Icma.az
close
up
RU
TRIPP və Ermənistan ABŞ münasibətləri

TRIPP və Ermənistan ABŞ münasibətləri

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda keçirdiyi görüş və paralel olaraq TRIPP layihəsinin icra çərçivələrinin rəsmi şəkildə elan edilməsi Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə daxil olduğunu göstərir. Əgər əvvəlki mərhələlər əsasən siyasi niyyət bəyanatları və etimadın bərpasına yönəlmişdisə, hazırkı mərhələ artıq konkret institutlaşma, hüquqi mexanizmlərin formalaşdırılması və iqtisadi qarşılıqlı asılılığın yaradılması üzərində qurulur. Prosesin diqqətçəkən tərəfi ondan ibarətdir ki, ABŞ sülh gündəliyini birbaşa strukturlaşdırıcı aktor kimi dizayn edir. TRIPP layihəsi regional təhlükəsizlik arxitekturasının geoiqtisadi dayağını formalaşdıran çoxsəviyyəli mexanizmdir.

Birgə bəyanatda TRIPP-in Cənubi Qafqazda dayanıqlı sülhün təşviqi, regional kommunikasiyaların açılması və Transxəzər ticarət marşrutunun gücləndirilməsi kimi təqdim edilməsi burada daha geniş geosiyasi məqsədlərin mövcudluğunu göstərir. ABŞ üçün TRIPP bütövlükdə Avrasiya məkanında yeni bağlantı arxitekturasının dizaynı anlamına gəlir. Son onillikdə beynəlxalq sistemdə dərinləşən geosiyasi fraqmentasiya, böyük güclər arasında ticarət müharibələri, sanksiya rejimlərinin genişlənməsi və nəqliyyat dəhlizlərinin siyasiləşməsi Vaşinqtonu çoxşaxəli və risklərə davamlı logistika strategiyasına keçməyə məcbur edib.

Bütün bu kontekstdə TRIPP ABŞ-ın Avrasiya məkanında alternativ marşrutların yaradılması istiqamətində apardığı sistemli siyasətin Cənubi Qafqaz seqmentini formalaşdırır. Rusiya üzərindən keçən Şimal marşrutunun sanksiyalar və təhlükəsizlik riskləri səbəbindən etibarlılığını itirməsi, İran üzərindən tranzitin geosiyasi qeyri-müəyyənliklə yüklənməsi və Çin mərkəzli marşrutların Pekinin strateji təsir alətinə çevrilməsi Vaşinqtonu ticarət yollarının “geosiyasi neytrallaşdırılması” xəttinə sövq edir. TRIPP məhz bu ehtiyacın nəticəsi kimi Mərkəzi Asiya – Xəzər – Cənubi Qafqaz – Avropa xəttini funksional və institusional baxımdan konsolidasiya etməyə yönəlir.

Eyni zamanda, TRIPP-in ideoloji və normativ ölçüsü də diqqətdən kənarda qalmamalıdır. ABŞ regionda stabilliyi hərbi balans və ya sərt təhlükəsizlik mexanizmləri üzərindən deyil, iqtisadi qarşılıqlı asılılığın dərinləşdirilməsi yolu ilə formalaşdırmağa çalışır. Kommunikasiyaların açılması, ticarət axınlarının artması və institusional əməkdaşlığın güclənməsi regional aktorların davranışlarını rasional seçimlər çərçivəsinə salır və konfliktlərin siyasi maya dəyərini yüksəldir.

Prezident İlham Əliyevin mediaya son müsahibəsində səsləndirdiyi “Zəngəzur dəhlizi mütləq açılacaq” və “Azərbaycan üçün əsas məsələ yolun maneəsiz olmasıdır” fikirləri bu strategiyanın ali siyasi iradə səviyyəsində dəyişməz xarakter daşıdığını təsdiqləyir. Dövlət başçısının bəyanatları regional və qlobal aktorlara yönəlik strateji siqnaldır. Prezidentin ritorikasında əsas vurğu funksional nəticəyə yönəlir: əsas məqsəd hüquqi və fiziki baxımdan fasiləsiz, təhlükəsiz və proqnozlaşdırılan nəqliyyat bağlantısının təmin edilməsidir. TRIPP-in icrası üzrə çərçivə sənədinin məhz bu mərhələdə qəbul edilməsi Zəngəzur istiqamətində prosesin ardıcıllıqla irəlilədiyini göstərir. Sənəd siyasi qərarın texniki mexanizmlərə çevrilməsi üçün hüquqi-institusional platforma yaradır və tərəflərin məsuliyyət bölgüsünü konkretləşdirir. TRIPP–Zəngəzur identikliyi eyni zamanda Azərbaycanın regional liderlik modelinin yeni fazasını əks etdirir. Bakı uzun müddətdir kommunikasiyaların açılmasını regional təhlükəsizliyin əsas dayağı kimi təqdim edirdi. İndi isə bu konsepsiya ABŞ kimi qlobal aktorun iştirakı ilə beynəlxalq legitimlik qazanır.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin TRIPP-in icrası üzrə çərçivə sənədinə dair açıqlaması layihənin artıq əməli icra fazasına keçdiyini göstərən siyasi siqnaldır. Bəyanat bir tərəfdən ABŞ-ın 8 avqust Vaşinqton sammitində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini təsdiqləyir, digər tərəfdən isə Ermənistanın real icra məsuliyyətinin institusional səviyyədə gündəmə gətirildiyini nümayiş etdirir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, məsələ artıq konkret fəaliyyət mərhələsinə transfer olunur. Xüsusi vurğulanan “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetidir” tezisi TRIPP-in mahiyyət etibarilə Zəngəzur dəhlizi konsepsiyasının beynəlxalq çərçivəyə inteqrasiya olunduğunu göstərir.

Ermənistanın TRIPP çərçivəsində irəli sürdüyü prioritetlər ölkənin postmünaqişə dövründə xarici siyasət identifikasiyasını yenidən formalaşdırmaq cəhdinin aydın indikatorudur. Uzun illər ərzində Ermənistan regional təhlükəsizlik diskursunda özünü əsasən risk altında olan, xarici təminatlara ehtiyac duyan və müdafiəyönümlü davranış modeli ilə xarakterizə olunan aktor kimi təqdim etmişdi.

TRIPP-in konseptual arxitekturası Azərbaycanın son illər formalaşdırdığı regional sülh diskursu ilə mahiyyət etibarilə üst-üstə düşür. Bakı postmünaqişə mərhələsində sülhü real iqtisadi qarşılıqlı asılılıq və funksional kommunikasiyalar üzərində qurulan davamlı model kimi təqdim edirdi. Regional nəqliyyat xətlərinin açılması, logistik inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı faydaya əsaslanan iqtisadi mühitin formalaşdırılması Azərbaycanın sülh gündəliyinin əsas institusional dayaqlarını təşkil edirdi. TRIPP bu yanaşmanı beynəlxalq platformada legitimləşdirir və onu artıq çoxtərəfli strateji mexanizm səviyyəsinə yüksəldir.

Layihənin mərkəzi xəttinin Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı bağlantının formalaşdırılması üzərində qurulması ölkənin geoiqtisadi xəritədə mövqeyinin yenidən kalibrlənməsi deməkdir. Xəzər hövzəsindən Qara dəniz və Aralıq dənizi bazarlarına çıxışın Azərbaycan üzərindən keçməsi ölkənin tranzit kapitalını artırır və regional iqtisadi proseslərdə normativ təsir imkanlarını genişləndirir. Ən əhəmiyyətli məqam isə Ermənistanın bu layihəyə rəsmi və institusional şəkildə qoşulmasıdır. Ermənistanın tranzit əməkdaşlığını qəbul etməsi, əslində, münaqişə məntiqindən inteqrasiya məntiqinə keçidin siyasi legitimləşdirilməsi deməkdir. Bütün bu amillər Azərbaycanın sülh gündəliyinin real regional transformasiya layihəsi olduğunu nümayiş etdirir və Bakının regional liderlik iddiasını möhkəmləndirir.

TRIPP ətrafında formalaşan siyasi konsensus və normativ sənədlər regionda yeni əməkdaşlıq mərhələsinin başlanğıcını göstərsə də, bu razılaşmaların avtomatik şəkildə uğurlu icraya çevriləcəyini iddia etmək realistik olmazdı. Beynəlxalq layihələrin praktiki həyata keçirilməsi çox vaxt hüquqi niyyətlə siyasi davranış arasında yaranan boşluqla üzləşir. Cənubi Qafqaz kimi tarixi münaqişə yaddaşı güclü olan, təhlükəsizlik dilemmasının hələ tam aradan qalxmadığı bir məkanda bu boşluq daha kəskin şəkildə özünü göstərir.

İndi həssas risk mənbələrindən biri Ermənistanın daxili siyasi mühitidir. Postmünaqişə dövründə cəmiyyətdə formalaşan travmatik yaddaş, identitet böhranı və siyasi revanşizm meyilləri hər hansı regional inteqrasiya təşəbbüsünü potensial siyasi manipulyasiya obyektinə çevirir. Milli-populist və revizionist qruplar TRIPP-i suverenlik, təhlükəsizlik və tarixi iddialar prizmasından şərh edərək ictimai müqavimət yarada bilər. Risklərin digər mühüm mənbəyi regional güc balansları ilə bağlıdır. Rusiya və İran TRIPP-i öz ənənəvi təsir zonalarında alternativ geoiqtisadi və siyasi arxitekturanın formalaşması kimi qavrama potensialına malikdir. Xüsusilə Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik və nəqliyyat üzərində uzun illər ərzində qurduğu nəzarət mexanizmlərinin nisbi şəkildə zəifləməsi Moskvanın strateji narahatlıqlarını artırır. İran üçün isə Şimal–Cənub və Şərq–Qərb marşrutları üzərində rəqabət balansının dəyişməsi iqtisadi və təhlükəsizlik baxımından yeni qeyri-müəyyənlik yaradır.

Bütün bu amillər onu göstərir ki, TRIPP çoxsəviyyəli təhlükəsizlik idarəetməsi platforması kimi dizayn edilməlidir. Hüquqi çərçivələrin icraedici mexanizmlərlə dəstəklənməsi, risklərin qabaqlayıcı idarə edilməsi və regional aktorlarla balanslaşdırılmış dialoqun saxlanılması layihənin davamlılığını müəyyən edəcək əsas amillərdir. Əks halda, normativ razılaşmalar real siyasi dinamikaya uyğunlaşmadığı təqdirdə, TRIPP simvolik diplomatik təşəbbüs səviyyəsində qala və gözlənilən transformativ təsiri yarada bilməz. Məhz bu səbəbdən layihənin gələcək taleyi daha çox strateji idarəetmə keyfiyyətindən asılı olacaq.

Sonda qeyd edək ki, əgər layihə planlaşdırıldığı kimi icra olunarsa, Cənubi Qafqaz ilk dəfə geosiyasi risk zonası deyil, geoiqtisadi sabitlik platforması kimi formalaşa bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see372

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see362

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see321

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see307

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see300

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see262

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see256

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see245

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see225

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see204

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see194

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see187

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see183

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see183

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see178

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see178

İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı

01 İyul 2026 04:17see174

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see169

Serialdakı gəlinlik manifest oldu Evlənəcək

01 İyul 2026 03:30see167

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri