Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

TRIPP: ABŞ Ermənistan tərəfdaşlığı və Rusiya amili

TRIPP: ABŞ Ermənistan tərəfdaşlığı və Rusiya amili

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Arie Laytstoun nə deyir və nəyin mesajını verir?

“Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) və Ermənis­tanın dəmir yollarına Rusiyanın nəzarəti. Hazırda bu məsələ İrəvan-Moskva gərginliyinin daha bir qütbünü müəyyənləşdirməkdədir. Deyəsən, ABŞ tərəfi də durumun fərqindədir. Daha doğrusu, Vaşinqton Ermənistanın dəmir yol­larının Rusiyanın nəzarətində olmasından narahatdır. ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arie Laytstounun Ermənistan İctimai Radiosuna açıqlamasında səsləndirdiyi fikirlər bunu söyləməyə əsas verir. Cənab Laytstoun bildirib ki, bu nəzarət Vaşinqtonun TRIPP proqra­mını hazırlayarkən nəzərə almalı olduğu amillərdəndir. Onun dediyinə görə, Moskvanın layihədə iştirakının fayda gətirəcəyi, yoxsa onun həyata keçiril­məsini çətinləşdirəcəyi hələ aydın deyil.

“Ermənistan suveren dövlətdir və Ru­siyanın öz kommersiya maraqları var. Biz TRIPP layihəsini Ermənistanın suveren­liyini əsas götürərək həyata keçiririk”, – deyən Laytstoun vurğulayıb ki, Rusiyanın dəmir yolu əməliyyatları layihəni tamam­laya və onun uğuruna töhfə verə bilər. Di­gər variantlar isə TRIPP-in gündəlik fəa­liyyətini Moskvadan asılı olmadan həyata keçirməsinə imkan yaradacaq. ABŞ rəsmi­sinin əslində hansı mesajı verdiyini diqqətə çatdıracağıq.

...Laytstoun, eyni zamanda, bildirib ki: “Tramp marşrutu”nun inkişafı üçün hətta on milyardlarla dollar həcmində investisi­ya tələb oluna bilər. “Bu layihəni hazırla­mağa başladığımız zaman investisiyaların yüz milyonlarla dollar təşkil edəcəyini düşünürdük. Bu gün tam əminəm ki, hə­min məbləğ on milyard dolları da ötəcək”. ABŞ təmsilçisinin sözlərinə görə, Ermə­nistan ərazisindən keçən 42,5 kilometrlik hissənin tikintisinə yüz milyonlarla dollar investisiya tələb oluna bilər. Orta Dəhliz boyunca boru kəmərlərinin və yükdaşıma­ların daha genişmiqyaslı inkişafı üçün isə on milyardlarla dollar vəsait lazımdır. An­caq layihədə iştirak edən ölkələr bundan daha böyük gəlir əldə edəcəklər.

* * *

Məlum olduğu kimi, A.Laytstoun no­yabrın 23-də Ermənistana səfər edib. O, Baş nazir Nikol Paşinyan, xarici işlər na­ziri Ararat Mirzoyan və Baş nazirin müa­vini Mher Qriqoryanla görüşüb. Səfərin əsas gündəliyini ABŞ-Ermənistan strateji tərəfdaşlığının dərinləşdirilməsi, eləcə də TRIPP-in praktiki icrası və regional kommunikasiyaların inkişafı təşkil edib. A.Laytstoun Paşinyanla görüşündə Ermə­nistan-ABŞ strateji tərəfdaşlığının ardıcıl şəkildə dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, TRIPP layihəsinin praktiki icrasına başlanılmasının bu tərəfdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildi­rib. Nikol Paşinyan isə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Bakı-İrəvan sülhünün təmin olunmasında, həmçinin regionda qarşılıqlı bağlantıların inkişafı­na yönəlmiş addımların təşviqində xüsusi rolunu qeyd edib. Laytstounun Paşinyana ABŞ-da keçiriləcək Milli Dua Səhər yemə­yində iştirak etmək və Prezident Trampla görüşmək üçün dəvət təqdim etdiyini, iki liderin təmasının ABŞ-Ermənistan müna­sibətlərinə yeni təkan verə biləcəyini bil­dirdiyini də vurğulamalıyıq. Onu da deyək ki, A.Laytstounun Ermənistana səfərinin diqqətçəkən məqamı onun İrəvana gəlişi ilə eyni gündə – noyabrın 23-də Sünik vi­layətində TRIPP layihəsinin praktiki icra mərhələsinə start verilməsidir.

Ermənistan hökumətinin rəsmi məlu­matlarında Laytstounun keçirdiyi görüş­lərdə Rusiyanın Ermənistan dəmir yolla­rının idarəçiliyindəki mövcud rolunun və bu məsələnin TRIPP-ə mümkün təsirinin müzakirə edildiyi göstərilməyib. İndi isə onun Ermənistanın dəmir yollarına Ru­siyanın nəzarətini Vaşinqtonun TRIPP-in planlaşdırılması zamanı nəzərə almalı ol­duğu amillərdən biri kimi dəyərləndirmə­si ortaya fərqli nüanslar çıxarır. Həmin nüansların təhlili göstərir ki, TRIPP İrə­van-Moskva gərginliyinin əsas qütbünü formalaşdıran Ermənistanın dəmir yolla­rına nəzarət məsələsi ilə müəyyən məna­da qarşılıqlı bağlılıq qazanır. Nəzərə alaq ki, cənab Laytstounun Rusiya amilini qa­bartması təsadüf deyil. Birləşmiş Ştatların TRIPP üçün böyük həcmdə vəsait tələb olunduğunu vurğulaması da həmçinin. Yəni biz də pul xərcləyəcəyik, siz də xərc­ləyin. Əlbəttə, mesaj Rusiyaya ünvanlanıb. Əslində, Baş nazir Nikol Paşinyanın da Rusiyadan tələb etdiyi elə puldur.

Məsələ ondadır ki, Ermənistanın də­mir yolları 2008-ci ildən “Rusiya Dəmir Yolları” ASC-nin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyindədir. ABŞ və Ermənistan ara­sında imzalanmış sazişə görə, Azərbayca­nın əsas hissəsini Naxçıvanla birləşdirən və Zəngəzurdan keçən dəmir yolunun ti­kintisi başa çatdıqdan sonra onun idarəçi­liyi “TRIPP Company” şirkətinə veriləcək.

Ermənistan “Tramp marşrutu” va­sitəsilə regional nəqliyyat blokadasından çıxmağa, Naxçıvan üzərindən Türkiyə və İranla dəmir yolu əlaqəsi qurmağa çalışır. Bunun üçün ölkənin dəmir yolu şəbəkə­sini Naxçıvanla birləşdirən Qafan–Mehri (Arazdəyən stansiyasına qədər) dəmir yolu xəttinin bərpası zəruridir. “Rusiya Dəmir Yolları” ASC-nin Qərbin sanksiyaları al­tında olması isə durumu çətinləşdirir.

Bir sözlə, Ermənistan məhz bu səbəb­dən, daha doğrusu, mövcud vəziyyəti əsas götürərək, ya öz dəmir yolları üzərində nəzarəti geri qaytarmaq, ya da konsessi­ya hüququnu üçüncü tərəfin idarəçiliyinə vermək niyyətindədir. Laytstoun isə fikir­ləri ilə məsələnin sırf kommersiya tərəfini qabardır, geosiyasi rəqabət amilini pər­dələyir. Yəni o, TRIPP-ə münasibətdə “pul qoyun ki, pul götürün” ideyasını ortaya atır. Hərçənd, Rusiya üçün Ermənistanın dəmir yollarına nəzarət təkcə kommersiya məsələsi deyil, həm də geosiyasi təsir rı­çağıdır. Ona görə də Moskva xəbərdarlıq edir: Ermənistan tərəfi 2008-ci ildə imza­lanmış sazişdən birtərəfli qaydada çıxarsa, bu, ona baha başa gələcək. Bəs əksi baş versə, necə olacaq? Aydındır ki, Rusiya Er­mənistanın dəmir yolları üzərində nəzarəti saxlayarsa, Moskva TRIPP layihəsində də müəyyən təsir rıçaqları əldə edəcək. ABŞ-ın xüsusi nümayəndəsi müsahibəsin­də məhz belə bir arzuolunmaz perspektivə toxunub. Amma ötəri.

* * *

Əlbəttə, Rusiya dəfələrlə TRIPP la­yihəsində birbaşa iştirakda maraqlı oldu­ğunu ifadə edib. Lakin Ermənistan tərə­fi buna önəm vermir. Belə bir durumda TRIPP layihəsinə üçüncü tərəfin cəlb edilməsi yalnız ABŞ-ın və Ermənistanın razılığı ilə mümkündür. Amma indiyədək Tramp administrasiyasının məsələyə dair dəqiq mövqeyi aydın olmayıb və indi də təfərrüatlar məchuldur. Ancaq Rusiyaya qarşı sanksiyalar şəraitində ABŞ şirkətlə­rinin Rusiya ilə birgə fəaliyyət göstərməsi ehtimalı az görünür. Laytstounun fikirləri isə Vaşinqtonun TRIPP və Moskva möv­zusuna baxışının konkretləşməyə doğru getdiyini söyləməyə imkan verir. Eləcə də Laytstounun Ermənistan hakimiyyətinin dəmir yolu məsələsində formalaşdırdı­ğı anti-Rusiya ab-havası fonunda verdiyi açıqlama Vaşinqtonun mövqeyinin tədri­cən konkretləşəcəyini göstərir.

Bəli, indiki durumda Rusiyadan tələb olunan, böyük ölçüdə puldur. Yəni Rusi­ya TRIPP-də iştirak arzusundadırsa və bu iştirakda, belə demək mümkünsə, tutacağı yer Ermənistanın dəmir yolları üzərindəki konsessiya hüququ ilə bağlıdırsa, o zaman ölkə öhdəliklərini yerinə yetirməli, dəmir yollarının modernləşdirilməsinə vəsait xərcləməlidir. İstər ABŞ, istərsə də Ermə­nistan tərəfinə yaxşı məlumdur ki, Moskva bunu etməyəcək. Başqa yol isə məqbul sa­yılmır. Nəzərə alaq ki, Laytstoun əbəs yerə ölkəsinin Ermənistanla münasibətlərinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslandığını vurğulamır. Bütün bunlara görədir ki, rəsmi İrəvan Orta Dəhlizin tər­kib hissəsinə çevriləcək “Tramp marşrutu” ilə yüklərin daşınması zamanı beynəlxalq logistika şirkətlərinin Rusiya nəzarətində olan Ermənistan dəmir yollarından istifadə etmək istəməyəcəklərini vurğulayır.

Deməli, İrəvanda Kremlin dəmir yol­larına pul xərcləməyə müsbət yanaşma­dığını bilirlər. Bu səbəbdən Ermənistan hakimiyyətinin Rusiyanı TRIPP-dən uzaq tutmaq üçün “A” və “B” planı var. Hələ­lik dövriyyəyə buraxılan “A” planıdır. O plan ki, hələlik Rusiya–Ermənistan birgə işçi qrupunun yaradılması ilə bağlı razı­laşmada ifadəsini tapır. Məlum olduğu kimi, oktyabrda “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozerov İrə­vana səfər etmiş və sözügedən işçi qrupu onun Paşinyanla görüşünün nəticəsi olaraq yaradılmışdı. Qrupa Rusiya tərəfinin Er­mənistanın dəmir yolu infrastrukturuna in­vestisiya yatırmağa hazır olub-olmadığını müəyyənləşdirmək tapşırılıb.

O da məlumdur ki, Paşinyan Moskvanı tələsdirir. O deyir ki, Rusiya şirkəti Ermə­nistanın dəmir yollarının modernləşdiril­məsinə əhəmiyyətli həcmdə vəsait yatır­maq öhdəliyini üzərinə götürməsə, İrəvan yeni investor axtarmaq məcburiyyətində qalacaq. Görünür, bu məsələlər dekabr­da Baş nazir Nikol Paşinyanın Moskvaya planlaşdırılan səfərləri zamanı müzakirə olunacaq.

Əvəz CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri