Icma.az
close
up
RU
TRIPP layihəsi və Naxçıvanın strateji gələcəyi ŞƏRH

TRIPP layihəsi və Naxçıvanın strateji gələcəyi ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 avqust, AZƏRTAC

Cənubi Qafqazda TRIPP Orta Dəhlizin ötürücülük imkanlarını artıra, marşrutların şaxələndirilməsini gücləndirə və Cənubi Qafqazda mövcud geosiyasi risklər qarşısında dəhlizin dayanıqlılığını yüksəldə biləcək strateji bağlantı kimi nəzərdən keçirilməlidir. TRIPP-in ən mühüm töhfəsi Orta Dəhlizə alternativ yaratmasından deyil, Orta Dəhlizin daxilində əlavə alternativ arteriya formalaşdırmasından ibarət olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz bağlantının yaradılması Xəzərdən gələn yüklərin Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılması üçün əlavə marşrut yarada bilər. Azərbaycanın rəsmi planlamasında bu xəttin illik 15 milyon ton yük və 5,5 milyon sərnişin daşıma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Buna görə burada üç əsas məqamı – tutum, marşrut müxtəlifliyi və etibarlılığı ön plana çıxarmaq lazımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Emre Diner deyib.

Siyasi şərhçi qeyd edib ki, ticarət dəhlizinin strateji əhəmiyyəti yalnız onun nə qədər yük daşıması ilə ölçülmür. Böhran və ya hər hansı gözlənilməz vəziyyət zamanı alternativ marşrutlar yaratmaq imkanının olması dəhlizin iqtisadi və geosiyasi dayanıqlılığını müəyyən edən əsas amillərdəndir. “TRIPP bu baxımdan Bakı–Tbilisi–Qars xəttinin rəqibi olmaq məcburiyyətində deyil. Əksinə, müxtəlif marşrutların bir-birini tamamladığı daha dayanıqlı nəqliyyat şəbəkəsinin formalaşmasına imkan yaradacaq. Müasir dövrdə logistika sistemlərinin əsas üstünlüklərindən biri məhz alternativlərə malik olmasıdır. Bir istiqamətdə problem yarandıqda yükün digər marşruta yönəldilməsi bütün sistemin etibarlılığını artırır. Bu prosesdə Naxçıvanın strateji əhəmiyyəti xüsusi diqqət çəkir.

O bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması muxtar respublika üçün daha böyük iqtisadi və geosiyasi imkanlar aça bilər. Naxçıvan artıq yalnız coğrafi baxımdan ayrı qalmış bir ərazi kimi qiymətləndirilməməlidir. O, Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş Türk dünyası arasında bağlantının mühüm mərkəzlərindən birinə çevrilə bilər. Bu, Naxçıvanın yalnız nəqliyyat və logistika baxımından deyil, turizm baxımından da potensialını əhəmiyyətli dərəcədə artırır. Müasir dövrdə turizm anlayışı da dəyişir. İnsanlar artıq yalnız istirahət etmək və yeni yerlər görmək üçün deyil, öz kimliklərinin, mədəniyyətlərinin və tarixi köklərinin izlərini yerində görmək üçün də səyahət edirlər. Burada əsas məsələ yalnız Naxçıvandan neçə milyon ton yükün keçməsi deyil. Əsas məsələ bu yük axını ilə turizm sektorunu necə inteqrasiya etmək və Naxçıvan iqtisadiyyatında nə qədər əlavə dəyər yaratmaqdır. Əgər bunu bacarsaq, Naxçıvan Orta Dəhliz üzərində sadəcə keçid məntəqəsi olmaqdan çıxaraq logistika, ticarət, investisiya və turizm mərkəzinə çevrilə bilər”, – deyə E.Diner bildirib.

Siyasi şərhçi Naxçıvanın eyni zamanda güclü turizm brendinə çevrilməsinin regionun cəlbediciliyini daha da artıracağını qeyd edib. “İnsanların Naxçıvandan sadəcə keçməsi deyil, burada dayanması, Möminə xatun türbəsini ziyarət etməsi, Memar Əcəmi Naxçıvaninin memarlıq irsi ilə tanış olması, bu qədim diyarın tarixini öyrənməsi və bir neçə gününü burada keçirməsi təmin olunarsa, bunun iqtisadi təsiri də daha böyük olacaq. Turist Naxçıvana gəlib burada qaldıqda hotel, restoran, nəqliyyat, bələdçilik, ticarət və digər xidmət sahələri də inkişaf edir. Beləliklə, tarixi irs yalnız qorunan mədəni sərvət deyil, eyni zamanda iqtisadi inkişafın mühüm resursuna çevrilir. TRIPP Naxçıvanın qapısını aça bilər. Lakin həmin qapıdan insanların içəri girməsini təmin edəcək olan Naxçıvanın tarixi, mədəniyyəti və kimliyidir. Buna görə Naxçıvanın tarixi abidələrinin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması nəqliyyat bağlantılarının inkişafı qədər əhəmiyyətlidir. Naxçıvanın qarşısındakı əsas imkan məhz coğrafi təcriddən regional bağlantıya, tranzit məntəqəsindən iqtisadi mərkəzə, tarixi irsdən isə beynəlxalq mədəniyyət və turizm məkanına keçiddədir. Düşünürəm ki, Naxçıvanın qarşısındakı ən böyük fürsət tam olaraq burada yer alır. Coğrafi izolyasiyadan regional bağlantıya, tranzit nöqtəsindən iqtisadi mərkəzə və tarixi irsdən beynəlxalq mədəniyyət məkanına doğru yeni mərhələ başlaya bilər. Bunun üçün nəqliyyat infrastrukturu ilə yanaşı, turizm, mədəniyyət, xidmət və investisiya imkanlarını da vahid strategiya çərçivəsində inkişaf etdirmək lazımdır”, – deyə E.Diner diqqətə çatdırıb.

E.Diner hesab edir ki, bu baxımdan TRIPP-ə yalnız dəmir yolu və avtomobil yolu layihəsi kimi yanaşmaq doğru deyil. “TRIPP-i Orta Dəhlizin geoiqtisadi dayanıqlılığını artıra biləcək, Azərbaycanın ölkədaxili bağlantısını gücləndirəcək və Naxçıvanı Türk dünyasının nəqliyyat, iqtisadiyyat və mədəniyyət xəritəsində yenidən mühüm mövqeyə çıxara biləcək çoxşaxəli transformasiya layihəsi kimi qiymətləndirmək lazımdır. Burada nəqliyyat, iqtisadiyyat və mədəniyyət bir-birini tamamlamalıdır”, – deyə o bildirib.

E.Diner çıxışını Naxçıvanın tarixi və mədəni irsinin Türk dünyası üçün əhəmiyyətinə toxunaraq tamamlayıb: “Son olaraq sözlərimi ‘Naxçıvanı kəşf et, köklərinə səyahət et’ çağırışı ilə bitirmək istəyirəm. Başda Türk dünyası olmaqla, hər kəsin keçmişdən gələcəyə uzanan bu qədim diyarın qapısını ziyarət etməsini, Naxçıvanın tarixini yerində görməsini və onun zəngin mədəni irsi ilə yaxından tanış olmasını bütün qəlbimlə arzulayıram”.

Müxbir- Səbinə Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri