Icma.az
close
up
RU
“Turan” İA USAİD in bağlanmasından niyə narahatdır?

“Turan” İA USAİD in bağlanmasından niyə narahatdır?

Icma.az, Lent az saytına istinadən bildirir.

Son dövrlər daxili gündəmə aid şübhəli yazıları yayan “Turan”  USAİD və “Soros”dan aldığı pulların kəsiləcəyindənmi  narahatdır? 

USAİD bağlanması ciddi suallar yaradıb. Bu suallar daha çox Agentliyin fəaliyyətinə xitam verilməsinin real səbəbləri üzərində qurulub. Düzdür, prezident Donald Tramp tərəfindən Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) rəhbəri təyin edilmiş İlon Mask USAİD-lə bağlı ilkin açıqlamalarında bunu maliyyə yoxlamaları ilə əlaqələndirib. Amma hadisələrin sonrakı gedişatı fərqli nəticələr doğurub.

USAİD niyə bağlandı və səbəbləri nələrdir?

Prosesin gedişindən belə təəssürat yaranır ki, USAİD-in fəaliyyətindəki qüsurlar təkcə maliyyə pozuntuları ilə məhdudlaşmır. Dövlət Departamenti USAİD-ə qarşı geniş miqyaslı tədbirlər görüb: Agentliyin mərkəzi ofisi tamamilə bağlanıb. Ofisin önündəki tanıtım lövhəsi götürülüb, sayt bloklanıb və məxfi məlumatların qorunduğu yaddaş kartları nəzarətə götürülüb. İlon Mask USAİD-in bağlanması ilə bağlı növbəti açıqlamalarında Agentliyi “dəhşətli cinayətlərə bulaşmaqda” ittiham edib. 

USAİD hansı “dəhşətli cinayətlərə” imza atıb ki, onların barəsində informasiya verilməsi qeyri-məqbul sayılıb?

USAİD-in qrant siyasəti korrupsiya iddiaları ilə bağlıdırmı? 

Bütün diqqət  ABŞ-yə, yönəlib.  İlon Maskın yeni açıqlamalar verib-verməyəcəyi, məxfi məqamları açıb-açmayacağı  müzakirə edilir. Əslində USAİD-in törətdiyi cinayətlər bəllidir. O, əvvəllər 100-ə yaxın ölkədə fəaliyyət göstərib. Sonradan bir çox dövlətlərin ərazisində fəaliyyəti qadağan edilib. Qadağan qərarları verilərkən, bu dövlətlər tərəfindən USAİD-in törətdiyi  cinayətlər, yol verdiyi pozuntular barədə bilgilər də  açıqlanıb. Məsələn, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ilin oktyabrında rəsmi açıqlama yayaraq, USAİD-i onun ərazisində dövlət çevrilişi hazırlamaqda ittiham edib. Bənzər açıqlamaların sayı kifayət qədər çoxdur. İndi baş verənlər isə bir qədər fərqlidir. İndiki prosesin özəlliyi budur ki, USAİD-in cinayətləri təkcə xarici dövlətlər tərəfindən gündəmə gətirilmir,  həm də ABŞ-nin özü tərəfindən etiraf olunur. 

Sərhədsiz Reportyorlar” USAİDİ niyə müdafiə edir?

Maraqlıdır ki, prosesin bu anında da USAİD-i müdafiə edənlər tapılır. Onun fəaliyyətində hansısa müsbət amillərin tapılıb təqdim edilməsinə təşəbbüs göstərilir. USAİD-in fəaliyyətinin davam etdirilməsinə zərurət duyulduğu  barədə ABŞ-yə çağırışlar edilir. Məsələn, “Sərhədsiz Reportyorlar” Təşkilatı  (RSF) “ Trampın xarici yardımı dondurması bütün dünyada jurnalistikanı xaosa sürükləyir” başlığı ilə hesabat xarakterli məqalə hazırlayıb. Sübut etməyə çalışıb ki, “USAİD bağlanarsa, dünyada demokratik inkişaf dayanacaq, müstəqil jurnalistika məhv olacaq”.  

“Sərhədsiz Reportyorlar” faktları manipulyasiya edib gerçək niyyətini gizlətməyə çalışsa da, nail ola bilməyib. Aydın şəkildə görünür ki, o, USAİD-in bağlanmasından deyil, ABŞ-dən aldığı  maliyyəsinin kəsiləcəyindən narahatdır. Buna görə də faktları manipulyasiya edir. Məsələn, qeyd edir ki,  “USAID təkcə  2023-cü ildə, dünyanın 30 ölkəsində 707 müstəqil xəbər agentliyinə,  279 vətəndaş cəmiyyəti təşkilatına yardım göstərib. 6,200 nəfər jurnalistin təlim və dəstək almasını təmin edib” və sair. Bu fakt, böyük mənada doğrudur, statistik göstəricilər yerindədir. Amma cümlədə iki yanlış söz verməklə, fakt bütövlükdə manipulyasiya edib. Belə ki, USAİD ayrı-ayrı ölkələrdə “müstəqil” xəbər agentlikləri və QHT-ləri deyil, özünün siyasətinə boyun əyən, tendensiyalı məlumat yayan, tendensiyalı hesabatlar və reytinq cədvəlləri hazırlayan təşkilatları maliyyələşdirib. OCCRP ilə əməkdaşlıq edən “jurnalistləri” təlimatlandırıb. Bu, problemin bir tərəfidir. İkinci amil isə odur ki, İlon Maskın eyhamlarına görə, USAD təmsilçiləri “qrant” ayırdıqları partnyorlarla sövdələşməyə gediblər, rüşvət, korrupsiya hallarına yol veriblər. İndi USAİD-i müdafiəyə qalxanlar da həmin sövdələşmələrdən pay alanlardır. 

Turan İA və USAİD arasında hansı əlaqələr var?

USAİD-in müdafiəsinə qalxanlar sırasında “Turan” İnformasiya Agentliyi də görünür. Düzdür, o kampaniyada  açıq fonda görünməkdən yayınır. Amma əvəzində “məlumat yaymaq” adı ilə USAİD-i müdafiə edənlərə informasiya dəstəyi verir. Məsələn, “Sərhədsiz Reportyorlar”ın USAİD-i müdafiə edən açıqlamasını olduğu kimi dərc edərək paylaşıb. 

Əgər “Turan” İnformasiya Agentliyi peşəkar davranıb balans yaratmağa çalışsaydı, USAİD-in “pozitiv” əməlləri ilə yanaşı neqativ əməlləri barədə məlumatları da paylaşsaydı, bəlkə  inanmaq olardı ki, o, sadəcə öz işini görür, məlumat yayır. Amma “Turan” İA səhifələrində USAİD barədə neqativ tonlu informasiyalar yoxa çıxıb, yalnız “pozitivlər” qalıb. 

“Turan” İA “Sərhədsiz Reportyorlar”ın USAİD-i müdafiə edən hesabatını paylaşmaqla kifayətlənməyib. Özü də bu işə töhvə verməyə çalışıb. Məsələn,  youtube səhifəsində yayımlanan “Çətin sual” proqramında USAİD-in “təmizə çıxarılması” üçün var gücünü sərf edib. 

“Turan” bu cür mövzularda həmişə "James bond" kimi davranıb. Azərbaycanla ABŞ, yaxud hansısa Qərb dövləti  arasında anlaşmazlıq yarananda, öz ölkəsini deyil, əks tərəfi müdafiə edib. Paradosk ondadır ki, USAİD mövzusunda Azərbaycanla  ABŞ -nin mövqeləri fərqlənmir. Hər iki tərəf USAİD-i qanun pozuntularında qınayır. “Turan” indi nəyə əsaslanıb tərəfkeşlik göstərir?  Son dövrlər daxili gündəmə aid şübhəli yazıları yayan “Turan”  USAİD və “Soros”dan aldığı pulların kəsiləcəyindənmi  narahatdır? 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri