“Artıq məşqçiləri və futbolçuları tənqid etmək dövrü bitdi” Tural Əsgərov
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Bayram günlərində iki yoldaşlıq görüşü keçirən yığmamız Sumqayıtda Haitiyə 0:3, Masazırda Belarusa 0:2 hesabı ilə uduzdu. Fernando Santuşun dəvət etdiyi heyət – köhnəli, yenili – ümidləri doğrultmadı.
Görəsən, bu yığmanı gücləndirməyə qadir, ancaq baş məşqçinin diqqətindən kənarda qalan futbolçu və ya futbolçular varmı? Bu sualı təcrübəli menecer Tural Əsgərova ünvanladıq:
“Ölkədə cəmi 30-35 futbolçu var. Artıq məşqçiləri və futbolçuları tənqid etmək dövrü bitdi. Birmənalı şəkildə durmadan federasiya tənqid olunmalıdı. Ölkəmizdə futbol məhv olub. Yeganə aktual mövzu odu ki, futbolçu yetişdirməyin yolları tapılmalıdı. Ölkəmizdə futbolçu yetişmir. Niyə yetişmir? Buyursun AFFA, bu istiqamətdə işlər görsün. Bacarmırsa, kənara çəkilsinlər, bacaranlar gəlsin. Ancaq bu mövzular danışılmalıdı və gündəmdə qalmalıdı”.

