Icma.az
close
up
RU
Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının, eləcə də ABA-nın Rəyasət Heyətinin və Audit Komitəsinin tərkibinin və rəhbər heyətinin təsdiqi daxil edilmişdi.

İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar alınmışdır.

Eyni zamanda, ABA-nın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:

 “Rabitəbank” ASC-nin müşahidə Şurasının sədri Zakir Nuriyev - ABA-nın prezidenti; “ABB” ASC-nin İdarə Heyəti sədri Abbas İbrahimov - ABA-nın vitse-prezidenti; “Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev; “Kapital Bank” ASC-nin İdarə Heyəti sədri Fərid Hüseynov; “XalqBank” ASC-nin İdarə Heyətinin sədri Kamran Məcidov; “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimov; “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev; “UniBank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov; “YapıKrediBank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Cenk Yüksel; “Ziraatbank” ASC-nin İdarə Heyətinin sədri Dr. Səlcuq Dəmir; “AqrarKredit” BOKT-un İdarə Heyəti sədri Məmməd Musayev;

Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.  Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://banco.az
archiveBu xəbər 25 Fevral 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see225

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Mifləşdirilən hökmdar, susdurulan tarixçi KONKRET

07 Dekabr 2025 00:32see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri