Icma.az
close
up
RU
İlk 5 lik də qalib gələn olmadı, Bayılda istefa reallaşdı Tura baxış

İlk 5 lik də qalib gələn olmadı, Bayılda istefa reallaşdı Tura baxış

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXVII turunun əsas hadisəsi “Səbail”in Cavid Hüseynovu istefaya göndərməsi oldu. Gənc çalışdırıcının “Neftçi”ylə oyundan sonra mətbuat konfransında dedikləri klub rəhbərliyinin xoşuna gəlmədi. “Turan Tovuz” da bu tur doğma meydanda məğlubiyyətlə barışmalı oldu. Amma Kurban Berdiyevi hələki istefa təhlükəsi gözləmir.

 "Araz-Naxçıvan" – "Şamaxı" 1:1
Qollar:
Bernardo Dias, 39 - Cəlal Hüseynov, 68.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo,17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias, 9. Əyyub Allaş. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç. 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa. 
Baş məşqçi: Ayxan Abbasov.

“Şamaxı”nın uğurlu seriyası davam edir. Ardıcıl iki vacib qələbə qazanan əyalət təmsilçisi bu tur da “Araz Naxçıvan”a uduzmadı. Baxmayaraq ki, görüşdə hesabı nominal meydan sahibləri açmışdı. Ramosun yoxluğunda qolçuluq missiyasını üzərinə götürən Dias 39-cu dəqiqədə hesabı açdı və “Araz Naxçıvan” fasiləyə öndə yollandı. Amma qələbə hesabını sona qədər qorumaq mümkün olmadı. Cəlal Hüseynov “Araz Naxçıvan”ın qələbə arzusunun həyata keçməsinə imkan vermədi. Məhz onun vurduğu qol sayəsində “Şamaxı” məğlubiyyətdən qaçdı. 1:1 hesablı heç-heçə tərəflərin hərəsinə bir xal qazandırdı. Elə bu xal hər iki komandanın da işinə yaradı.
47 xallı “Araz Naxçıvan” 3-cü pillədə özünü rahat hiss edir. 28 xal toplamağı bacarmış “Şamaxı” üçün də 8-ci yer pis sayılmamalıdır.

“Kəpəz” – “Qarabağ" 0:0 
“Kəpəz”: 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 26. Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 28. Rati Ardazişvili 3. Mahamadu Ba 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 19. Sadiq Şəfiyev 78. Yeqor Xvalko 11. Trent Buhagiar 10. Karim Lkoça
Baş məşqçi: Azər Bağırov
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k) 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 90. Nəriman Axundzadə 81. Kevin Medina 66. Patrik Andrade 9. Kadi Borqes 2. Mateus Silva 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 29. Marko Veşoviç 10. Abdullah Zubir 7. Yassin Benzia 19. Redon Cica 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

Turun daha bir oyununda qalib müəyyənləşmədi. Özü də bu qarşılaşmada qolsuz heç-heçə qeydə alındı. “Qarabağ” Tovuzda qarşılaşdığı “Kəpəz”in müqavimətini qıra bilmədi. Baxmayaraq ki, “köhlən atlar” qələbəyə daha yaxın tərəf idi. Oyundan sonrakı mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov süni örtükdən, xüsusən də isti havada örtüyün sulanmamasından şikayətləndi. Hər halda “Qarabağ” iki xal itirsə də, bunun turnir hədəflərinə ciddi təsir göstərdiyini demək olmaz. Ağdam təmsilçisi yenə də lider mövqeyindədir, özü də rəqiblərini xeyli qabaqlayır. “Qarabağ”ın aktivində 64 xal var. 9-cu sıradakı “Kəpəz” isə 23 xal toplamağı bacarıb.

“Sabah” – “Zirə” 1:1 
Qollar:
Cesse Sekidika, 35 - David Volkov, 63
"Sabah”: 92. Stas Pokatilov 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 18. Pavol Safranko 40. İqor Noqeyra 70. Cesse Sekidika 3. Con İrasabal 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev 15. Seymur Məmmədov 32. Elgün Dünyamalıyev 7. Boyan Letiç 4. Sofian Çakla 12. Vinsent Till 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski
“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 11. Rüstəm Əhmədzadə 5. Stefan Aka 4. Ruan Renato 10. Giorgi Papunaşvili 70. İssa Cibrila 23. Rafael Utziq 17. Ayron Qomis 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 7. Məqsəd İsayev 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 90. Davit Volkov 3. Ange Mutsinzi 15. Pyer Zebli 18. Martins Junior 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Qəribədir ki, turun üçüncü qarşılaşmasında da qalibi müəyyən etmək mümkün olmadı. “Sabah”la “Zirə” hərəyə bir qol vurub, 1 xal qazandılar. Doğrudur, “Sabah”ın bu mövsümün heç-heçələri sıralamasına adət etmişik. Bu mövsüm 27 oyun keçirən Masazır təmsilçisi həmin oyunların yarıdan çoxunda meydandan bərabərliklə ayrılıb. Komanda 14 dəfə meydandan 1 xalla ayrılıb. Elə “Zirə”ylə oyunda da belə oldu. Sekidika 35-ci dəqiqədə “Sabah”ı önə keçirsə də, ikinci hissədə hesab bərabərləşdirdi. “Zirə”nin cavabı Volkovdan gəldi. 63-cü dəqiqədə fərqlənən gürcü futbolçu yekun hesabı müəyyənləşdirdi.
35 xallı “Sabah” 5-ci sıradadır və mükafatçılar sırasından xeyli uzaq düşüb. “Zirə” isə lider “Qarabağ”ı təqib edir. 2-ci yeri tutan qəsəbə təmsilçisi 52 xal toplayıb.

"Səbail" – "Neftçi" 1:2  
Qollar:
Rüfət Abdullazadə, 44 - Filip Ozobiç, 17. Elvin Camalov, 29.
“Səbail”: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 10. David Qomis, 3. Dmitro Litvin, 4. Marko Nikoliç, 5. Gitay Sofir. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 7. Madi Queta. 
Baş məşqçi: Cavid Hüseynov. 
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darboe, 20. Alfa Konte, 77. Yeqor Boqomolski. 
Baş məşqçi: Samir Abasov.

“Neftçi” səfərdə “Səbail”i məğlub etdi. Bu yenilgi Cavid Hüseynovun “Səbail”dən ayrılması ilə nəticələndi. Autsayder mövsüm ərzində ikinci baş məşqçini də yola saldı. “Neftçi” zəif rəqiblə qarşılaşmada 3 xal qazanmaq fürsətini əldən vermədi. Ozobiçlə Elvin Camalovun qolları ilk 30 dəqiqədə “Neftçi”ni iki top fərqi ilə önə çıxardı. Fasilə ərəfəsində Rüfət Abdullazadə fərqi azaltsa da, ikinci hissədə başqa qol olmayınca “Neftçi” qələbəni qorumağı bacardı. Ötən tur qeydə alınan heç-heçədən sonra bu qələbə “ağ-qaralar” üçün vacib idi. Samir Abasovun çalışdırdığı komanda milli komandaların oyunları ilə yaranan fasiləyə yüksək əhval-ruhiyyədə yollandı.
18 xalı olan “Səbail” sonuncu pillədən qurtula bilmir. “Neftçi” isə xalını 31-ə çatdırdı və 6-cı sıradadır.

"Turan Tovuz" – "Sumqayıt" 1:2 
Qollar:
Ayxan Hüseynov, 8 - Ayxan Süleymanlı, 18. Bobir Abdixolikov, 63
"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 7. İsmayıl Zülfüqarlı 9. Kristian da Silva (k) 23. Alexandro Serrano 32. Hayderson Hurtado 6. Araş Qaderi 40. Kauan Martins 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov 71. Mehman Hacıyev 39. Sadiq Quliyev 19. Orxan Əliyev 33. Eltun Turabov 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 13. Fərid Yusifli 44. Rüfət Əhmədov 77. Veysəl Rzayev 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev
"Sumqayıt": 36. Xəyal Fərzullayev 14. Elvin Bədəlov (k) 2. Sertan Taşkın 17. Murad Xaçayev 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 19. Roi Kehat 5. Alan Dias 23. Ronaldo Vaskez 60. Tresor Mossi 9. Bobir Abdixolikov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 94. Rəşad Əzizli 6. Vüqar Mustafayev 7. Rövlan Muradov 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov. 
Baş məşqçi: Vaqif Cavadov.

Bu tur “Turan Tovuz” da xalsız qaldı. Kurban Berdiyevin komandası doğma meydanda “Sumqayıt”a boyun əydi. Baxmayaraq ki, hesabı meydan sahibləri açmışdı. Amma qələbə hesabını qorumaq mümkün olmadı. Uzun müddət qola və qələbəyə həsrət qalan Vaqif Cavadovun komandası tezliklə hesabı bərabərləşdirdi. İkinci hissədə vurulan qol isə “Sumqayıt”a qələbə qazandı. Bu məğlubiyyət “Turan Tovuz”un problemlərini də bir daha ortaya çıxardı. Heyətində xeyli legioner olan qərb təmsilçisi sabit oyun sərgiləməyə çətinlik çəkir.
“Araz Naxçıvan”ın xal itirdiiy turda gələn məğlubiyyət “Turan Tovuz”un 3-cü pilləyə yaxınlaşmasına da imkan vermədi. 4-cü pillədə qərarlaşan “Turan Tovuz”un 43 xalı var. Qərb təmsilçisi “Araz Naxçıvan”dan 4 xal geri qalır. “Sumqayıt” isə qazandığı qələbə sayəsində xalını 28-ə çatdırdı. “Gənclik şəhəri”nin təmsilçisi 7-ci sıradadır.

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://fanat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see276

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see261

Berezutski 1:1 i ədalətli nəticə saymır

15 Mart 2025 22:57see236

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see214

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see200

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see156

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see150

Sabah və Zirə qarşılaşdı, qalib olmadı

15 Mart 2025 21:41see148

Milan dan əzmkar qələbə VİDEO

15 Mart 2025 23:05see144

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see143

ABŞ Yəməni bombalayır: Husilər, sizin zamanınız bitdi...

15 Mart 2025 23:45see141

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see140

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see138

ABŞ də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var

15 Mart 2025 23:13see137

İngiltərə Premyer Liqası: Mançester Siti Brayton səddini keçə bilmədi

15 Mart 2025 21:49see136

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see130

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see129

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see128

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see128

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri