Icma.az
close
up
RU
Tural Abbaslı: “Azərbaycan Ordusunun yaratdığı xof kifayət idi ki…”

Tural Abbaslı: “Azərbaycan Ordusunun yaratdığı xof kifayət idi ki…”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

25 noyabr Kəlbəcər Şəhəri Günüdür. 

Bu gün rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğaldan azad edilməsinin 5 ili tamam olur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. 

Kəlbəcərin azad olunması Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti və Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi uğurlu hərbi əməliyyatların nəticəsində mümkün oldu. 

“Cebheinfo.az”-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, 44 günlük müharibə başlayanda, ermənilər Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin və xalqının gücünü tam bilmirdilər. O qeyd edib ki, ermənilərin yaddaşında hələ də 90-cı illərin əvvəllərindəki xaotik vəziyyət, ordudakı daxili problemlər, siyasi qarşıdurmalar, həmrəyliyin olmaması və qonşu dövlətlərlə gərgin münasibətlər qalırdı: 

“Ermənilər hələ də o əhval-ruhiyyədə idilər ki, Azərbaycan Ordusunun əks-hücumunu 10 günə dəf edəcək və hətta yeni torpaqlar belə ələ keçirə biləcəklər. Amma müharibənin ilk 10 günlüyündən etibarən anladılar ki, Azərbaycan Ordusu artıq həmin ordu deyil, Azərbaycan xalqı həmin xalq deyil, Azərbaycan dövləti həmin dövlət deyil. Regionda güclü bir dövlət formalaşıb və ermənilər bu dövlətlə üz-üzə qalıblar”. 

Tural Abbaslının sözlərinə görə, Ermənistan rəhbərliyi və bir sıra hərbi dairələr eyforik və xəyalpərəst mövqe nümayiş etdirərək vuruşmağa çalışsa da, ordumuzun qətiyyəti, hərbçlərin fədakarlığı düşmənə real vəziyyəti göstərdi: 

“Düzdür, bəzi ermənilər eyforik və xəyalpərəst düşüncələrlə vuruşmağa davam etmək istəyirdi. Amma əsgərlərimizin qətiyyəti, şəhidlərimizin fədakarlığı və ölümün gözünə dik baxması ermənilərə reallığı göstərdi. Paşinyan indi sülhdən danışsa da, sona qədər dirənməyə çalışdı. 

Bütün resurslarını səfərbər etdi, hətta Azərbaycanın mülki obyektlərini, dinc şəhərlərini və dinc sakinlərini hədəfə almaqdan belə çəkinmədi ki, xalq arasında xof, qorxu yaratsın. Lakin Azərbaycan xalqının qəlbində bir an belə qorxu olmadı. Əksinə, xalqın yeganə qorxusu müharibənin yarımçıq dayanması, Qarabağın tam azad edilməməsi idi. 

44 günün tamamında, artıq Şuşa azad edildikdən sonra ermənilər gördülər ki, minlərlə hərbçiləri mühasirəyə düşüb. Anladılar ki, əgər Azərbaycan qarşısında diz çökməsələr, razılaşma imzalanmasa, minlərlə əsgərləri məhv olacaq və Ermənistan faktiki olaraq ordusuz qalacaq. Məhz həmin qorxu ilə kapitulyasiyanı imzaladılar. Bu razılaşma nəticəsində 3 rayonumuzun bir şəhid vermədən geri qaytarılması təmin olundu”. 

AĞ Partiyanın başqanı, Ermənistanın revanşist cəhdlərinin gələcəkdə mümkün ola biləcəyini qeyd edib: 

“Əgər beynəlxalq qüvvələr, məsələn, Rusiya, Fransa və yeri gəlsə, ABŞ kimi altdan-altdan Ermənistanı dəstəkləyən güclər olmasaydı, Azərbaycan Ordusunun yaratdığı xof kifayət idi ki, biz Zəngəzuru da döyüşsüz, çox rahatlıqla geri alaq. Təəssüf ki, buna imkan vermədilər. 

Amma biz bununla arxayınlaşmamalıyıq. Ermənilər o qorxu canlarından çıxana qədər sakit oturacaqlar. Qorxu çıxandan sonra yenidən revanşist müharibəyə başlamağa çalışacaqlar. Ona görə elə etməliyik ki, sona qədər ermənilərin qəlbində Azərbaycan qorxusu, Azərbaycan Ordusunun xofu qalsın. Məşhur deyimdə deyildiyi kimi: “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Tural Abbaslı Azərbaycan Ordusu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri