Tural Əsgərov: Onların CV sinə görə dəyərləndirmə etmək düzgün deyil
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Mövsümlərarası fasilədə reallaşan transferləri dəyərləndirmək üçün futbolçularla tanış olmaq lazımdı". Bu sözləri Sport24.az-a açıqlamasında menecer Tural Əsgərov deyib.
Tanınmış agent Premyer Liqa klublarında bu günə rəsmiləşən keçidləri dəyərləndirib:
"Klublarımızın tanınmış futbolçuları heyətə cəlb etmələrinə imkanları yoxdu. Gözləmək və onların oyunlarını izləməyin tərəfdarıyam. "Transfer pəncərəsi"nin bağlanmasına çox var. Klubların danışıq apardığı futbolçular var. Elə danışıqlar olur ki, sonu uğurla yekunlaşmır. Real danışsaq, yeni transferləri tanımırıq. Sadəcə onların CV-sinə görə dəyərləndirmə etmək isə düzgün deyil. Gözləmək lazımdır. Avrokuboklarda çıxış edən klublarımız digərlərinə nisbətən bir neçə futbolçunun transferini həll ediblər. Klubların məqsədini bilmədən danışmaq çətindir. Ümumi götürəndə elita klublarının hamısının yeni transferlərə ehtiyacı var".
Qeyd edək ki, yay "transfer pəncərəsi" iyunun 25-dən sentyabrın 16-dək açıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















