindən asılı olmayaraq, layihənin bitirilməsinə ehtiyac var. "TRİİP" layihəsi sülh prosesinə töhfə verməklə yanaşı, həm də cəmiyyətlərarası barışığı da təmin edəcək. Yol, ticarət və iqtisadi əməkdaşlıq sülhə ciddi töhfə verən ünsürlərdir. ABŞ, Azərbaycan və Ermənistan da bunu yaxşı başa düşür". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri