TRIPP marşrutu ərazisində sərhədin delimitasiyası aparılacaq
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) keçəcəyi ərazidə dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasını həyata keçirə bilər.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, Xarici əlaqələr üzrə daimi komissiyanın sədri Sarkis Xandanyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, TRIPP layihəsinin praktiki icrasına başlanıldıqdan sonra dəmir yolu, neft və qaz kəmərlərinin keçəcəyi ərazilərdə sərhədin ayrı-ayrı hissələrinin delimitasiyası aparıla bilər.
“TRIPP yerində həyata keçirilməyə başlayanda, məsələn, dəmir yolunun keçəcəyi və ya neft-qaz kəmərlərinin çəkiləcəyi ərazilərdə qismən delimitasiya işlərinin aparılması ehtimalı var. Yəni lokal ərazilərin delimitasiyası ilə bağlı yanaşmada dəyişiklik mümkündür. Lakin ümumi məntiq ondan ibarətdir ki, delimitasiya şimaldan cənuba doğru aparılmalıdır”, – deyə Xandanyan bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu gün jurnalistlərə açıqlamasında Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının şimaldan cənuba, Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayacağını deyib. Nazir bununla bağlı Bakı və İrəvan arasında razılığın əldə olunduğunu bildirib.
Ermənistan baş nazirinin müavini, delimitasiya komissiyasının rəhbəri Mher Qriqoryan da TRIPP layihəsinin irəlilədilməsi məqsədilə Ermənistan və Azərbaycanın Sünikdə bəzi ərazilərin delimitasiyasını həyata keçirə biləcəyini istisna etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















