Icma.az
close
up
RU
Tünzalə Ağayeva yeni duetini təqdim etdi

Tünzalə Ağayeva yeni duetini təqdim etdi

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tünzalə Ağayeva yeni duetini təqdim etdi

Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini sevənlərinin ixtiyarına verib.

OLAY yazır ki, pop ulduz bu dəfə bəstəkar, pianoçu, aranjimançı Bəbir Bəbirli ilə bir araya gəlib. Sənətçilər ölməz bəstəkar Ramiz Mirişlinin repertuarına müraciət ediblər. Onlar “Səadət” mahnısını ifa ediblər. Yeni duet artıq bütün musiqi platformalarında və Xalq artisti Tünzalə Ağayevanın şəxsi “Youtube” kanalında yayımlanıb.

Xalq artisti yaranan işlə bağlı təəssüratlarını bölüşüb: “Bildiyiniz kimi, bu dueti bizdən öncə böyük sənətkarlar ifa ediblər. Onlardan dahi Elmira Rəhimova və Yaşar Səfərovu xüsusi vurğulamaq istərdim. Çünki Elmira xanımın səsi hər zaman qulağımızda olub. Onunla böyümüşük. “Səadət” bizim xalqımızın sevimli mahnılarındandır. Belə klassik əsərləri yaşatmaq bizim nəslimizin borcudur. Duet ortağım Bəbir Bəbirli istedadlı musiqiçidir və çox məlahətli səs tembrinə malikdir. Mənim də bir çox məşhur mahnılarımın aranjımançısıdır. Duetin ideyası da elə Bəbirə məxsusdur. Mahnının aranjımanı klassik üslübdadır. Originallığına toxunulmayıb. Çünki düşünürəm ki, klassika elə klassikada qalmalıdır. Biz bu dueti ilk dəfə İTV-nin efirində səsləndirdik və ifa xalq tərəfindən böyük maraqla qarşılandı”.

Qeyd edək ki, mahnının sözləri böyük şair Rəfiq Zəka Xəndan, aranjımanı isə Bəbir Bəbirliyə məxsusdur. Miks və masterinqi Emin Karim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://olay.az
archiveBu xəbər 31 Yanvar 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see266

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see253

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see250

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see249

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see248

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see247

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see246

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see245

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see224

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see223

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see221

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see218

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see218

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see212

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see206

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see205

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see200

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see198

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri