Icma.az
close
up
RU
Tükənmişliyə qarşı 5 qızıl tövsiyə KONKRET

Tükənmişliyə qarşı 5 qızıl tövsiyə KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın məsuliyyətləri bir çox insanın özünü tükənmiş hiss etməsinə səbəb olur.

KONKRET.az xəbər verir ki, mütəxəssislər daha sakit və balanslı həyat tərzi üçün bir neçə vacib məsləhət veriblər. Bildirilib ki, son dövrlər xüsusilə yay aylarında “mindfulness” – yəni şüurlu fərqindəlik vərdişlərinə maraq artıb.

Psixoterapevtlər qeyd edib ki, insanların həm şəxsi, həm də peşəkar həyatda yaşadığı tükənmişlik hissi onları gündəlik vərdişlərini yenidən gözdən keçirməyə sövq edir.

Mütəxəssislər tükənmişliyin qarşısını almaq üçün aşağıdakı tövsiyələri verirlər:

1. Açıq havada daha çox vaxt keçirin

Araşdırmalar göstərir ki, təbiətlə təmas insanlarda rahatlıq hissini artırır, stress səviyyəsini azaldır və sinir sisteminin daha sağlam fəaliyyətinə kömək edir.

2. Ekran vaxtını azaldın

Sosial mediada davamlı xəbər və məlumat axını insanın zehni yorğunluğunu artırır. Xüsusilə səhər saatlarında telefondan uzaq qalmaq və günü daha sakit başlamaq tövsiyə olunur.

3. Bədəninizin siqnallarını dinləyin

Mütəxəssislər insanların özlərinə “Daha çox su içməliyəm?”, “İstirahətə ehtiyacım var?”, “Hərəkət etməliyəm?” kimi suallar verməsinin vacib olduğunu bildirirlər. Düzgün qidalanma, keyfiyyətli yuxu və fiziki aktivlik də önəmli amillər sırasındadır.

4. Şükür etməyi vərdişə çevirin

Hər gün minnətdar olduğunuz üç şeyi yazmaq və ya gün ərzində yaşadığınız xoş hadisələri xatırlamaq ruh halına müsbət təsir göstərir. Araşdırmalara görə, bu vərdiş həyat məmnuniyyətini artırır.

5. Duyğularınıza vaxt ayırın

Loş işıqda sakitləşdirici musiqi dinləmək, xoş qoxular hiss etmək, sevdiklərinizlə vaxt keçirmək və ya bir fincan qəhvə ilə dincəlmək gündəlik stressi azaltmağa kömək edə bilər.

Mütəxəssislər hesab edirlər ki, kiçik dəyişikliklər belə insanların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərə bilər. (Axşam.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 İyun 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri