Icma.az
close
up
RU
“Made in Turan”...

“Made in Turan”...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Türkdilli ölkələrin məhsulları xarici bazarlara yeni brendlə çıxarılacaq

Azərbaycanın təşəbbüsü ilə Türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb. Bakıda keçirilən “Turan E-ticarət və E-İxracat Forumu”nda çıxış edən Azərbaycan Françayzinq Assosiasiyasının sədri Camid Mövsümov bildirib ki, 7 türk dövlətinin, həmçinin Macarıstanın daxil edildiyi bu platformaya əsasən, ölkələrin istehsal etdiyi bütün məhsullar həmin marka altında dünya ticarət bazarına təqdim olunacaq. Hazırda “Made in Turan” ticarət markasının bazar seqmentinə çıxışı üçün müvafiq texniki-hüquqi və iqtisadi mexanizmlər hazırlanır. 2025-ci ilin fevral ayında keçiriləcək Türk Dövlətləri İqtisadi Forumunda qlobal və regional şirkətlərə yeni türk brendinin rəsmi şəkildə tətbiqi prosesinə başlanacaq.

Türk dünyasının iqtisadi və texnoloji potensialının dünyaya nümayişi

“Made in Turan” layihəsi türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını dünyaya daha geniş rakursdan tanıtdırmaq məqsədi ilə yaradılıb. Milli brend konsepsiyasının başlıca hədəf və məqsədi türk dünyasının iqtisadi birliyini daha da möhkəmləndirmək və milli şirkətlərin “Made in Turan” adı altında dünyaya çıxışına motivasiyalar verməkdir. Konsepsiyaya uyğun olaraq, türk dövlətlərinin sahibkarlar üçün biznes təlimlərinin təşkili, investorlarla startaplar arasında əlaqələrin koordinasiyası, beynəlxalq tədbirlərdə birgə ixrac brendi altında iştirak etmək və tərəfdaş ölkələrlə əməkdaşlığın yeni yollarını müəyyən etmək, ixrac üzrə biznes modellərinin yaradılmasını dəstək göstərmək və digər prioritetlər müəyyənləşib.

Türk dövlətləri birgə ticarət nişanı təsis etməklə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların cəlbi, müasir birgə istehsal və emal alyansının qurulması və ixrac coğrafiyalarının genişlənməsi sahəsində böyük imkanlar əldə edə bilər.

“Turan Evləri” və Turan xüsusi iqtisadi zonasının yaradılması

“Made in Turan” təkcə qida deyil, həm də qeyri-qida məhsullarını, sənaye və digər ixrac çeşidlərini vahid marka altında birləşdirəcək. Həmçinin, bir sıra əmtəə və xidmətlərin də bu brend üzrə xarici ölkələrdə sertifikatlaşdırılması nəzərdə tutulur.

“Made in Turan” markası adı altında bir sıra ticari və iqtisadi güzəştlərın olacağı planlaşdırılır. Bura malın mənşə sertifikatı, marketinq, bazarlara  çıxış və digər məsələlərlə bağlı istehsalı və ixracatçılara güzəşt rejimlərinin yaradılması daxildir.  Yeni ümumtürk brendini qlobal bazarlarda tanıtmaq və geniş şəkildə təşviq etmək məqsədilə vahid türk ixrac missiyalarının təşkili, eyni zamanda, müxtəlif xarici ölkələrdə “Turan Evləri”nin yaradılması da nəzərdə tutulur. Bundan başqa, brendin böyük ticarət nişanı kimi qlobal rəqəmsal platformalara inteqrasiyası, “Alibaba”, “Amazon” kimi iri onlayn konqlomeratların cərgəsinə daxil olması da əsas hədəflərdəndir.

“Made in Turan” türk dövlətlərinin müasir iqtisadi-ticari-investisiya konsepsiyasının tərkib hissəsidir. Bu, yeni model, eyni zamanda, Turan xüsusi iqtisadi zonasının (TURANSEZ) ideya prinsiplərinə söykənir. Qeyd edək ki, ötən ay Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında tərəflər Macarıstanın da daxil olduğu - Turan xüsusi iqtisadi zonasının yaradılması təşəbbüsünü dəstəkləyib. “Astana bəyannaməsi”nə uyğun olaraq yaradılması nəzərdə tutulan TURANSEZ TDT ölkələrinin müasir iqtisadi əməkdaşlığının birgə platforması hesab edilir və tərəflər vahid ideya əsasında müxtəlif proqramlar həyata keçirəcək.

Türk İqtisadi Birliyinə doğru...

Turan iqtisadi platforması çərçivəsində türk dövlətlərinin sərmayələrin təşviqi üzrə institutun yaradılması, maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici qurumun təsis edilməsi və digər addımların atılması da nəzərdə tutulur.

Həmin ideyadan irəli gələn əsas məqsədlərindən biri kimi 2024-cü ilin ortalarında türk dövlətlərinin ortaq iqtisadi-maliyyə strukturu olan Türk İnvestisiya Fondu (TİF) yaradılıb. TİF-in nizamnamə kapitalı formalaşıb, maliyyə-büdcə imkanları təmin olunub və fond noyabrın ilk həftəsində fəaliyyə başlayıb.

Türk İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bütün bu prioritetlər faktiki olaraq, Turan xüsusi iqtisadi zonası ideyası ilə üst-üstə düşür.

Ümumiyyətlə, “Made in Turan”, TURANSEZ, Türk İnvestisiya Fondu və digər təsisatlar Türk Dövlətləri Təşkilatının ana hədəflərinin həyata keçirilməsində, ən mühüm strateji məqsədlərdən biri olan vahid Türk İqtisadi Birliyinin yaranmasında möhkəm sütunlar olacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see253

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see240

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see206

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see194

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see190

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see186

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see178

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see177

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see169

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see164

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see164

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see162

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see157

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see157

Dünyanın ən yaxşı klubunda ən yaxşı oyunçu Kroos “Qızıl top”u ona “verdi”

22 Avqust 2026 05:31see155

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see155

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see153

“Barselona”nın illərdir dəyişməyən transfer strategiyası

22 Avqust 2026 05:44see152

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see145

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri