Icma.az
close
up
RU
Tülin Ələkbərova ilə bağlı QƏRAR ÇIXARILDI KONKRET

Tülin Ələkbərova ilə bağlı QƏRAR ÇIXARILDI KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən kikboksçu Tülin Ələkbərovanın barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

KONKRET.az  xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, kikboksçu Tülin Ələkbərova restoranda qadını döyərkən sərxoş olub.

Hadisə “Burju Baku” restoranında baş verib.

Belə ki, Tülin Sevda adlı tanışı və iki oğlanla restorana istirahət etməyə gəliblər. Tülin spirtli içki qəbul etdikdən sonra halı pisləşib. Tülin Sevda ilə birlikdə sanitar qovşağa gediblər. Tülin içəri daxil olanda Sevda qapıda dayanaraq heç kimin içəri girməsinə icazə verməyib.

Bu zaman sanitar qovşağa gələn zərərçəkmiş Kəmalə adlı xanım içəri daxil olmaq istəyib. Lakin Sevda ona icazə vermədiyi üçün Kəmalə ilə aralarında mübahisə baş verib. Səs-küyə qapını açan Tülin Kəmaləyə yumruq və təpik zərbələri endirib.

Təqsirləndirilən Tülin deyib ki, hadisə zamanı sərxoş olub və Kəmalənin Sevdanı yerə yıxdığını gördüyü üçün ona bir yumruq zərbəsi vurub.

Kəmalə isə ifadəsində deyib ki, hadisə vaxtı Sevda ondan sanitar qovşağa getməməsini istəyib. Kəmalə bildirib ki, bir neçə dəqiqə gözləsə də sonra vəziyyəti pis olduğu üçün sanitar qovşağa keçmək üçün Sevdanı itələyib. Bu zaman mübahisə yaranıb. Tülin sanitar qovşaqdan çıxaraq ona yumurq zərbələri vurub. Yerə yıxılan zaman isə təpiklə ona zərbələr endirib.

Zərərçəkmiş Kəmalə Tülindən 5 min manat pul tələb edib. Bildirib ki, aldığı xəsarətlərdən sonra da bir müddət də işləmədiyi üçün ona maddi ziyan dəyib. Zərərçəkmiş şəxs Tülindən şikayətçi olduğunu deyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, hadisədən sonra Tülin həbs edilib. İki gün həbsdə qaldıqdan sonra onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Nərimanov Rayon Məhkəməsi Tülin Ələkbərovanı xuliqanlıqda təqsirli bilib və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri