Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Troya mənə görə dağılıb... Sevinc Mürvətqızının essesi

Troya mənə görə dağılıb... Sevinc Mürvətqızının essesi

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

31 dekabr esseist Sevinc Mürvətqızının doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Gözlərinə qurban, Homer!" bədii essesini təqdim edir.

"Məktublar" silsiləsindən

“Dünyanı qana çalxayan bu əprimiş Yelena gözlərinə qurban, Homer! İlionu vəsf eləyən yaxşıca bir poema yazdığını mənə çatdıranda kim olduğunla maraqlandım. Yerli-yataqlı təsvirə gələn biri deyilsənmiş.
Bircə bunu dedilər ki, korsan, nə zamandı həsrət qalmısan dünya işığına. İnandım da, inanmadım da.
İnandım ona görə ki, bəlkə də kor olduğun üçün, “kor-kor, gör-gör” öz zamanında sənin gözünün qarşısında baş vermiş hadisələri əməlli-başlı təhrif eləyib yazmısan, ən azı mənimlə bağlı hissələri.
İnanmadım ona görə ki, insan yalanı sevir. Yalan gil kimidir, hər kəs yoğurub istədiyi şəklə sala bilir.
Həqiqətsə Egey dənizinin sahilindəki min illərlə dalğaların gah sığalına, gah qapazına məruz qalsa da, cüzi dəyişilən qayaya oxşayır.

Oxumağı bilirəm, amma artıq “zümrüd yaşılı” deyib vəsf elədiyin gözlərim nurdan düşdüyü üçün özüm oxuya bilmədim, mənə oxudular yazdıqlarını. Doğrusu, orada yazılanların hamısını cani-dildən, ruhumun qulağı ilə dinləmədim. Ancaq özümlə bağlı yazdığın hissələr süngərə hopan kimi hopdu yaddaşıma. Tək mən yox, insanların çoxu belədi, Homer, çox böyük əsərlərin içərisində onları ancaq özlərinə aid bircə cümlə maraqlandırar... Bütün mətni atarlar bir kənara, o cümlənin ardınca düşərlər. Tərifdən boldusa, o mükaliməni “şah cümlə” elan edərlər, tənqiddirsə, bütün mətni qurban edərlər o cümləyə...

***

“İliada”da nələr uydurmusan haqqımda, sarayın katibi oxuduqca bu ölüm yatağında məni bir yandan da dəli gülmək öldürürdü.

Bilmirəm, bəlkə də cavan oğlansan, bəlkə də mənim kimi artıq əldən-dildən düşmüş, ağzında dişi, başında saçı, üzündə bircə barmaq hamar yeri qalmayan əprimiş ixtiyarın təkisən, hər necəsənsə, bu, sənə tarixi bunca sağa-sola oynatmaq haqqı vermir axı...

Doğrusu, bunları ona görə yazmıram ki, “İliada”da nələrisə dəyişəsən. Yaşın elə bir çağı gəlir ki, nə olmuşların bir mənası qalıb, nə olacaqların. Düzünü desəm, haqqımda uydurduqlarını bəyəndim, amma əlahəzrət həqiqət öz yerində qalır.
Troya mənə görə dağılıb, amma güman elədiyin eşq səbəbindən deyil... İndi ömrümün elə məqamındayam ki, gözləyirəm ki, hər an Aid gəlib məni aid olduğum yerə-yeraltı səltənətinə aparsın.
Daha keçmişdəki hər şeyi asanlıqla danışmaq olar, uğrumda ölməyə hazır olan kişilərin də hamısı qırılıb, itiriləsi heç nə yoxdur... Bax, yazı katibim də gülür sözlərimə... Bu qız işvəsi, şeytanlığı, gözləri, saçları və mütənasib vücudu ilə necə də cavanlığımı xatırladır, özün onun qəlbinə mərhəmət bəxş elə, ulu Zevs, kişilərə yazığın gəlsin...

Nə isə, güldük, bəsdir, indi səni özümlə bağlı əsl həqiqətlərdən hali eləyəcəm, haqqımda uydurduğun o gözəlim mifi həqiqətlə süsləyəcəm. Vaxtilə uydurduğun, tapındığın, yelinə uçduğun miflər adama ölüm yatağında yaman gülməli görünür, Homer... Günlərin o gözəl günü-ölüm yatağında məlum olur ki, başqa adlar verib yaşadığın hisslər uydurmaymış, bədən səfalarına verdiyin ruhi-mənəvi, ali “ləqəblər” son nəfəsdə güldürməyə xidmət edir, başqa heç nə...

***

Ağlım kəsəndən asi olmuşam: atam olduğu deyilən, amma əslində doğmam olmayan çar Tindareosa, qardaşlarıma, heç üzünü görmədiyim anamın ruhuna, nazımla oynayan xidmətçilərə və həyatımdan gəlib keçmiş bütün kişilərə qarşı... Dəlisovun yekəsiyəm mən...

Homer, ulu Zevs xatirinə, barı öz yazdığına özün inanırsanmı? Yəni, sən doğrudan belə bilirsən ki, ulu Zevsə qadın qəhətliyi imiş, özünü nəhəng qu quşu cildinə salıb gəlib çariça Leda ilə sevişsin?

Bunu hansı cürətlə əsərinə, dolayısı ilə tarixin dağlanmış sinəsinə yaza bilmisən?

Dayəm bir gün guya ağlımın kəsdiyini güman eləyib, məni böyük qız bilib həqiqəti söyləmişdi mənə. Atamın başı əyyaşlığa və xırda ara müharibələrinə qarışanda anam da nəhəng cüssəli, yaraşıqlı qladiatorla eşqbazlığa girişibmiş...

Atamla anam eyni vaxtda “ayılıblar”: aralarında heç bir yaxınlıq yox ikən mən dünyaya gələndə. Günahını canıyla ödətdirib atam ona, ağlagəlməz cəzanı da özü uydurub, sevdiyi qladiatoru məcbur edib ki, çariça Ledanı uçurumdan dənizə atsın. Sonra qladiatoru da onun ardınca aşağı – dənizin ağuşuna göndərtdirib. Anlaşılan budur ki, anamın ulu Zevslə bağlı uydurduğu qu quşu nağılına özündən başqa heç kim inanmayıb. Çar mənə qıymayıb, amma böyüdükdən sonra məni gözümçıxdıya saldığını da heç unutmamışam...

Uşaqlığımdan hər şeyi bilməyə dəlicəsinə həvəsim vardı. Çox bilmək istəyəni əfv eləmirlər. Həyatını elə zəhərə döndərirlər ki, bilən bildiyi qədər çəkir... Heç kim nə çoxbilmişliyimi, nə gözəlliyimi mənə bağışlamırdı...

Sənin yazdığın kimi məni 10-12 yaşında yox, 14-ü bitirib 15-ə keçəndə Afinanın çarı Tesey qaçırmışdı. Onda gözəlliyini yenicə dərk eləməyə başlayan, hələ ki, məsum ürkəkliklə qadinvari şeytanlığın keçid mərhələsində olan gənc qızcığaz idim. Tesey mənə qıymadı, qıya bilmədi... Hətta sərxoş olduğu zamanlarda da alışıb-yanan gözləri ilə vücuduma, həyəcandan titrəyən əlləri ilə saçlarıma sığal çəkməkdən başqa irəli getmədi...

Əziz Homer, əslində mən heç də Parisi yox, məhz Teseyi həyatımın kişişi hesab elədim həmişə... Çünki məhz o, mənimlə ən ali varlıq kimi davranaraq Tanrıların daim kişi bədənində alovlandırdığı “tonqala” atıb qurban eləmədi... Böyüməyimi gözləyirdi səbirlə. Dünyanın ən gözəl sözlərini söyləyirdi mənə: “Bu gözəllik və işvəylə sən yer adamının yox, ancaq ulu Zevsin qızı ola bilərsən...”

Mən əsl sevgini də, çılğın ehtirası da onunla dadmışam... Məni geri almaq üçün atamın sarayının sadiq adamları onu öldürəndə hamının onunla birgə ölməsini arzuladım. Tesey məni həyatda hamıdan çox sevən və uğrumda öldürülən ilk kişi oldu...

Saraya geri qaytarılanda 17 yaşım vardı. Çiçəyə oxşayırdım, amma daha çox ölüm çiçəyinə... Teseyin öldürülməsi qəlbimi kinlə doldurmuşdu, bundan sonra kimə ərə veriləcəyim vecimə də deyildi. Atam məni bacım Klitemnestranın qaynına, Aqamemnonun qardaşı Menelaya verəndə heç tüküm də tərpənmədi. Növbəti qurbanımın hansı kişi olacağı məni artıq maraqlandırmırdı... Gözümü qəzəb, qəlbimi kin bürümüşdü. Könlümə aparan bütün cığırları tikan basmışdı… Menelay məndən də şeytan olduğu üçün iblisanə qadınlığımdan doya-doya zövq alırdı - həmişə və hər yerdə...

Qızım Hermione 9 yaşına çatanda qadınlığımın və çoxbilmişliyimin zirvəsində idim... Spartada hər şeyin çal-çağır, əyyaşlıq, harın qonaqlıqlar üçün bəhanə edildiyi günlər idi. Yenə bir gün sarayda ziyafət vardı. Troya çarı əlahəzrət Paris də qonaqların arasındaydı. İlk dəqiqədən onu gözüm tutdu, sonra da qəlbimə aldım...
Eh, Homer, sən Yelena olsaydın... Sənə desəydilər ki, saçlarının, gözlərinin gözəlliyi naminə ilahələr - Hera və Afinanın vəd etdiyi bütün Asiyanın hökmranlığını, dünyanın ən qəhrəman insanı olma imkanlarını bir kənara atıb, ifritə Afroditanın fitnəsinə uyub yalnız sən Yelenanın eşqini seçən biri var, sən inanmazdınmı?
Axı biz-yer adamları bəzən deyilənlərin yalan olduğunu bilə-bilə, özümüzlə bağlı qulağımıza xoş gələn yalanlara inanmaq istəyirik. Birgə yaşadığı dünya gözəli nimfanı atıb, ona vəd olunan bu qədər şeydən imtina edib qarşında səcdəyə qapanan özündənrazı, yaraşıqlı Troya çarına bəlkə sən Homer uymazdın, amma mən Yelena elə uydum ki...

Ey ulu Zevs, niyə şimşəkləri yağdırmadın, niyə bəlamı vermədin?!

Ey qəzəbli Poseydon, o dənizləri üzüb keçəndə o üçdişli nəhəng çəngəlinə niyə keçirmədin məni?!
Möhtəşəm Troyada eşq sərxoşluğu ilə yaşadığım on ilə yaxın müddətdə mən həqiqətən elə güman edirdim ki, Paris mənə olan eşqiylə qanad açıb Spartaya uçub gəlibmiş - lap nəhəng qu quşu kimi ...

Əsərində Troyanın dağılmasında Parislə olan eşq macərama görə məni suçlayırsan, əziz-girami Homer. Elədir, Troyanı mən dağıtmışam, amma soruş, necə?
İndiyədək heç yerdə demədiyim sirri açacağam sənə. Troyanı ələ keçirmək Menelayın çoxdankı arzusuydu. Parisin də dəvət olunduğu o ziyafətdən öncə ərim (“ər” deməyə də ağzım ağrıyır) məni çağırıb dedi ki, Yelena, ümidim bircə sənədir. Troyanı ancaq sənin vasitənlə ələ keçirə bilərik. Əvvəlcə heç nə anlamadım. Menelay planını izah elədi: “Sarayda 10 gün ziyafət olacaq. Bu günlər ərzində sən Parisi yoldan çıxarmaq üçün hər fəndə əl atmalısan. Ziyafətin son günü harasa səfər adıyla ortalıqdan yox olacağam, həmin gün Parislə Troyaya qaçacaqsan. Ordu azdı, xalq müharibələrdən yorulub, övladlarını əsgər vermək istəmir. Ancaq ortada Sparta çariçası Yelenanın şərəfi, geri qaytarılması məsələsi olarsa, kimsə cınqırını çıxara bilməyəcək. Hücum edib bircə ay ərzində Troyanı alacağıq. Və sən də bundan sonra təkcə Spartanın yox, Troyanın da çariçası olacaqsan, Yelenam”.
Həmin andaca hakimiyyət, şan-şöhrət uğrunda neçə illik arvadını - doğmaca qızının anasını hər baxımdan qurban verməyə hazır olan Menelaya elə ikrah elədim ki, ondan bunun qisasını alacağıma ürəyimdə and içdim.
Parislə qaçdım, amma ərim istədi deyə yox, məhz özüm istədim deyə. Menelayın dediyi kimi olmadı, Troyanı nəinki bir aya, heç on ilə də ala bilmədilər. Çünki mən Parisin yanında, Paris də mənim ürəyimdə idi.

Ta o məşum günəcən - Parisin özünü itirənə qədər içib sərxoş olduğu, əsl həqiqəti dilə gətirdiyi günə qədər. Demə, bunun mənə danışdığı ilahələr məsələsi-filan hamısı yalan imiş.

Ziyafət günü Menelay məndən gözünü çəkməyən Parisi qızışdırmaq üçün deyibmiş ki, Yelenanı heç kim yoldan çıxara bilməz, eşqini, qəlbini qazanmağı bacarmaz. Troya və məndən mərcə giriblər.

Mən onunla getsəm, Menelay guya məni güzəştə gedəsiymiş, getməsəm, Paris Troyanın Spartaya birləşdirilməsinə razı olmalıymış. Bu, ancaq ikisinə məlum olan bir mərc imiş.

Beləcə, mənim gedişim öz aləmlərində həm Parisə, həm də Menelaya sərf edirdi. Menelayın mənə qarşı əclaflığından sonra Parisi həqiqətən sevmişdim, amma son söylədiklərindən sonra mən eşq, o da şərab sərxoşluğundan ayılanda hər şey dəyişmişdi... Paris diz çöküb ayaqlarıma qapandı, bağışlanmağını istədi, sərxoşluqdan ağlına gələni söylədiyini dedi.

Özümü bağışlamış kimi göstərdim, amma artıq qərarımı vermişdim: Troya yerlə-yeksan olmalıydı... Troya atı ideyası da mənim fikrim idi.

Ehtiras sərxoşluğundan ağlımızı itirdiyimiz gecələrin birində Parisi razı saldım ki, misli-bərabəri olmayan bədbəxtlik ərməğanını - Troya atını şəhər darvazalarından içəri salsınlar...

Eh, Homer, Homer... Sən hardan biləsən aldadılmış qəzəbli qadın nələrə qadirdir?.. Sən axı bilmirsən, haradan biləsən, qadın deyilsən axı, hələ Yelena heç deyilsən...

Troya darmadağın edilib Paris yaralananda son nəfəsində hər şeyin mənim planım əsasında olduğunu üzünə söylədim. Bəlkə də keçmiş sevgilisi, nimfa Oinonenin gətirdiyi şəfalı otlar onu sağaldardı, amma məndən aldığı gözlənilməz qisas zərbəsi buna imkan vermədi.

Paris həyatını itirməklə cəzasına çatdı, Menelay da məni yenidən yanına qaytarmaqla... Ulu Zevs bizi yenidən birləşdirməklə Menelayın da necə lazımdır bəlasını verdi...

Ömrünün son günlərinə qədər qızının anasını Troyanın xətrinə düşməninə bazarlayan bu kişiciyəzi bir udum eşq üçün ayaqlarımda süründürüb yalvartmaqdan, alçaltmaqdan şeytani zövq və intiqam aldım.

***

...Daha kinim qalmayıb. Bir ayağım Aidin səltənətindədir... Bunları nəyəsə düzəliş eləməyin üçün yazdırmıram, sadəcə qadınlar onları şirin dillə vəsf eləyənləri sevirlər, böyük sirrdən agah etməklə sənə bu cür minnətdarlıq etmək istədim.

Yazdırdığım bu məktub tarixin yox, sadəcə sənin bəsirət gözünün açılması üçündür, bu əprimiş Yelena gözlərinə qurban, Homer!

Əgər həqiqətən korsansa, belə yaxşıdır, çünki bu fani dünyanın vaxtilə ən gözəl qadını sayılan Yelenanın indi nəyə oxşadığını görsəydin, hakimiyyət eşqilə yanıb-tutuşan, amma sonda həmişə gözəl qadına məğlub olan həşəmətli Troya və Sparta kişilərinin o vaxtkı “hallarına” sən də ürəkdən gülərdin... İndi bu ölüm ayağında ləzzətlə güldüyüm kimi...

Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi? “Uşaq Avroviziya 2025”in şərhçiləri açıqlandı O, şəhvətli bir labirint... - Günün mahnısı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri