Icma.az
close
up
RU
TÜİB ilə texniki tənzimləmə sisteminin qurulmasının istehlak bazarına təsiri müzakirə edilib

TÜİB ilə texniki tənzimləmə sisteminin qurulmasının istehlak bazarına təsiri müzakirə edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun sədrinin müşaviri İlqar Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin keyfiyyət infrakstrukturu sahəsindəki fəaliyyət istiqamətləri, görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib. Eyni zamanda, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” və onun icrası çərçivəsində görülmüş işlər, qəbul olunmuş normativ hüquqi aktlar, hazırlanmış layihə və hesabatlar, həyata keçirilən tədbirlərin nəticələri və onların iqtisadi təsirləri diqqətə çatdırılıb.

Həmçinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə milli texniki reqlamentlərin qəbulu və tətbiqinin istehlak bazarına, eləcə də sahibkarlıq fəaliyyətinə təsiri barədə qarşılıqlı müzakirələr aparılıb. Bildirilib ki, istehlak bazarının keyfiyyətli və təhlükəsiz qeyri-qida malları ilə təmin olunması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanmış milli texniki reqlament layihələri Agentliyin rəsmi internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Görüş zamanı agentliyin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yaradılmış yeni laboratoriyalar və göstərilən xidmətlər barədə məlumat verilib. Bundan əlavə, milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib, Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığı (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) tamhüquqlu üzv qəbul edildiyi diqqətə çatdırılıb.

Sonda keyfiyyət infrastrukturu sahəsinin inkişafı istiqamətində təkliflər dinlənilib, tərəflər arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə razılığa gəlinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri