Icma.az
close
up
RU
Elxan Məmmədlinin söz dünyası

Elxan Məmmədlinin söz dünyası

Icma.az bildirir, 525.az portalına istinadən.

Bu gün cismən aramızda olmasa da, onu sevənlərin qəlbində yaşayan Elxan Məmmədli Azərbaycanda və onun hüdudlarından kənarda - doğulub boya-başa çatdığı Borçalıda, Türkiyədə, Cənubi Azərbaycanda, Dəmirqapı Dərbənddə, Kərkükdə, bir sözlə, sazın səsi duyulan hər yerdə əsasən görkəmli folklorşünas alim, aşıq sənətinin bilicisi, tədqiqatçısı və yorulmaz təbliğatçısı kimi tanınıb. Onun səsi hələ sərhədlərin bağlı olduğu vaxtlarda - sovetlər dönəmində Azərbaycan radiosu və televiziyasında apardığı verilişlər sayəsində sərhədləri aşaraq hər yana yayılıb. Müəllifi və aparıcısı olduğu  "Bulaq", "Sazın-sözün sehrində", "Gözəlləmə", "Ustadnamə", "Sarıtel" verilişləri bu gün də o taylı-bu taylı Azərbaycanda, Türkiyədə, Borçalıda, Dərbənddə, Kərkükdə... sənətsevərlər tərəfindən minnətdarlıqla xatırlanır.

Elxan Məmmədli görkəmli folklor araşdırıcısı olmaqla yanaşı, professor Mahmud Allahmanlının dediyi kimi, özü də folklorlaşmışdı: müdrik söhbətləri, xalqımızın adət-ənənəsinə dərindən bələd olması və söhbətlərində tez-tez tarixi keçmişimizə, ulularımızın sözünə-söhbətinə istinad etməsi ilə. Özünəməxsus şux zarafatları, duzlu-məzəli söhbətləri isə bu gün könüloxaşayan folklor nümunəsinə çevrilib.

Bütün bunlarla yanaşı, Elxan Məmmədli həm də şair idi. Baxmayaraq ki, yazdıqlarını çap etdirməkdə o qədər də həvəsli olmayıb, ilk şeirlər kitabı yalnız dostlarının təkidi ilə 2006-cı ildə işıq  üzü görüb. Yazılarının birində özü bu barədə belə deyir: "Şairlik iddiasında olmasam da, uşaq və yeniyetməlik çağlarımdan şeir yazmağa başlamışam. Yazıqlar olsun ki, yazdıqlarımı çap etdirməyə heç vaxt tələsməmişəm. Vaxtilə yazdığım şeirlərin çoxusu vərəqlərdə, dəftərlərdə, dost saxlanclarında qalıb. Orta məktəb illərində, tələbəlik çağlarında, əsgərlik həyatında qələmə aldığım onlarla şeirlərimin çoxusu it-bata düşüb. Ancaq əldə qalanları da, küncdə-bucaqda gizlənənləri də olub. Parakəndə şəkildə dəftərlər və kitablar arasında "gizlənən" bu şeirlər uzun illər diqqətdən yayınsa da, nəhayət, 60 yaşım ərəfəsində boy göstərməyə başladı".

İlk şeirlər kitabı 2006-cı ildə - 60 illik yubileyi ərəfəsində işıq üzü görsə də, ilk şeiri bu kitabdan az qala əlli il öncə - 1958-ci ildə Yeni il bayramı ərəfəsində əmisi, dövrünün tanınmış şairi Əli Səngərlinin xeyir-duası ilə o vaxtlar Bolnisi rayonunda çıxan "Al bayraq" qəzetində (bu qəzet sonralar "Qələbə bayrağı", 1990-cı ildən isə bir neçə il "Bolnisi" adı ilə nəşr olunub) çap olunub. Onda Elxan Məmmədli orta məktəbin beşinci sinfində oxuyurdu...

Şeirlərinin çap olunmasında o qədər də həvəsli olmamasını, nəhayət, 60 yaşında kitab çap etdirmək qərarına gəlməsini isə Elxan müəllim belə izah edirdi: "Yazılarımı ayrıca bir kitab şəklində sizlərə çatdırmağımın bir zərurəti də ordan doğdu ki, vaxtilə öz əlimlə yazıb tanış və dostlarıma, aşıq və xanəndələrə verdiyim bir çox gəraylı, qoşma və təcnislərim bəziləri tərəfindən öz adına çıxılır, başqalarının adına oxunurdu. Son vaxtlar bu hal mütəmadi xarakter aldığından, qərara aldım ki, öz şeirlərimi öz imzamla nəşr etdirim və bununla da adımı və imzamı qoruya bilim". 

Elxan Məmmədliyə görə, "şair, Allahla bəndənin, Yerlə Göyün ünsiyyətini bədii sözün gücü ilə cəmiyyətə ilahi sənətkarlıqla çatdıran vergili bir bəndə, xeyirin şər, işığın qaranlıq, haqqın nahaqq, mərdin namərd, doğrunun əyri üzərində qələbəsini bədii dillə təcəssüm etdirən qeyri-adi bir varlıqdır". Özü təvazökarlıq edib, "heç vaxt şairlik iddiasında olmamışam", mən "sadəcə olaraq sözü sözə, qafiyəni qafiyəyə, bəndi bəndə bağlamağı bacarıram", desə də, Elxan Məmmədli fitrətən şair idi, sazlı-sözlü bir mühitdə böyümüşdü.  

Və təkcə "sözü sözə, qafiyəni qafiyəyə" bağlamırdı, özünün də dediyi kimi, şeirin texnikasına, qafiyə quruluşuna, məna yükünə bir ədəbiyyatşünas kimi, yaxşı bələd idi, onun nəzəri əsaslarını pis bilmirdi. Onun təcnislə bağlı apardığı elmi araşdırmaları və bu araşdrımaların nəticəsi olaraq "Təcnis sənətkarlığı" adlı çox dəyərli bir elmi kitab yazması da bunun əyani sübutudur.

Elxan Məmmədli təbiətlə cəmiyyətin harmoniyasını duyur, təbiətin dilini bilir və bunu poeziyaya gətirməyi bacarırdı. Şeirdə sözün bəzəyinə yox, özəyinə, mahiyyətinə üstünlük verirdi.

Onun qəlbi daim sazla döyünürdü, sazsız bircə günü yox idi. Şeirləri də sazla ürəyin birləşməsindən, bir olmasından yaranır, sazın bağrından qopub gəlirdi. Bu səbəbdən də bu gün də aşıqların repertuarında əsas yer tutur bu şeirlər.

Xalq şairi Zəlimxan Yaqub şairi "Haqqın dili" adlandırır və deyirdi ki, "gərək Haqqı siyasət bazarına çıxarmayasan, sənətdən umacağın, təmənnan olmasın. Yaddaşa hopan, tarixə yazılan siyasət deyil, səmimiyyətdir, həqiqətdir. Siyasət gəldi-gedərdir. Sənətin canı həqiqətsə, əbədidir".

Bu sözlər sanki Elxan Məmmədli poeziyasının boyuna biçilib. Onun hər şeirində biz səmimiyyət və həqiqət, eyni zamanda təmənnasızlıq görürük. Hansı mövzuda yazmasından asılı olmayaraq, səmimi yazır, onu düşündürən mövzulara toxunur və oxucunu da düşündürə bilir. Sözün gücünə, qüdrətinə inanır və bütün şeirlərini də bu inamla, yaradıcılıq eşqi ilə yazır, insanları saflığa, duruluğa, halallığa, səmimiyyətə çağırırdı. Çünki yaxşı bilirdi ki, Zəlimxan Yaqub demiş:

Nə ordu, nə silah, nə bir qəhrəman,

Sözün gücü qədər sərhədlər aşmır.

Dünyanın işləri çətin olacaq,

Dünya nə qədər ki, Mövlanalaşmır!

Elxan Məmmədlinin şeirlərində biz insanın böyüklüyünü, şəxsiyyətin kamilliyini görürük. Bu şeirlər eyni zamanda insanın dünyaya baxışını formalaşdırır.

Onun şeirləri həm də ona görə sevilir ki, mayasında Türkün şəriksiz musiqi aləti olan saz durur, kökü minilliklərə söykənən folklorumuzdan güc alır.

Elxan Məmmədlinin yaradıcılığında ithaf, elegiya və epitafi şeirləri də mühüm yer tutur. Bu da ondan irəli gəlir ki, Elxan Məmmədli alim və şairlikdən öncə, sözün əsl mənasında müdrik el adamı idi, hər yerdə hörmət və izzətlə qarşılandığı kimi, özü də insanlara qiymət verməyi bacarırdı. Başqalarının sevincinə şərik olur, ağrı-acılarını bölüşür, çox zaman da bunu şeirlə ifadə edirdi.

İthaf şeirlərinin əksəriyyətinin saz-söz və elm-sənət adamlarına həsr olunması isə, yenə də onun aşıq sənətinə, xalqımızın milli-mədəni sərvətlərinə bağlılığından irəli gəlir ki, sənət adamlarına qiymət verməyi özünün mənəvi borcu sayıb həmişə. Biz bu şeirlərdə sadəcə tərif yox, həm də bir sənət fəadisinin yanğısını, elmi məqalə və müsahibələrində olduğu kimi, aşıq sənətinin bu günü ilə bağlı düşüncələrini, sabahına inamını görürük.

Təəssüf ki, bu gün Elxan Məmmədli aramızda yoxdur, biz onun kimi böyük bir alimi, qüdrətli qələm sahibini vaxtsız itirdik. Ancaq nə qədər ki, qədirbilən xalqımız var, saza-sözə dəyər verənlər, onu yaşadanlar var, xalqın yaddaşında alim Elxan Məmmədli ilə qoşa bir şair Elxan Məmmədli də  yaşayacaq.

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri