Icma.az
close
up
RU
“TRT AVAZ”ın “Yüzler” sənədli film layihəsinin ilk siması Aynur Sofiyevadır

“TRT AVAZ”ın “Yüzler” sənədli film layihəsinin ilk siması Aynur Sofiyevadır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul, 26 iyun, Günel Karatepe, AZƏRTAC

“TRT AVAZ” telekanalı tərəfindən hazırlanan “Yüzler” (“Simalar”) adlı sənədli filmin çəkilişlərinə start verilib. Layihənin birinci hissəsi Azərbaycanın ilk beynəlxalq qrosmeysteri, İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrosmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya həsr olunacaq.

Bununla bağlı AZƏRTAC-a açıqlama verən filmin rejissoru Murad Ocak bildirib ki, bu ekran əsərində Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq, dünya miqyasında tanınan bir şahmat ustası və sahəsi üzrə liderlik mövqeyinə qədər yüksələn həyat yolu əks etdiriləcək.

Onun sözlərinə görə, ekran əsəri şahmat metaforası ilə Azərbaycanın müasir simasını, Bakının futuristik elementlərini və mədəni zənginliyini əks etdirməyi hədəfləyir. Çəkilişlərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Teleqüllə, ADA Universiteti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası kimi ölkəmizin müxtəlif tanınmış məkanlarında aparılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə türk dövlətlərində elm, incəsənət, idman və digər sahələrdə uğur qazanmış qadınların həyat yollarını nümayiş etdirərək, xanımlarımızın gücünü və ilhamverici hekayələrini ön plana çıxarmağı hədəfləyir.

Filmin iyunun 23-dən 30-dək davam edən çəkilişləri ilə əlaqədar “TRT AVAZ”ın xüsusi heyəti Bakıya ezam olunub. Layihənin əlaqələndiricisi Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see248

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see220

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see195

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see186

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see139

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see136

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see132

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see129

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see129

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see121

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see120

“Qarabağ” Makedoniya klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxardı

12 Avqust 2025 00:40see119

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see118

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see118

Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma...

12 Avqust 2025 00:10see116

Azərbaycan nefti bahalaşıb

12 Avqust 2025 09:20see116

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see115

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see115

Bu gün yağış yağacaq PROQNOZ

12 Avqust 2025 08:15see115

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri