Icma.az
close
up
RU
Tura baxış: 5 oyunda 2 qalib

Tura baxış: 5 oyunda 2 qalib

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında XXVII tur başa çatdı.

Lider “Qarabağ” və avrokuboklara vəsiqə üçün mübarizə aparan “Araz-Naxçıvan”, “Zirə” və “Turan Tovuz” xal itkisi yaşadı. “Neftçi” isə autsayder “Səbail”lə görüşdə çətin qələbəyə sevindi.

Araz-Naxçıvan – Şamaxı 1:1

Turnir cədvəlinin üçüncü sırasında yer alan “Araz-Naxçıvan” daha bir oyunu itki ilə başa vurdu. “Şamaxı” ilə matçın ilk hissəsində üstün olan, lakin fasilədən sonra oyunu rəqibinə verən Naxçıvan təmsilçisi turu bir xalla başa vurdu. Komandanın qələbəsizlik seriyası artıq 7 oyuna çatıb. Elmar Baxşıyevin yetirmələri xüsusilə hücumda bitiricilik problemi yaşayır. Felipe Santos və Ramon Maçadonun yoxluğu hiss olunur. Komanda adına müsbət xəbər isə izləyicisi “Turan Tovuz”un bu turda xal itirməsi oldu.

“Şamaxı” isə müsbət tonusda irəliləyir. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv son 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. Elitadakı yerini möhkəmlətməkdə olan “şirlər” artıq autsayder “Səbail”dən aralanıb və nisbətən rahatlaşa bilər.

Kəpəz – Qarabağ 0:0

Turnir cədvəlinin 9-cu sırasında yer alan “Kəpəz” liderlə oyunda yaxşı təsir bağışladı. Güclü rəqibinə müqavimət göstərən, bəzi anlarda hücumda effektiv çıxış edən gəncəlilər üçün bərabərlik qələbəyə bərabər sayıla bilər. Hər bir halda, çempionatda “Qarabağ” kimi keyfiyyəti daha yüksək olan komandadan xal qoparmaq hər kollektivə nəsib olmur. Xallarını artıran “Kəpəz” indi sonuncu “Səbail”dən 5 xal irəlidədir və durumu daha yaxşıdır.

“Qarabağ” isə ikinci pillədəki “Zirə” ilə 8 xallıq fərqi qoruyur.

Sabah – Zirə 1:1

Turun mərkəzi görüşündə tərəflər hərəyə bir xal qazandı. Hər iki hissədə daha arzulu görünən “Sabah” “Şamaxı”ya məğlubiyyətdən sonra toparlana bilib. Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv ilk hissədə daha yaxşı oyunu ilə seçildi. “Zirə”nin qolundan sonra da epizodlar yaradan “bayquşlar” son zərbələrdə və qərarlarda uğursuzluq yaşadı.

“Zirə” isə məğlubiyyətsizlik seriyasını davam etdirir. Turnir cədvəlinin ikinci pilləsində möhkəmlənən “qartallar”ın bu pilləni əldən verməyəcəyi görünür.

Səbail – Neftçi 1:2

Autsayder “Səbail” növbəti məğlubiyyətini yaşadı. Matçın ilk 25 dəqiqəsində kobud səhvlərlə yadda qalan “dənizçilər” bu aralıqda iki qola üzüldü. “Neftçi” əlinə düşən fürsətləri maksimum dəyərləndirməyi bacardı. Nəticə bir yana, baş məşqçi Cavid Hüseynovun klub rəhbərliyini tənqid etməsi daha diqqət çəkdi. Dəstəksiz qaldığını bildirən və kəskin etiraz edən mütəxəssis açıqlamalarından bir saat keçməmiş istefaya göndərildi. “Səbail”də problemlər aşkardır və keyfiyyət çatışmazlığı komandanı “zirzəmi”də qalmasına səbəb olur. “Neftçi”dən daha çox hücum edən, lakin “çərçivə”yə düşə bilməyən Bayıl klubunun bu gedişlə elitada qalması çətin olacaq.

“Neftçi” isə birinci hissəni daha yaxşı keçirdiyi matçda növbəti üç xalını qazandı. İkinci hissədə qapısına sıxışan və rəqibini müdafiədə qəbul edən “ağ-qaralar” əks-hücumlarda da effektiv ola bilmədi. Görüşdə “ağ-qaralar”ın əsas qəhrəmanı Rza Cəfərov oldu. Qolkiper oyunun son saniyələrində etdiyi fantastik qurtarışla komandasının xilaskarı oldu.

Turan Tovuz – Sumqayıt 1:2

Avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” növbəti məğlubiyyətini yaşadı. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv favorit kimi çıxdığı oyundan xalsız ayrıldı. “Araz-Naxçıvan”ın xal itirdiyi turda ona yaxınlaşmaq fürsəti yaxalayan tovuzlular bundan yararlana bilmədi. Matçda hesabı açan tərəf meydan sahibləri olsa da, “Sumqayıt” geridönüş edərək qələbə qazandı. Vaqif Cavadovun komandası əks-hücumlarda rəqibini məyus etməyi bacardı. 11 tur qol vura bilməyən “Sumqayıt” son 2 matçda 5 qol vurub və 2 qələbə qazanıb. Turnir cədvəlində 7-ci sırada yer alan və sonuncu “Səbail”i 10 xal qabaqlayan “kimyaçılar” bu qələbə sayəsində elitadakı yerini saxladı demək olar.

“Turan Tovuz” xüsusilə ikinci hissədə güclü təzyiqlə oynasa da, fərqlənmək mümkün olmadı. Son 3 oyunda 2 dəfə uduzan, 1 heç-heçə edən “Turan Tovuz”un avrokubok şansları davam edir. Lakin belə matçlardakı itkilər sona yaxın komanda üçün baha başa gələ bilər.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Mart 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri