Icma.az
close
up
RU
TRIPP, Rusiya Ermənistan münasibətləri və Azərbaycan amili

TRIPP, Rusiya Ermənistan münasibətləri və Azərbaycan amili

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva “göz yaşlarına” inanacaqmı?

Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, ölkəsi hazırda TRIPP marşrutunun icrasına və tikintisinə başlanması məsələsi üzrə konstruktiv ikitərəfli danışıqlar aparır. Əlbəttə, Nikolun ABŞ-la danışıqlar barədə Kreml rəhbərini məlumatlandırması adi məsələ sayıla bilməz. Onun aşağıdakı fikirləri də həmçinin: “Bu, regionumuzda həqiqətən çox böyük və məzmunlu dəyişikliklər deməkdir. Burada Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizə aid çoxlu nüanslar da var. Bu gün, düşünürəm ki, bu məsələləri müzakirə etmək üçün çox yaxşı fürsət yaranıb”.

Qeyd edək ki, Paşinyan Putinə avqustun 8-də Vaşinqtonda Ermənistanın Azərbaycanla ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalamasından sonrakı telefon danışığını xatırladıb. “Biz 8 avqustdan sonra (Vaşinqton sammiti – red.) telefon danışığımızda qeyd etmişdik ki, əldə olunmuş sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu, artıq baş verib, çünki qatarlar Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə gəlməyə başlayıb”, - deyən Paşinyan haqlıdır. Nəzərə alaq ki, hazırda Rusiyadan Ermənistana Azərbaycan üzərindən daşımalara start verilməsi ölkəmizin jestidir. Nikol buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Özü də bir neçə dəfə. Amma...

Ümumən, Rusiya və Ermənistan üçün daşımaların Azərbaycan vasitəsilə reallaşdırması sərfəlidir. “Əmma” Paşinyanın TRIPP-dən söz açması fonunda rəsmi Moskvanın tranzitin sırf bu xətlə gerçəkləşməsinə razılığıdır. Məsələnin müəmmalı tərəfi budur. Putinin dedikləri də fikrimizin təsdiqidir. Belə ki, o, Moskva və İrəvan arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı ticarət dövriyyəsi göstəricilərinin artdığını vurğulayıb, həmçinin atom enerjisi layihələri daxil olmaqla, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb. Məsələyə mövcud kontekstdən yanaşsaq, Paşinyanla Rusiya liderinin mövqeyinin bir-birindən fərqləndiyini deyə bilərik və fikrimizi əsaslandıracağıq.

Bəli, hazırda Azərbaycan üzərindən Rusiyadan Ermənistana daşımalar Prezident İlham Əliyevin Paşinyana jestidir. Bir məqam da var ki, Rusiya torpaqlarımızın işğalda qaldığı dönəmlərdə də Ermənistana Azərbaycan üzərindən tranzitdə maraqlı idi. Çünki ənənəvi Rusiya-Gürcüstan-Ermənistan xətti və əksinə daşımalar coğrafi şərait baxımından əlverişsizdir və ən optimal yol Azərbaycandan keçir. Bir “əmma”da budur ki, hazırkı yeni tranzitdə Rusiya-Azərbaycan-Ermənistan deyil, Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan xətti işləkdir və bu, hələ TRIPP demək deyil.

Daha bir “əmma”, loru dildə desək, Paşinyan dağdan, Putinin dərədən danışmasıdır. Yəni ikinci ölkəsinin Ermənistanla ənənəvi əməkdaşlıq sektorlarını yada salır, TRIPP-in timsalında yeniliyə yaxın durmayan təəssüratı yaradır. “Keçən görüşümüzdə Siz birgə işləyə biləcəyimiz müxtəlif istiqamətlər üzrə məsələlər qaldırmışdınız; köhnə marşrutların bərpasını, Ermənistanın sərhədlərini açan yeni marşrutların yaradılmasını nəzərdə tuturdunuz”, - deyən Putinin, əslində, konkret nə isə demədiyi aşkardır.

Məlumdur ki, Rusiyanın yanaşmasında TRIPP ABŞ-ın Cənubi Qafqaza gəlişi anlamını verən hadisədir. Paşinyan nə qədər bu marşrutun Moskvaya xeyri dəyəcəyini bildirsə də, onun Putinə söylədikləri bir elə əhəmiyyət daşımır. Ola bilər, Rusiya lideri Nikola belə söhbətləri onunla edəcək adam olmadığı mesajını verir, İrəvanın təminatına ya inanmır, ya da ciddi yanaşmır. O zaman daha hansı təminat lazımdır. Əlbəttə, ağla, ilk növbədə, Azərbaycan gəlir.

Paşinyan indi TRIPP-in Rusiya-Ermənistan iqtisadi münasibətlərinə faydalarından söz açırsa, Prezident İlham Əliyev zamanında məsələyə daha qlobal müstəvidə yanaşmışdı. Bu baxımdan dövlətimizin başçısının avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalında yayımlanmış müsahibəsindəki fikirlərə nəzər salmaq vacibdir. Ölkəmizin lideri müsahibəsində əvvəlcə TRIPP-in Ermənistana faydasından söz açmış, Orta Dəhlizin bir qolunun - Asiyadan Xəzər dənizi üzərindən gedən yolun Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxdığını vurğulamaqla, bunun Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yol olduğunu diqqətə çatdırmış, Zəngəzur dəhlizinin və ya TRIPP-in alternativ yaradacağını dilə gətirmişdi: “İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”.

Prezident İlham Əliyev müsahibəsində Rusiyanın TRIPP-dən faydalarını sadalayarkən, Zəngəzur dəhlizinin İranda mövcud olan Şimal dəhlizinə dəstək olacağını vurğulamış və əsaslandırmışdı ki, əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. “Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir”, - deyən dövlətimizin başçısı bütün yolların bir nöqtədə birləşməsinə diqqət çəkmişdi. Azərbaycan lideri, habelə, ölkəmizin Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəsinə malikliyi üzərində dayanmış, Şimalla Cənub arasındakı əlaqələrin necə qurulacağı məsələsinə aydınlıq gətirərəkən, Zəngəzur dəhlizinin birləşdirici əhəmiyyətini vurğulamışdı: “Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.

Göründüyü kimi, Prezident İlham Əliyevin söylədikləri həm Rusiya, həm də İran üçün təminatdır. Söhbət konkret Rusiyadan gedirsə, TRIPP mahiyyət etibarilə, yük daşımalarının bu ölkənin ərazisindən yan keçməklə reallaşdırılmasını nəzərdə tutsa da, məqsəd heç də onun təcridi deyil. Başlıca məqam zaman və məsafənin azaldılması, enerji və ticarət axınlarının şaxələndirilməsidir. Yəni ilk baxışdan TRIPP Şimal marşrutuna (Transsibir, Şimal Dəniz Yolu) rəqibdir. Amma duruma itki kontekstində yanaşılmamalıdır. Çünki Rusiyanın yeni marşrutda dolayı iştirak və inteqrasiya imkanı var. Yəni ölkə tam kənarda qalmaq əvəzinə, Qazaxıstan və Xəzər üzərindən ona bağlana bilər. İndiki şəraitdə bu, Rusiyanın regional nəqliyyat sistemindən tam təcridinin qarşısını alacaq. Axı sanksiyalar şəraitində Rusiya üçün Mərkəzi Asiya, Cənubi Qafqaz, Yaxın Şərq ilə ticarət həyati əhəmiyyət kəsb edir.TRIPP bu regionlara çıxışda logistik elastiklik yaratmaq potensialındadır.

Digər tərəfdən, Rusiya nəqliyyat xətlərində pay sahibi olduqda, geosiyasi təsirini qoruyacaq, Qafqaz və Xəzərdə prosesləri izləmək imkanını saxlayacaq. Əlbəttə, Moskva üçün əks göstərişlər də vurğulanmalıdır. Məsələn, onun tranzit monopoliyasının zəifləməsini, Avropa–Asiya ticarətindəki rolunun azalmasını, Türkiyə və Azərbaycanın nəqliyyat mərkəzi kimi güclənməsini, Çin üçün alternativlərin çoxalmasını vurğulamaq mümkündür. Hərçənd, çox istəyən azdan da olur. Onsuz da Rusiya üçün çəmbər daralır. Tarana getmək nəyə lazımdır? Əksinə, anlaşmaqda fayda var.

Sonda Paşinyanla Putinin görüşünün birincinin TRIPP-dən söz açması, ikincinin susqunluğu fonundakı nəticələri üzərində dayanaq. Məlumdur ki, Ermənistan alternativ nəqliyyat oriyentasiyası axtarışındadır. Belə bir durumda TRIPP ABŞ-ın regiona logistika vasitəsilə institusional girişinin möhkəmlənməsi deməkdir. Moskva bu prosesdən tam kənarda qalmaq istəmir, amma nəzarəti itirməkdən çəkinir. Putinin açıq etiraz etməməsi Kremlin qarşıdurma istəmədiyini, prosesə şərtlərlə yanaşdığını göstərir. Belə bir şəraitdə Rusiyanın mümkün “qırmızı xətləri” ölkənin yük və kapitalının marşrutdan kənarda qalmaması, Ermənistanın Aİİ və MDB öhdəliklərini pozmamasıdır. Deməli, hər bir halda, başlıca məsələ erməni hakimiyyətinin TRIPP-ın əvvəlcədən müəyyənləşmiş fəlsəfəsinə zidd davranmamasından, marşrutun bərabərtərəfli iqtisadi fayda kazusunu regionda Qərbin xeyrinə siyasi vasitəyə və alətə çevirməməsindən asılıdır. Paşinyan hakimiyyəti iradə göstərib Fransanın timsalında Avropa İttifaqının anti-Rusiya cəbhəsində iştirakdan boyun qaçıra biləcəkmi, bunu əlahəzrət zaman göstərəcək.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri