Icma.az
close
up
RU
Tural Balabəylinin ŞEİRLƏRİ

Tural Balabəylinin ŞEİRLƏRİ

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

O qadın

O qadın hələ də yaşayır.

Ölməyib.

Sadəcə heç kim onu xatırlamır.

Heç kim adını çağırmır.

Heç kim gözlərinə baxmır.

Və insan baxışlarla unudular,

adıyla yox.

O qadının susqunluğu

bir roman boyda idi.

Amma o roman heç vaxt yazılmadı.

Çünki bu şəhər —

sözləri boğan şəhərdir.

Qara şəhər...

burda heç nə rəngsiz deyil,

rənglərin üstü örtülüb.

Burda qadınlar solğun,

kişilər səssiz,

divarlar lal,

qapılar ölüdür.

Və hər pəncərənin arxasında

keçmişin səsi qıvrılır:

“məni unutma...”

Amma onu unutdular.

Çünki o sevmişdi.

Çünki o gözləmişdi.

Çünki o bağışlamışdı.

Və bu şəhər — bağışlayanları sağ buraxmaz.

Burda sevgi ölüm kimidir,

daha uzun sürür.

O qadın kimsənin qadını deyildi.

O, öz içində sığınacaq axtaran

və tapmayan bir yad idi.

Özünə yad,

öz əllərinə belə.

Əlləri yalnızlıqdan donmuşdu,

gözləri itirilmiş bir uşaq kimi baxırdı.

Küçələrin daş yaddaşı var —

bir qadın keçəndə

səsini yadda saxlayar.

Amma o qadının addımları

çoxdan silinmişdi.

Külək belə iz qoymamışdı ardından.

O qədər yüngül idi

ya da

o qədər yüklü...

Gecələr pəncərə kənarında oturardı.

Heç nə gözləmədən.

Heç kəsə baxmadan.

Sadəcə içindəki səssizliyə qulaq asardı.

O səssizlik ki,

əslində illərlə yığılıb susulmuş qışqırıq idi.

Tənhalıq — bəzən səs deyil,

bəzən kəsilməyən iç sükutudur.

O qadın heç vaxt ağlamadı.

Çünki göz yaşları

bu şəhərdə axsa da,

heç kimin gözünə dəyməz.

Əgər bir gün

yolun qara şəhərə düşsə,

bir qoca qadın siluetini görərsən.

Küçənin sonundakı köhnə divarda

kölgə kimi dayanıb.

Ona yaxınlaşma.

Sadəcə dinlə:

sənin bildiyin bütün hekayələri

susaraq danışacaq.

Çünki unudulmuş bir qadının dili

sözlə yox,

kölgə ilə danışır.

Heç vaxt gec deyil

Heç vaxt gec deyil —

bir səsin titrəyində gizlənmiş ümidi

yenidən oyatmaq üçün.

Bəzən bir baxış,

yüz illik sükutu sındırar.

Bəzən bir söz,

dəfn olunmuş bir ürəyi dirildər.

Susma...

Səssizlik, zamanla

quruyan göz yaşının izinə çevrilər.

Və sən düşünərsən —

“Kaş danışardım...”

amma bu “kaş”lar

ürəyin divarına yazılmış dualardır,

heç bir Tanrı eşitməz,

sən demədikcə.

Əgər sevirsənsə —

de.

Qoy sənin “səni sevirəm”in

bir qış gecəsinin pəncərəsinə yazılsın.

Qoy donsun, amma silinməsin.

Əgər darıxırsansa —

yaz.

Bir məktub kimi,

adını çəkmədən belə,

bir nəfəsin içində özünü tapacaq o...

Əgər incimisənsə —

danış.

Çünki sükut,

bir gün səni deyil,

bütün hekayəni öldürəcək.

Heç bir duyğu —

utanacaq qədər zəif deyil.

Onlar sənə bənzəyir:

yaralı,

amma dirənişli.

Və bəlkə də,

sənin “gecdir” dediyin o an —

kiminsə içində

“nəhayət gəldi...” deyə çiçək açır.

Həyat qısa deyil —

biz onu

sözləri boğaraq qısaldırıq.

Bir cümlə yetər:

“Gəl...”

və bütün yollar

yenidən başlar.

Sən getdin

Sən getdin...

və mən qaldım —

qüruruma çevrilmiş sükutun altında.

Bir şəkil kimi qalmısan yaddaşımda,

çərçivəsi çatlamış,

amma yenə də divardan asa bilmədiyim bir səssizlik kimi.

Səni gözləmək —

susmağın başqa adıdır.

Heç kimə danışmadım sənsizliyi,

çünki sənsizlik danışdıqca böyüyür.

Hər axşam çayım soyuyur,

şeirim natamam qalır,

özüm —

bir az daha az oluram.

Sevgi dedilər…

amma heç kim demədi

onun sonu qəbiristanlıq qədər səssiz ola bilər.

Tanrı belə çaşdı səbrimə —

məni peyğəmbər sandı.

Amma mən sadəcə,

sənin üçün dua edən bir fanat idim.

İçimdə gecə düşməyən bir axşam var.

Sənin adını çəkəndə

küçələr öz daşlarını ağlayır.

Səni sevmək —

sanki hər gün yeni bir itkiyə oyandı mənim içimdə.

Özümə yad qalmışam.

Sən qayıtsan belə,

səni qarşılayacaq biri yoxdu artıq —

çünki mən

sənin həsrətində

hər gecə boğularaq susdum.

Səssizcə —

amma hər dəfə bir az daha ölərək.

Bir gün qayıtsan,

görəcəyin tək şey olacaq:

qırılmış bir söz,

yarımçıq bir dua,

və üzərinə torpaq tökülməmiş bir ürək.

Çünki sən getdin,

amma mən hələ də

sənin olmadığın bir həyatda

səni sevməkdə davam edirəm —

özüm kimi,

səssiz,

sonsuz,

öldüyünü bilmədən yaşayan bir sevgi kimi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 İyun 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri