Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Tural Adışirinin söz və düşüncə dünyası

Tural Adışirinin söz və düşüncə dünyası

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Dəyərli qələm yoldaşım Tural Adışirinin yenicə çap olunmuş sayca 2-ci “Publisistik və poetik düşüncələr” adlı kitabı ilə tanışlığım mənə tədqiqatçı Tural ilə şair Tural arasında incə bir əlaqə qurmağa şərait yaratdı və anladım ki, müəllifin elmi düşüncələri ilə poetik təxəyyülünün vəhdəti nəticəsində çoxşaxəli bir yaradıcı şəxsiyyət formalaşır. Kitabda poeziya ilə publisistika birləşərək müəllifin yaradıcılıq baxışının tam portretini təqdim edir.

Tural Adışirinin yaradıcılığı onun istedadını aydın şəkildə ortaya qoyur. O, sözlərlə işləməkdə məharətlidir, duyğuları və fikirləri bədii obrazlarla özünəməxsus şəkildə ifadə edə bilir. Onun şeirlərində insan, təbiət obrazları poetik vasitələrlə elə təqdim olunur ki, oxucu bu şeirlər vasitəsilə müəllifin daxili aləminə səyahət edir, onun sonsuz duyğu və fikirləri ilə tanış olur.

Şairin məhəbbət şeirləri Tural Adışirinin poetik dünyasında duyğuların ən incə çalarlarını ifadə edən bədii nümunələrdir. Bu poetik baxışın canlı nümunəsi onun “Tökülər araya giley qar kimi” şeirində özünü göstərir. Şeirdə insan münasibətlərindəki soyuqluq və anlaşılmazlıq bədii obrazlarla ifadə olunur. Burada “giley” və “qar” arasında paralellik qurulur, yəni qar necə səssiz-səmirsiz yağaraq hər yeri örtürsə, giley də münasibətlər arasına hiss olunmadan girir və onlara mane olur. Bu bənzətmə gileyin münasibətlərdəki soyuqluq yaradan təsirini vurğulayır, burada mənəvi soyuqluq fiziki soyuqluqdan əvvəl gəlir. “Aralı düşərik ulduzlar kimi” - deyərək insanları ulduzlara bənzədir. Ulduzlar hər nə qədər parlaq olsa da, soyuq və bir-birindən uzaqdadırlar, bu isə münasibətlərdə yaranan məsafə və yadlaşmanı, soyuqluğu ifadə edir. Şair “Qoymaz görünməyə boran, qar bizi” misrası ilə boranı və qarı artıq sadə giley kimi yox, iki sevgili arasında yaranan uçurumun rəmzi kimi təqdim edir.

Tural Adışirinin məhəbbət dolu lirikası oxucusunu şair duyğularının dərinliyinə aparır, sevgi, həsrət, ümid və iztirab hisslərini poetik vasitələrlə çatdırır. Məsələn, “Səni axtarıram öz ürəyimdə” şeirində sevdiyi insan artıq şairin daxili aləminin bir hissəsinə çevrilir və onun axtarışı fiziki yox, ruhi-mənəvi xarakter daşıyır. Lirik qəhrəman sevdiyi insana üz tutur və xoşbəxtliyinin onunla bağlı olduğunu bildirir. Şeirdə ürək insanın daxili aləmini, sevgi və səmimiyyətini ifadə edən simvol kimi çıxış edir, qəhrəmanın daxili sıxıntısını ön plana çıxarır, deyilməmiş, ürəkdə qalan sözlər isə qaralıb pas atır. Beləliklə, şair dərdin uzun müddət ürəkdə qalmasının insanı necə yorduğunu göstərən güclü metaforadan istifadə edərək şeirə daxili ağrı və emosional gərginlik gətirir. Şair sevdiyini kənarda deyil, öz hisslərində və duyğularında tapmağa çalışır.

 “Yolları çiçəyə bələr təbiət” şeirində təbiətin oyanışı və baharın gəlişi canlı və poetik təsvirlərlə təqdim edilir. Dağların yüksəkliyini, saflığını və gözəlliyini vurğulayan “göy yaxa” ifadəsi təbiətin ucalığını oxucuya vizual şəkildə çatdırır. “Gözlərim mürgülər gül qoxusundan” misrası gül qoxusunun təsiri ilə insanın rahatlanmasını, “Qayalar ayılar qış yuxusundan” misrası isə təbiətin dirçəlməsini xarakterizə edir. Burada təbiət canlı varlıq kimi təqdim olunur, yolların çiçəklərlə örtülməsi isə baharın gözəlliyini və bolluğunu əks etdirir.

Bir sözlə, sevgi və hisslərin təsviri üçün şair bədii yaradıcılığı boyu təbiət obrazlarından, metafora və bənzətmələrdən məharətlə istifadə edir. Ürək, qar, ulduz, yaz fəsli kimi elementlər onun yaradıcılığında həm emosional, həm də simvolik məna daşıyır. Məhəbbət şeirlərində yalnız iztirab deyil, eyni zamanda sevgi ilə bağlı ümid, xoşbəxtlik və ruhun yenilənməsi motivləri də diqqəti cəlb edir. Şair oxucuya sevgi ilə bağlı həm həqiqi, həm də poetik baxış təqdim edir.

Qadına, anaya olan məhəbbət Tural Adışirinin şeir dünyasında xüsusi yer tutur və sonsuzluğu ilə diqqəti cəlb edir. Şair qadını həm ailənin, həm də cəmiyyətin mənəvi dayağı, onu yaradan və yaşadan qüvvə kimi təqdim edir. Ana obrazı isə uşağa və ailəyə olan sevgisi, qayğısı və fədakarlığı ilə əbədilik simvoluna çevrilir. Bu məhəbbət təkcə şəxsi duyğu deyil, eyni zamanda insan həyatının və mənəvi dəyərlərin daşıyıcısı kimi oxucuya təqdim olunur. Beləliklə, qadın və ana obrazı Tural Adışirinin poetik dünyasında həm simvolik, həm də real həyatla əlaqəli bir təmsilçilik qazanır. Şair təbiətin canlanması və oyanışı kimi, qadının da həyatdakı rolunu “Qadınlar dünyanın cəfakeşidir” şeirində canlı və emosional şəkildə ön plana çıxarır, onun əvəzsizliyini və ətraf aləmə verdiyi mənəvi zənginliyi vurğulayır.

 Şeirin “Dan düşər, gecənin başı ağarar” misrasında gecənin sona çatması poetik şəkildə təsvir edilir. Şair gecədən gündüzə keçidi təsvir etməklə qadının mənəvi rolunu və ana obrazını ön plana çıxarır, təbiət hadisələri ilə insanın daxili aləmi arasında paralellik yaradır.

Burada qaranlıq ilə aydınlıq qarşı-qarşıya qoyulur, bu bədii təzad işığın qaranlıq üzərində qələbəsini göstərir. Kişilərin qəlbindəki işıqlı hisslərin qadınlarla bağlı olduğunu vurğulayan şair qadın obrazını həyatın mənası, sevgi və ümid rəmzi kimi təqdim edir, qadın səsi insan həyatının axarını tənzimləyən, rahatlıq və güvən verən amil kimi çıxış edir.

Beləliklə, Tural Adışirinin yaradıcılığı poetika və publisistikanın vəhdətində oxucuya həm emosional, həm də intellektual təcrübə təqdim edir. Onun şeir nümunələri insana, təbiətə sonsuz məhəbbəti, sevgini, ümidi, sədaqəti, həsrəti, gileyi  bədii vasitələrlə təqdim edərkən, publisistik yazıları milli-mənəvi dəyərləri, folklor və etnoqrafiyanı elmi baxışla işıqlandırır. Bu vəhdət oxucuya müəllifin söz və düşüncə dünyasının tam mənzərəsini açır və onun yaradıcılıq baxışını dərin, əhatəli şəkildə təqdim edir.

Tural Adışirinə dəyərli kitabına görə təşəkkürümü bildirir, elmi və bədii yaradıcılığında uğurlar arzulayıram.

Reyhan MİQDADQIZI

Şair-publisist

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin

“İctimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri